Zaqatala və Balakəndə müəllimlərə vahid geyim tələbi: Dərsə buraxılmayacaqlar
Bolge
Oxunub: 632
7 sen 2017 | 10:17
Zaqatala və Balakəndə müəllimlərə vahid geyim tələbi: Dərsə buraxılmayacaqlar













Zaqatala və Balakəndə bəzi kənd məktəblərində müəllimlərin yeni tədris ilindən vahid forma geyinmələri barədə tapşırıq verilib. Tələblərə görə, müəllimlər yalnız qara rəngdə kostyum geyinməlidirlər. Formaya ağ köynək, qara yubka, jilet və qara ayaqqabı daxildir. Müəllimlər fəsildən asılı olmayaraq, bu geyimdə olmalıdır. Məktəb direktorları təlimatın Təhsil Nazirliyi tərəfindən verildiyini bildirib və bu geyimdə olmayan müəllimlərin dərsə buraxılmayacağı barədə xəbərdarlıq olunub.

Məktəb direktorlarının bu tələbi müəllimlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar qeyd edir ki, müəllimlərin vahid formada geyinmələri bütün respublikada tətbiq olunmur. Hətta Balakən və Zaqatala rayonlarının əksər məktəblərində müəllimlərə bu tələb qoyulmayıb.

“Onsuz ki, müəllimlər geyimlərinə diqqət edirlər. Açıq-saçıq, rəngli geyimlər geyinmirlər. Qara rəngli geyimlər problem yaradır. Bütün günü təbaşirlə işləyirik, üst-başımız təbaşir olur. Həmçinin qış aylarında soyuq siniflərdə bu forma ilə dərs keçmək də çətindir”, deyə müəllimlər etiraz edib.

Məsələ ilə bağlı qeyd olunan rayonların təhsil şöbələri ilə əlaqə saxladıq.

Balakən rayon təhsil şöbəsindən Publika.az-a bildirdilər ki, məktəblərə vahid forma ilə bağlı hər hansı tələb irəli sürülməyib.

“Bir çox dövlət qurumlarında geyim tələbi var, amma müəllimlərlə bağlı yoxdur. Müəllimlərın vahid forma geyinməsi yaxşı olardı. İndi də müəllimlərimiz məktəbə uyğun geyinirlər, qadın müəllimlər açıq-saçıq, şalvar geyinmirlər. Lakin vahid forma ilə bağlı idarədən tapşırıq verilməyib”.

Zaqatala rayon təhsil şöbəsindən də məktəb rəhbərləri qarşısında belə bir tələb qoyulmadığını deyiblər:

“Şagirdlərdən məktəbli formaları geyinmələri tələb edilir. Lakin Təhsil Şöbəsi tərəfindən məktəb rəhbərlərinə müəllimlərin vahid forma geyinmələri tapşırığı verilməyib”.

Qeyd edək ki, müəllimlərin vahid geyim tələbi zaman-zaman gündəmə gəlir. Təhsil Nazirliyi isə hər dəfə müəllimlərlə bağlı vahid geyim tələbinin olmadığını açıqlayır. Nazirlikdən bildirilir ki, məktəb rəhbərləri işə pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə gəlməyə icazə verməməlidir.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb