GƏDƏBƏY FERMERLƏRI SƏRSƏKƏDƏ.“HƏRBÇILƏRIN” 42 BAŞ IRIBUYNUZLU HEYVAN OĞURLUĞUNA NƏ AD VERMƏK OLAR. VƏTƏNƏ XƏYANƏT, YOXSA…
Bolge
Oxunub: 1 128
30 avq 2017 | 16:25
GƏDƏBƏY FERMERLƏRI SƏRSƏKƏDƏ.“HƏRBÇILƏRIN” 42 BAŞ IRIBUYNUZLU HEYVAN OĞURLUĞUNA NƏ AD VERMƏK OLAR. VƏTƏNƏ XƏYANƏT, YOXSA…













Gədəbəydə fermerlər 42 baş iribuynuzlu heyvanlarının oğurlanmasında hərbiçiləri ittiham edirlər


Əlimizdə tutarlı foto və videolar var




Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var». Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev bu ilin may ayında casus şəbəkəsinin ifşası ilə bağlı demişdi. DTX rəisi bildirmişdi ki, ifşa olunanlar bir günün, beş günün casusları deyil: «Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi, Prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb». Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü məlum olmuşdu. Toplanmış materiallar əsasında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınmış, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir. Amma Vətənə xəyanət təkcə şəxsi qazanc məqsədilə dövlət və hərbi sirrlərin düşmən tərəfə satılmasından ibarət deyildir. Xalqın əmlakını talayıb, oğurlayıb ermənilərə dəyər-dəyməzinə satan, aclıq çəkən düşmən hərbçilərinin ömrünü uzadan naxələflər də az deyil. “Dəryaz”qəzetinin redaksiyasına Gədəbəy rayon sakini, fermer Namiq Astanov tərəfindən məlumat daxil olub. Fermer bildirir ki, rəhbərlik etdiyi təsərrüfatda bəslədiyi, əsasən iribuynuzlu heyvanlardan ibarət mal-qara sürüsü qış fəslində Ceyrançöl otlağında, yayda isə Qoca dağın ətəyində otarılır. İyulun 9-da çobanlar ona 6 baş heyvanın itdiyini bildiblərmiş. Yerli polisə bu barədə məlumat versə də, axtarışlar bir nəticə verməyib. Ayın 25-də gündüz saat 11 radələrində 2 nəfər hərbçinin çobanların başına avtomatı dirəyərək daha 19 baş qaramalın aparıldığı xəbəriini eşidib.Astanov bildirir ki,dərhal Gədəbəy rayon Polis Şöbəsinə məlumat verib.Rəis müavini,Bəhman müəllim və əməliyyatçı Farizlə birlikdə hadisə yerinə getdik.Polislər Briqada Komandirinə hadisə ilə bağlı məlumat verdikdə o da bildirib ki, bu dəqiqə mən əmr verəcəm həmin istiqamətdə gedən dərənin qarşısını kəssinlər.(Sonradan məlum olub ki,Briqada komandiri nədənsə bu addımı atmayıb)Fermer bildirir ki,biz on nəfərlə birlikdə heyvanların getdiyi iz ilə gedərək 19 baş heyvanın hamısını bizim keşik postumuzla erməni postlarının arasındakı neytral zonada görüblərmiş.O,təkidlə onlarla gedən əsgərə və Emin adlı postun komandirinə bildiriblər ki,əsgərlər gedib neytral zonadan heyvanları gətirsinlər.Ancaq hərbçilərimiz buna da razı olmayıblar.Hərbçilər bildiriblər ki,biz heyvanlar istiqamətində güllə atacağıq,ola bilsin ki,heyvanlardan bir neçəsi öldü.Səbəbini soruşduqda hərbçilər belə əsaslandırıblar ki,bizdən güllə atmağımızın səbəbini soruşsalar deyərik ki,ermənilər heyvanları aparırdılar,biz qoymadıq. Astanov bildirir ki,hərbçilər heyvanları gətirməyə getməyəndə çobanlardan biri məcbur olub atla heyvanları gətirməyə getdi. Bu zaman hərbçilər heyvanlar olan istiqamətə 8 güllə atdılar.Ermənilər də, cavab olaraq 2 güllə atdılar. Heyvanları gətirməyə gedən şəxs ora çatana qədər güclü duman gəldi və çoban ora çatan zaman görüb ki,heyvanların yanında olan əsgərlər heyvanların 11 dənəsini aradan çıxardıblar.(Əlimizdə bu görüntüləri təsdiq edən video və fotolar da var) Yerdə qalan 8 baş heyvanı gətiriblər. Bu zaman onların yanında olan Emin adlı post komandiri onlara deyib ki,narahat olmayın,bu dəqiqə özüm gedib qalan 11 heyvanı da gətirəcəm,siz gedin. Namiq Astanov deyir ki,komandir bizi arxayın saldıqdan sonar,heyvanlar olan istiqamətə getdi və bir müddətdən sonar geri qayıdanda əlində Ermənistan istehsalı olan siqaret çəkdiyini görüblər. Özünə məyus görkəm verərək deyib ki, axtarmağın faydası yoxdu, heyvanlar düşmən əlinə keçib. Özünə haqq qazandırmaqçün deyib ki, onun səyləri olmasaydı, ermənilər heyvanların hamısını aparacaqmışlar. N. Astanov bildirir ki, əvvəllər də heyvanların oğurlanması hadisələri baş verib və məhz öz hərbçilərimizdən şübhələnməyə kövrək əsaslar olub. Məsələn, iyun ayında rayonunÇalburun kənd icra nümayəndəliyinin sədri İlqar müəllimə məxsus 17 baş iribuynuzlu mal-qara soraqsız itib. Əgər heyvanları Azərbaycan ərazisində mülki şəxslər oğurlayıb biri-digərinə satsaydı, izi ilə axıra çıxmaq, tapmaq çətin olmazdı. Maraqlıdır, əgər doğrudan da komandirin dediyi kimi, erməni sərbəstcə keçib biz tərəfdən camaatın sürüsünü apara bilirsə, bəs onda keşik çəkən hərbçilərimiz hara baxır? Yox, əgər «özümüzünkülər» oğurlayıb düşmənə satırlarsa, daha pis! Hər halda ümid edirik ki, məsələ ilə əlaqədar müraciət etdiyimiz Baş Prokurorluq, Daxili İşlər və Müdafiə Nazirlikləri, Dövlət Təhlükəsizlik Xidməti faktla bağlı bütün lazımi tədbirləri görəcək, Vətəni, dövləti, xalqı erməni siqaretinin tüstüsünə satan xainlərin cəzalandırılmasına nail olacaqlar.

Habil Tağıyev
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...