Ağdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEY
Bolge
Oxunub: 599
11 sen 2017 | 16:05
Ağdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEY















Ağdam rayon Alıbəyli kəndində əhali içməli su ilə artezianlar vasitəsi ilə təmin edilir. Ancaq kənd sakinlərinin "Ölkə.Az"-a verdiyi məlumata görə, 2 ilə yaxındır ki, artezian işləmir və əhali suya həsrət qalıb.

Məsələni dəqiqləşdirmək üçün "Ölkə.Az"-ın reportyor qrupu Alıbəyli kəndində olub. Qarşılaşdığımız mənzərə isə təkcə əhalinin susuz qalması yox, daha ciddidir. Təsəvvür edin, məktəbdə su yox, tibb məntəqəsində su yox, uşaq baxçasında su yox. Bunlar barədə daha geniş aşağıda oxuya bilərsiniz.

Kənd sakinlərinin sözlərinə görə, yanmış artezian 40 evi, 360 şagirdi olan məktəbi və Alıbəyli kəndinin uşaq baxçasında yerləşən 6 köçkün ailəsini və 18 həyətyanı ərazinin suvarılmasını təmin edirmiş. Kənd sakinləri isə suyu maşın və eşşək arabaları ilə gətirir.

Kənd sakinlərinin sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinə, su təsərrüfat idarəsinə dəfələrlə müraciət ediblər, ancaq müraciətləri elə müraciət olaraq da qalıb. İcra hakimiyyətindən və digər əlaqədar qurumlardan kənd sakinlərinə "siz də köməklik edin, biz də köməklik edək, yeni artezian quyusu qazdıraq" deyilib, ancaq kənd sakinləri əhalinin maddi gücünün olmadığını vurğulayıb. Ağdam rayon icra hakimiyyətindən Alıbəyli kənd sakinlərinə deyilən son söz o olub ki, artezian quyusunun qazılması üçün 12 min manat pul lazımdır, həmin pulun 8 min manatını kənd sakinləri yığmalı, yerdə qalan 4 min manatı isə icra başçısı öz cibindən verəcək.

Kənd sakinlərini əsas düşündürən isə məktəblərin yaxın günlərdə açılması və övladlarının susuz nə edəcəyidir. Kənd sakinləri bildirirlər ki, şagirdlər tənəffüs olan kimi hasardan boylanaraq qonşu evlərdən su istəyirlər.

Kənd sakinləri ilə axmayan artezianın üstündəki söhbətdən sonra Alıbəyli kənd tam orta məktəbə gedirik. Qeyd edək ki, məktəblə artezian qonşudur. Məktəbin həyətinə girəndə məsələnin ciddiyətini dərhal anlamaq olur- ağaclar quruyub, məktəbin həyətindəki çəmənlik isə saralıb. Deyir betərin betəri var, müəllimlərlə söhbət zamanı isə məlum oldu ki, məktəbin sanitar qovşağı su olmadığı üçün işləmir. Şagirdlərin təbii ehtiyaclarını necə ödəyəcəyini heç kim bilmir.

Məktəbin müəllimi Hüseynov Azər: "Məktəbimizə ən yaxın artezian 700 metr uzaqlıqda yerləşir. Xadimələr məktəbi təmizləmək üçün suyu evlərindən gətirirlər. Evdən gətirilən 5 litr su ilə məktəb təmizləmək olar? Bizi ən çox narahat edən isə sanitar qovşaqdır. Susuzluqdan məktəbdə şagirdlər arasında xəstəlik yayıla bilər.

Məktəbin həyətində olarkən təmizlik işlərinin görüldüyünü görürük. Xadimələrdən biri olan Məmmədova Yetərlə söhbət edən zamanı məlum olur ki, 2 ildir ki, məktəb susuzluqdan əziyyət çəkir:

"Bizdən təmizlik tələb edəcəklər. Bir neçə gün sonra uşaqlar məktəbə gələcək, tozun-torpağın içərisində uşaqlar necə oxuyacaq? Mənim evdən su gətirmək kimi vəzifə borcum yoxdur, uşaqlara xatir evdən su gətiririk, ancaq bunu həll etməyin yolu var".

Müəllimlərlə birlikdə məktəbin yeni təmir edilmiş sanitar qovşağına baxmağa gedirik. Susuz sanitar qovşağın necə olduğunu özünüz təsəvvür edin...

Məktəbin həyətində məktəbi istilik sistemi ilə təmin etmək üçün istilik sistemi quraşdırılıb. Ancaq susuz bu istilik sistemi nə ilə işləyəcək, bunu heç kim bilmir.

Məktəbin həyətində olduğumuzu bilən kənd sakinləri, şagirdlərin valideyinləri məktəbə axın edir. Bayramov Mətləb bildirir ki, 2 ildir ki, su deyib, hər qapını döyürük, ancaq bu problem həll olmur. Məktəbimiz gözünüzün qarşısında, həyətlərimiz də bundan pis gündədir. Ağdam kimi suyu bol olan rayonun sakinləri susuz qalmamalıdır".

Birinci qrup Qarabağ əlili Rzayev Rafiq isə bildirir ki, səs-küy salan kimi deyirlər dövlətə qarşı çıxırsınız:

"Qardaş, bax bu vəziyyətdə o məmurlar yaşaya bilər? Biz suyumuzu tələb edirik, başqa nə istəyirik ki? Əlil adamam, özümü güclə gəzdirirəm, suyu necə daşıyım?".

Məktəbdəki acınacaqlı vəziyyəti görüb gedirik uşaq baxçasına. Uşaq baxçasının müdiri Hüseynova Elza nə qədər desə də ki, bura uşaq baxçasıdır, heç cür bunu qəbul edə bilmədim. Açığı mal tövləsi bu baxçanın yanında saraya bəzəyir. Nə isə, mövzu bu deyil.

Hüseynova Elza bunları deyir:

"Şəraitin olmaması bir dərd, suyun olmaması isə başqa bir dərddir. Uşaq məndən su istəyəndə mən ona nə verim? İndi hansı dövrdür ki, uşaq hazırlamaq üçün heç nə vermirlər? 2-ci Dünya müharibəsində baxçaların ərzağını kəsməyiblər, indi hansı zəmanədir ki, baxçaya heç nə vermirlər? Millətin gələcəyi uşaqlardır, uşaqlara belə münasibət olan millətin gələcəyi olar?".

Alıbəyli kəndinin tibb məntəqəsinə gedirik. Tibb məntəqəsində 2 tibb bacısı ilə qarşılaşdıq. Tibbi bacıları istehza ilə bildirdi ki, görün necə gözəl tibb məntəqəmiz var. Tibb məntəqəsi həqiqətən istehzalı gündədir. Tibb məntəqəsinin içərisində yerdə kapron qabda su gördük, tibb bacıları bildirdi ki, bu suyu evdən gətirmişik, birdən ürəyi gedən, halı pis olan olar, onların üzünə-gözünə vuraq.

Deyirlər, su həyatdır. Əgər bu həqiqətən belədirsə, Ağdam rayon Alıbəyli kəndində artıq həyat bitib.
Ağdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEYAğdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEYAğdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEYAğdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEYAğdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEYAğdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEYAğdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEYAğdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEYAğdamda bu kəndə "Yezid zülmü" verilir... - GİLEY
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...