Quba təhsil şöbəsinin müdiri: “Rüşvət aldığımı hamı bilir, hara istəyirsiz yazın”
Bolge
Oxunub: 739
22 avq 2017 | 11:11
Quba təhsil şöbəsinin müdiri: “Rüşvət aldığımı hamı bilir, hara istəyirsiz yazın”










Korrupsiya — dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir.

Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları iqnor edib bu və ya başqa məsələni hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmen rüşvət cinayətinə aiddir. Başqa sözlə Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

“Əməkdar korrupsioner”

Əslində korrupsiya terminin izahını veməkdə məqsədimiz var. Cənab prezident, İlham Əiliyev mediaya həsr olunmuş çıxışlarında qeyd edib ki, jurnalistlər onun dostudur. Media neqativ halları işıqlandırmalı,bununla dövlət qurumlarına kömək etməlidir. Maraqlıdır, mətbuat öz funksiyasını yerinə yetirir, korrupsiyaya uğramış şəxslərin konkret əməllərini göstərir, gözləyir ki, güc strukturları hərəkətə keçəçək. Amma çox zaman rüşvətxor məmur elə əvvəlkitək işləyir, daha artıq mənimsəmələə yol verir. Məsələn mətbuatda barəsində yazılanlara görə Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümovu “əməkdar” korrupsioner hesab etmək olar. Onun barəsində yüzlərlə məqalə hətta videogörüntülər var. Bu yazılardan ən maraqlısı aşağıdakıdır.

“Hamı bilir kim necə nəfəs alır. Kim necə dövlətlidir, necə işləyir, hansı fırıldaqla məşğuldur”

“Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümovla bağlı redaksiyamıza daxil olan məlumatları təqdim etmişik. Həmin məlumatlarda şöbə müdiri 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurdu. Bildirilirdi ki, Loğman Müslümovun Quba Təhsil Şöbəsindəki ən böyük gəlir mənbəyi tikinti sahəsiidi. Belə ki, tikintiyə ayrılan 190 min manat müdir tərəfindən mənimsənilib. Başqa bir fakt isə inventarların alınması ilə bağlıdı. İddialara görə, Loğman Müslümov inventarların satın alınması üçün ayrılan 351 min manat dövlət vəsaitini məniməyib. Təhsil Şöbəsinin müdiri orta məktəblər üçün kompyuter avadanlıqlarının alınması məqsədi ilə ayrılmış 119 min manatın 100 minini özü yeyib. Loğman Müslümov digər maşın, avadanlıq və inventarların alınması üçün əlavə 235 min manat vəsaitin ayrılmasına nail olub. Amma bu işlərin görülməsinə 97 min manat xərclənib. Qalan 138 min manat ortada yoxdur. Bildirilir ki, Quba Təhsil Şöbəsinə yuxarıda sadalananlardan başqa da təxminən 200 min manat vəsait ayrılıb. Amma həmin pullar da aidiyyatı üzrə xərclənməyib. Beləliklə, şöbə müdiri 1 milyon manatdan artıq dövlət vəsaitini yoxa çıxardıb. Bundan sonra isə Loğman Müslümovla bağlı yeni məlumatlar yayıldı. İddialara görə, Təhsil Şöbəsinin müdiri elan edib ki, direktorların müsahibə mərhələsi onun rəyindən asılı olacaq. Yəni kim keçmək istəyirsə, onu mütləq görməlidir. RTŞ müdrinin əvvəlcədən müvəqqəti direktor təyin etdiyi adamların bəzisi imtahandan keçə bilməyib.(radikalnews.info)Buna görə də, müdirin üstünə gələrək verdiklərini geri tələb ediblər. Loğman Müslümov isə bunun çıxış yolunu başqa cür tapıb. Belə ki, həmin yerə biliyi ilə keçən şəxsləri ləkələməklə onları direktorluqdan kənarlaşdırmaq niyyətindədir. Bunun üçün müxtəlif damğalayıcı ifadələrə əl atan müdir çalışır ki, rayonda və nazirlikdə biliyi ilə qalib gələn direktorlar barəsində pis rəy formalaşdırsın və nəticədə onlar müsahibə mərhələsini keçməsin. Ardınca Loğman Müslümovun iclas çağırdığı və ordakı nitqində rüşvət alındığını etiraf etdiyi bildirildi. Deyilənə görə iclasda çıxış edən şöbə müdiri "Gedib haradasa məni satmaq lazım deyil, mən çoxdan satılmışam. Gedib artıq-əskik danışıb özünüzü biabır edirsiniz. Hamı bilir kim necə nəfəs alır. Kim necə dövlətlidir, necə işləyir, hansı fırıldaqla məşğuldur. Mən Təhsil Şöbəsinin müdiri kimi işləyirəm, rayon rəhbərliyi və digər qurumlar bilir necə işləyirəm, necə nəfəs alıram, nə ilə məşğulam. Sizin verdiyiniz 100, 200 manat da danışılır. Məktəb direktorları 30-40 manat pul verir, bunu da dilə gətirirlər. Gedib deyirlər ki, biz pul yığırıq. Bəli, həmin pullarla xalqın evini tikirik" deyib.( 11-05-2017/Rublika.az)”

“Çatdırmalıyam”

Qaynarxett.az-a verilən xəbərə görə son bir həftə ərzində Qubada müəllimlərdən yenə pul alınmağa başlayıb. Hər birində\n 200-300 manat arası. Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov şikayət və etiraz edənlərə bildirib ki, kim pulu vermək istəmir ərizəsin yazıb işdən çıxa bilər. Rayona Maliyyə Nazirliyindən yoxlama gəlib və təftişin normal sonuclanması üçün 500 min manat lazımdır. Loğman Müslümov hamıya “çatdırmalıyam” deyib.

İşdən qovulma təhlükəsinə görə müəllim və direktor heyəti bu pulu ödəməyə məcbur ediliblər.

Məsələ ilə bağlı “Qaynarxett.az” portalının əməkdaşı Loğman Müslümovla əlaqə saxlayaraq məsələyə münasibət öyrənmək istəyib. Təhsil şöbəsinin müdiri kobud halda “ nə istəyirsiz yazın, bunu hamı bilir, hətta Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də” deyib. Əslində isə bunun yalan olduğunu bilirik.

Bu arada Loğman Müslümovla bağlı yeni məlumatlar daxil olub. Quba İcra Hakimyyətindəki mənbənin bildirdiyinə görə, şöbə müdiri həbs oluna bilər. İddia olunur ki, şöbə müdirinin rəqibləri onunla bağlı müxtəlif orqanlara, o cümlərdən korrupsiyaya qarşı mübarizə idarəsinə çox ciddi faktlar ötürüb. Dövlət orqanlarına verilən məlumatlarda şöbə müdirinin yeyinti faktlarını sübut edən konkret sənədlərin olduğu bildirilir. Mənbəmiz deyir ki, bu faktlar şöbə müdirinin işdən çıxarılması və həbs olunması üçün yetirlidir. Məsələyə qayıdacağıq.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE