Vəhabilər Qazax rayonunda da aranı qatdılar - nəqşibəndi-vəhhabi qarşıdurması
Bolge
Oxunub: 1 341
27 dek 2014 | 16:13
Son illərə kimi ən tolerant bölgələrdən olan Qazaxda dini radikalların sayı sürətlə artıb, təriqətlərin bir-birinə dözümsüz yanaşması adi hala çevrilib. Rayonun ziyalı təbəqəsi bunun gündən-günə artan sosial problemlərdən qaynaqlandığını düşünür; ən adi məişət ehtiyaclarını ödəyə bilməyən ailələr yeganə yolu Allaha üz tutmaqda görür. Dinlə bağlı heç bir təsəvvürü olmayan ümidsiz insanların qəlbini ələ almaq o qədər də çətin deyil. Onlarla adamı öz təsirində saxlayan təriqət üzvləri gündən-günə artan güclərinə güvənib, hegemonluq eşqinə düşürlər. Rayonun Qori Müəllimlər Seminariyasının tarixi binası ilə üzbəüzdə yerləşən məsciddə, demək olar ki, hər gün dini mübahisələr olur, bu mübahisələr bəzən əlbəyaxa davaya çevrilir.

Nəqşibəndilər niyə namazı Salahlıda qılır?

Rayon məscidində, demək olar ki, ən nüfuzlu qruplaşma Türkiyənin İsmayıl Ağa camaatının təsiri altında olan dindarlardır. Onlar sufizmin Nəqşibəndi qoluna aid olduqlarını iddia edirlər. Nəqşibəndiliyi sufizmin digər qollarından ayıran əsas xüsusiyyət də onların siyasi hakimiyyətə iddialı olmasıdır. Bu təriqətin üzvləri digər sufilər kimi gündəlik məsələlərdə iştirakdan boyun qaçırmır, əksinə, öz fikirlərinin cəmiyyətə yeridilməsi uğrunda mübarizə aparırlar. Onların bir nömrəli düşməni Əbu-Bəkr məscidinin imamı Hacı Qəmətə biət edən sələfilərdir. Onlar vəhhabilik adını verdikləri sələf əqidəsini batil inanc, sələfilərin özlərini dindən çıxmış mürtəd hesab edirlər. Mahmud Hüdayi, Cübbəli Əhməd kimi din adamlarına biət edən Qazax nəqşibəndiləri son aylarda məscid imamı qarşısında bir neçə dəfə tələb qoyublar: Vəhhabiləri burdan qov. Məscidin İlham adlı imamı isə tələbi rədd edib: Bura Allahın evidir, mən heç kimi qova bilmərəm. Mübahisədən sonra qarşı tərəf narazılıq edərək məscidi tərk edib. Son aylarda onlar namazlarını rayonun Daş Salahlı kəndində qılırlar.

İmam sələfiləri niyə qoruyur?

Bir neçə il əvvəl, hələ məscidin bundan əvvəlki imamı Mikayıl Əfəndinin vaxtında Türkiyədə təhsil alıb gələn dindarlar sələfilərin görüşünü zərərli hesab etmiş, onları məsciddən uzaqlaşdırmışdı. Ən maraqlı məqam isə ondadır ki, vəhhabi kimi qovulan dindarlar daha da radikallaşmış və məşhur Sumqayıt camaatının özəyini təşkil etmişdilər. Onların fikir babası isə rayonda xəvaric kimi tanınan, sonralar Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi Hacıbala adlı şəxsdir. Burdan belə qənaətə gəlmək olar ki, dövlətin məscidlərə imam təyin etdiyi adamlar qarşısında tələb qoyulur: Sələfilərlə ehtiyatlı davranmaq, onların incik düşüb xəvariclərə qoşulmasına imkan verməmək. Məscid imamının bütün məsələlərdə Qamətə biət edən kəsimlə hesablaşmağı bununla izah edilir.

İddia: "Türkiyə yardımı kəsəcək!"

Qazax məscidi hələ 1990-cı illərin əvvəllərində Türkiyənin dindar çevrələrinin təsiri altında olub. Yaxınlara kimi bura Türkiyədən müxtəlif dini kitablar, dərs ləvazimatları göndərilir, Qazağın dindar gəncləri qardaş ölkədəki dini kəsimin tikdirdiyi Ağdaş və Şəki mədrəsələrində təhsil alırdı. Türkiyəyə bağlı dindarlar baş verənlərdən sonra rayon məscidinə edilən maddi yardımın kəsiləcəyini gözləyir.
Üzbəüzdəki Qori Müəllimlər Seminariyasının binası isə baş verənlərə səkit-səssiz tamaşa edir

musavat.com
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO