Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)
Bolge
Oxunub: 682
18 sen 2017 | 18:51
Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)












Latın Amerikası serialları maraqlıdır, bunu inkar etmək olmaz. Hətta insanların bu seriallara aludəçiliyi az qala psixi xəstəlik dərəcəsindədir. Bəs bu seriallar cəmiyyətə nəyi təbliğ edir və gənclərin tərbiyəsinə necə təsir göstərir?

Kimdir bu serialların müsbət qəhrəmanları? Milli dəyərlərimizə görə “ismətsiz” və ya “qeyrətsiz” adlandırıla biləcək qadınlar və ya kişilər. Bu seriallarda bəzən öz ailə namusunu qorumaq üçün mübarizə aparan kişilər “mənfi obraz” kimi təqdim olunur, ailədən kənar doğulmuş uşaqların ata-anaları isə “müsbət obraz” kimi təqdim olunur. Açıq-saçıq geyimlər və səhnələr də öz yerində. Bu seriallarda “sevgi” adı altında cinsi ehtiraslar əsas yer tutur, ailə isə ikincidərəcəli olmaqla əsl dəyərinə malik deyil. Başqa sözlə, bu serialların ideyasına görə xoşbəxt olmaq üçün daimi ailə vacib deyil, neçə dəfə istəsən evlənib-boşanmaq olar, əsas odur ki, “sevgi”(əslində isə cinsi ehtiraslar) olsun, o da ailədən kənar olsa da olar. Yəqin ki, bu Latın Amerikası xalqlarının öz mənəvi dəyərləridir. Bizim dəyərlərimizə görə isə, ailəsiz nə əsl sevgi var, nə də xoşbəxtlik. Buradan o nəticə çıxır ki, Latın Amerikası serialları ailəsizliyi təbliğ edir. Belə təbliğat isə milli varlığımıza və inkişafımıza qarşı yönəlmiş bir təbliğatdır.

Seriallara rayonlarda daha çox baxırlar. İstər istəməz bu da gündəlik həyatda özünü göstərir. Bəzən elə sevgi macəraları baş varir ki, braziliyalılar belə zəngin hadisələrlə dolu olan süjetə həsəd apara bilir.

Nia.az RealMedia.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri Ağcəbədidə baş verib. Ad çəkmək istəmirik. Rayondakı məktəblərdən birinin yaşlı direktoru (şəti ad kimi Luis Alberto deyək) gənc müəllimlərdən birinə vurulur. Həmin müəllimənin (adını şərti olaraq Mariya deyək) Rusiyada əri olmasına baxmayaraq direktora qarşılıq verir. Əlbətdəki bu əvəzsiz olmur, “Luis Alberto” sevgilisinə yaxşı baxır, dolandırır. Ancaq Ağcəbədi Braziliyanın San-Paolo kimi çoxmilyonluq şəhəri deyil axı. Balaca yerdi. Tezliklə rayon səviyyəsində söz-söhbət qalxır. Sonra hadisə mediaya yol tapır. “Luis Alberto”nun qulağından tutub işdən atırlar.

Ancaq Rayon Təhsil Şöbəsinə Solmaz Rəhimovanın təyin olunması ilə “Luis Alberto”nun ulduzu bir də parlayır. Onu tş-nə metodist kimi işə götürürlər.Üstəlik o sevgilisini, yəni “sadəjənə Mariya”nı da özü ilə təzə iş yerinə gətirir. Nə səbəbə- bu atrtıq başqa bir mövzudur. O haqda gələn saylarımızda yazacağıq. Ancaq pedaqoq adına yaraşmayan hərəkətlərlə, rüsvayçılıqla işdən çıxan “Luis Alberto” kimisinin niyə vəzifəyə təyin etməsilə bağlı jurnalist Solmaz Rəhimovaya sual verəndə o, “əşşi , o qoca kişidi, cavan qızın nəyinə lazım, onun cavan, yaraşıqlı əri var,gəlin köhnə yaraları qopartmayaq” deyir. Həmin audiosəsi təqdim edirik.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ