18-09-2017, 12:48 Oxunub: 306

Yevlaxda dərslik böhranı - Kitablar pulla satılır

Yevlaxda dərslik böhranı - Kitablar pulla satılır















Orta məktəblərdə ibtidai sinif dərsliklərinin çatışmazlığı yaranıb.

Bu barədə AzNews.az-a açıqlamasında Yevlax rayon 7 saylı orta məktəbdə dərs alan şagirdlərin valideynləri bildirib. Valideynlər qeyd edib ki, onlara sözü gedən məktəbdən 2-ci sinif üçün dərs vəsaitlərinin öz hesablarına əldə etmələri deyilib:

“Tək 7 saylı orta məktəbdə deyil, Yevlax rayonunun bir sıra təhsil müəssisələrində dərsliklər tapılmır. Məktəbə kitablar say ilə gəlib. Amma şagirdlərin bir çoxuna dərs vəsaiti verilməyib. Məktəbdən bildiriblər ki, “kitab şagird hesabına gəlməyib, gedin özünüz alın”. O dərsliklərin qiymətləri 6 manatdan çoxdur. Axı bizim o kitabları almağa imkanımız yoxdur. Kitabın arxasına “pulsuz” yazılıb. Belə bir halda biz o kitaba niyə pul verək”?

Valideynlər Təhsil Nazirliyindən problemlərinin həlli üçün kömək istədiklərini qeyd edib.
"Ermənilər qoymur Kəlbəcərə, Şaxta baba gəlib şəhərə..." - daha bir dərslik rüsvayçılığı - FOTO Sosial 112 saylı məktəbdə direktor Xədicə Babayevanın RÜŞVƏT YIĞDIMI valideynləri bezdirir... 112 saylı məktəbdə direktor Xədicə Babayevanın RÜŞVƏT YIĞDIMI valideynləri bezdirir... Sosial Antikorrupsiya İdarəsi Mikayıl Cabbarovun dərslik korrupsiyasını araşdırır? - ŞOK təfsilat Antikorrupsiya İdarəsi Mikayıl Cabbarovun dərslik korrupsiyasını araşdırır? - ŞOK təfsilat Gundem Sumqayıtdakı 11 saylı orta məktəbdə şagirdlərdən təmirpulu yığılır Sumqayıtdakı 11 saylı orta məktəbdə şagirdlərdən təmirpulu yığılır Gundem İtkin düşən şagirdlərin direktoru danışdı İtkin düşən şagirdlərin direktoru danışdı Sosial