Cəlilabaddan Şirəliyevə dəhşətli dosye: Hamilə qadının başına oyun açdılar - Təfsilat
Bolge
Oxunub: 3 954
12 avq 2017 | 15:20
Cəlilabaddan Şirəliyevə dəhşətli dosye: Hamilə qadının başına oyun açdılar - Təfsilat












Cəlilabadın Göytəpə şəhər sakini Cəfərov Adəm Cəfər oğlu tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb

A.Cəfərov Ulus.Az-a yolladığı müraciətdə qeyd edir ki, 26 yanvar 2017 ci il, saat 11 radələrində qızı Cəfərova Rüfanəni doğuş sancıları tutduğundan Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparıb.

Onun sözlərinə görə, orada qan analizlərinin alınması zamanı qan qrupunu müəyyən edərək ehtiyat qan tapmaq lazım olduğunu bildiriblər:

“Labaratoriyada qan alındıqdan bir saat sonra mənə cavab olaraq bildirildi ki, qızımda “Hepatit C” virusuna qarşı pozitivlik var və məni təkrar olaraq Cəlilabad rayon Diaqnostik Mərkəzinin laboratoriyasında qan analizi verməyə göndərdilər.

Burada dörd saat yarımdan sonra məlumat verildi ki, qanda “Hepatit B və C” virusları var. Halbuki, 4 ay əvvəl burada verilən analizin cavablarında heç bir virus aşkarlanmamışdı”.

A.Cəfərov yazır ki, bu vaxt ərzində xəstə olan qızı Cəlilabad MRX-nın koridorunda ağır vəziyyətdə uzanmış olaraq qalıb: “Həkimlər isə nə ilkin yardım göstərmək, nə də doğum şöbəsinə qeydiyata almaq istədilər.

Bəhanələri isə qanda bu virusların aşkarlanması idi. Onlar mənə xəstəni öz avtomobilimlə Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparmağımı məsləhət bildilər”.

Ulus.Az-ın verdiyi məlumata görə, başıbəlalı ata qızının şok vəziyyətində olduğunu görüb. Xəstəxanadan ilkin təcili yardım istəsə də heç bir köməklik olmayıb.

Şikayətçi bildirir ki, heç xəstəxananın həyətinə çıxartmaq üçün xərək belə verməyiblər. “Bundan sonra çox çətinliklə qızımı qucağımda “Jiquli” markalı avtomobilimə apararaq, Lənkəran uzaq olduğundan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmağa məcbur oldum.

Yolda çox çətinliklərlə, dəfələrlə qəzaya düşəcək vəziyyətlərlə üzləşdim. Biləsuvar Mərkəzi Xəstəxanasında həkimlərin köməyi nəticəsində çətinliklə də olsa ana və uşaq əməliyyatdan sonra həyatda qaldılar”, - deyə rayon sakini yazıb.

Onun dediyinə görə, 20 fevral 2017-ci il tarixdə virusun müalicəsi məqsədi ilə Bakı şəhərində “Baku Təbriz” Tibb Mərkəzində yenidən qanın tərkibindən virusun kəmiyyət analizini verdirib:

“Beş gündən sonra analizin cavablarında heç bir virusun olmadığı aşkarlanmış və bundan öncə götürülən analizin səhv olunduğu bildirildi. Həkimlərin savadsızlığı və səhlənkarlığı nəticəsində həyatımız təhlükəyə girdi.

Tutalım qanında virus tapılmışdı, buna görə insanı ölümə məhkum edərlər? Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət etməyimə baxmayaraq heç bir nəticə olmayıb.

Sonuncu dəfə mənə verdikləri cavab isə həmin işçilərə töhmət verdikləri deyilir. Xahiş edirəm ki, həyatımızla oynayan bu adamlarla bağlı araşdırma aparılsın. Telefon nömrəm - 050 519 62 20”
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"