Şabranın icra başçısı yolkəsənlik edir - VİDEO
Bolge
Oxunub: 655
5 sen 2017 | 13:37
Şabranın icra başçısı yolkəsənlik edir - VİDEO















Şabran rayon ərazisində yerləşən Çıraqqala qalasına gedən yol zəbt olunub. Qlobal.az xəbər verir ki, bu barədə "Qanun” nəşriyyatının sahibi, tanınmış naşir Şahbaz Xuduoğlu özünün "Instagram" səhifəsində məlumat verib.

Şahbaz Xuduoğlu bildirib ki, "Qalaaltı" oteli Qalaaltıdakı mineral su bulağına vəı Çıraqqala qalasına aparan yolu zəbt edib, bulağı isə mənimsəyib:

"Hazırda Qalaaltı otelinin qarşısındayam. Bildiyiniz kimi otel təzə istifadəyə verilib. Amma bundan öncə burada böyük bir yol var idi, bu yol bizi Qalaaltıdakı mineral suyu olan bulağa aparırdı. Sonra bulağın yanından da davam edib bizi Çıraqqalaya çıxarırdı. Təəssüflər olsun ki, bu gün bu oteli düz o yolun üstündə tikiblər, bulağı da mənimsəyiblər. Gələn camaata da icazə vermirlər ki, içəri girsinlər, deyirlər bağlıdır. Bulağın suyunu içmək istəyənləri də kənarlaşdırırlar, deyirlər ki, dərə aşağı gedin, orada su tökülür, o sudan için. Mən anlamıram ki, hansı yekəxana bu oteli yolun üstündə tikə bilər? Bu yol xalqın yoludur, bu su xalqın suyudur, yeraltı sərvətdir, xalqa məxsusdur”.

Qeyd edək ki, Çıraqqala Siyəzən rayon mərkəzinin 20-25 kilometrliyində, Bakı şəhərindən 150 km aralı Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə yerləşən müdafiə qalasıdır. Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli 1262 nömrəli sərəncamı ilə "Çıraqqala" tarixi kompleksi tarixi qoruq elan edilib və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilib.

***

Qlobal.az olaraq xatırladaq ki, Şabran rayonunda yerləşən məşhur Qalaaltı istirahət kompleksinin və rayondakı dəvə fermalarının Şabran RİH-nin başçısı Novruz Novruzova məxsus olması barədə ölkə mediasında dəfələrlə xəbərlər dərc olunub. Ancaq yayılan xəbərləri nə Şabran RİH-i, nə də, rayonun icra başçısı Novruz Novruzov təkzib etməyib.

Qeyd edək ki, Novruz Novruzovun sahib olduğu mülklər təkcə Qalaaltı restoranı ilə yekunlaşmır. Onun Sumqayıtda da bir sıra obyektlərinin və şadlıq evlərinin olduğu iddia olunur.
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM