Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır
Bolge
Oxunub: 727
16 sen 2017 | 12:29
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır















Tovuz rayonu, Qovlar şəhər 3 saylı məktəbi uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə adı çəkilən məktəbin direktoru Nüsrət Nəsirli məlumat verib.

Direktor ünvanladığı məktubda, məktəbdə hər an bədbəxt hadisə baş verəcəyini bildirib:

“Həmin məktəbə bir ildir ki, direktor təyin olunmuşam. Mən məsuliyyətimi dərk edərək məktəb haqqında məlumatları nəzərinizə çatdırıram. Gələcəkdə baş verəcək hər hansı hadisəyə görə mən məsuliyyət daşımıram. Məktəbin belə vəziyyəti haqqında Təhsil Nazirliyinə, Tovuz rayon Təhsil Şöbəsinə və digər lazımi orqanlara dəfələrlə məlumat vermişəm”.

Məktəb direktoru bildirib ki, bina qəzalı vəziyyətdədir, "bir kubikin" üstündə dayanır, kiçik bir yeraltı təkan orda faciə törədə bilər.

“Keçən il,oktyabrın 20-də V sinfin sinif otağında, dərs zamanı gürzə ilanını özüm şəxsən öldürmüşəm. Bir uşağı ilan çalsa, bunun məsuliyyəti kimdə olacaq? Bina 1971-ci ildə tikilib, bir pəncərə şüşəsi, bir metr elektrik naqili normal deyil. Bütün naqillərin üzəri açıqdır, bir şagirdi, müəllimi, texniki işçini elektrik vursa, bunun məsuliyyəti kimin üzərində qalacaq? Bundan başqa, məktəb binasında 4-5 ailə məktəbin otaqlarını zəbt edib. Binada istilik sistemi olmadığına görə, onlar odun sobalarından istifadə edirlər və sobaların tüstü boruları birbaşa binanın damına çıxır. Adi bir qığılcım binada gec-tez yanğına səbəb ola bilər. Buna kim məsuliyyət daşıyacaq? Eyni zamanda, məktəb binasını zəbt etmiş ailələr, məktəbin həyətində ev quşları saxlayırlar və məktəb həyətində quş hinləri tikiblər, dəfələrlə deməyimə baxmayaraq, həmin vətəndaşlar, nə məktəb binasını tərk edirlər, nə də hinlərini sökürlər. Quş və heyvan səsləri dərs proseslərinə ciddi mane törədir. Məktəbin ərazisində nə hasar, nə də qoruyucu dəmir tor var, kənd vətəndaşlarının mal-qarası, ev quşları, qoyun-quzusu birbaşa məktəbin həyətində və ərazisində yemlənir”, - deyə direktor bildirib.

Nüsrət Nəsirli məqsədinin həm də gələcək faciələrdən özünü sığortalamaq olduğunu deyib:

“Bu məktublar internetdə daimi qalacaq və istənilən an mənim deməyə sözüm var ki, mən vaxtında bu fəlakətlər haqqında məlumatımı vermişəm”.
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanırAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanırAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanırAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanırAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanırAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanırAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanırAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"