Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova
Bolge
Oxunub: 1 297
20 avq 2017 | 11:41
Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova














Surəti: Media orqanlarına


Ağcəbədi rayonu Rəncbərlər kənd sakini Qəhrəmanov Dəmir Dərgah oğlu tərəfindən


Yazıb sizə bildirirəm ki, Ağcəbədi rayon Polisi Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov məndən 15 min manat rüşvət istəyir. Mən halal zəhmət adamıyam, öz əlimin qabarı ilə çörək qazanıram, amma Elnur Yusubov vəzifə səlahiyyətlərindən istifadə edib rayonda onlarla mənim kimi vətəndaşı çapıb talayır.

Mən kəndimin yanındakı çöl sahəsində mal-heyvan saxlamaqla məşğulam. Ağcəbədi rayon Polisi Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov mənim mal-heyvanlarıma göz dikib fitnə-fəsad yolu ilə əlimdən almaq istəyir. Elnur Yusubovun mənsub olduğu mütəşəkkil dəstə adamları öyrədərək sahibkarların, ferması olanların, mal-heyvan saxlayanların üstünə salır, onları şərləyir saxta cinayət işi açır, insanların var-dövlətini əlindən alır, bu yolla külli miqdarda var-dövlət əldə edərək varlaşırlar.

Elnur Yusubovun öyrətdiyi Quliyev Hikmət Qənimət oğlu mal heyvanlarını yerimə salıb otarır, deyir ki, bu yer mənimdir. Mən ona iradlarımı bildirdikdə məni söyür, təhqir edir, maşınla mal-heyvanı vurur, mənə yumruq atır, öldürməklə hədələyir. O bu işləri ona görə edir ki, mən onu vurum və mənə cinayət işi açılsın. Mən dəfələrlə 102-yə zəng vurmuşam, heç bir reaksiya verilmir. Maraqlıdır ki, mən sonuncu dəfə 102-yə zəng edəndə Təhqiqatın rəisi həmin Elnur Yusubov Hikmətə zəng edib bildirdi ki, bu adam sizdən zəng edib, təcili ordan çıxıb gedin.

Quliyev Hikmət Təhqiqatın rəisi Elnur Yusubovun məxsus olduğu mütəşəkkil dəstə ilə əlbir olduğundan, şantajçı polis işçilərinə pul qazandırdığından rayonda at oynadır, hər gün içkili vəziyyətdə yüksək sürətlə maşın sürür, kimi gəldi söyüb təhqir edir, döyür. Heç bir sürücülük vəsiqəsi olmadığı halda maşın sürür və Yol Polisinin onun ilə heç bir işi olmur. Axırıncı dəfə içkili vəziyyətdə maşını mənim mal-heyvanımın üstünə sürüb, inəyimi vurub. Oğlum ona etiraz etdikdə isə oğlumu yumruq ilə vurub. Biz hadisə yetinə gəldik, Polisə şikayət ərizəsi yazdıq. Lakin yenə də bizim ərizəmizə baxılmadı. Əksinə, Təhqiqatın rəisi Elnur Yusubov Quliyev Hikməti çağırıb izahatını aldı ki, guya oğlum onu çubuqla vurub. Quliyev Hikmətə cinayət işi açmaq əvəzinə mənim oğlumu günahkar çıxardılar. İndi həmin situasiyaya görə Təhqiqatın rəisi Elnur Yusubov məndən nə az, nə çox, 15 min manat pul istəyir. Deyir ki, həmin pulun 10 mini Quliyev Hikmətə, qalan 5 mini isə mənə çatacaq. Quliyev Hikmət fermerdir, pullu adamdır, boy-buxunu da 2 metrə yaxındır, mənim oğlum onu heç bir vəchlə vura bilməzdi, çünki oğlum arıq, sısqa adamdır. Oğlum bədəncə özündən 3, ya 5 dəfə böyük adamı necə döyə bilərdi? 1 həftədir ki, oğlum əsgərliyə gedib, Vətənə xidmət edir, amma Elnur Yusubov ona cinayət işi açıb məndən 15 min pul tələb edir. Pulu gecikdirdiyimə görə Elnur Yusubov Quliyev Hikməti öyrədib üstümə salıb. Quliyev Hikmət məni hədələyir ki, öldürəcəm. Qorxumdan evdən çölə çıxa bilmirəm.

Onlar 15 min manatı məndən ona görə istəyirlər ki, elə mənim saxladığım mal-heyvanın qiyməti 15 min edir. Təhqiqatçı Elnur Yusubov 15 min pulu məndən otağında 2 şahidin yanında istədi. İndi də tez-tez çağırtdırır ki, gəl, pulu gətir. Mən 10 ildi mal-heyvan saxlayıram, yayda qızmar istidə, qışda isə qarda-çovğunda çöldə mal-qoyun otarıram, içimi soyuq alıb. Tək mən deyiləm, rayonda kim mal-heyvan saxlayıb artırır, onu bu cür iyrənc üsulla şərləyib var-dövlətini əlindən alırlar. Xahiş edirəm ki, soyğunçuların məni və mənim kimi halal zəhmət adamlarını şərləyərək talan etməsinin qarşısını alın.

Qəhrəmanov Dəmir Dərgah oğlu

Ağcəbədi rayonu Rəncbərlər kəndi

Mənim telefonum: 0506893302

Təhqiqatın rəisi Elnur Yusubovun telefonu: 0503630404
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO