Adil Vəliyevin bu boyda həngamədən xəbəri yoxdur? - FOTOLAR
Bolge
Oxunub: 776
23 sen 2017 | 12:34
Adil Vəliyevin bu boyda həngamədən xəbəri yoxdur? - FOTOLAR















5-K tikinti şirkəti Sabunçu rayonunda yerləşən 94 saylı məktəbin stadionunda beş mərtəbəli bina tikmək istəyir. Yaşıllıqlarla əhatələnmiş ərazidə tikinti aparılması üçün artıq sözügedən yer MTK-nın məlumat lövhələri ilə hasarlanıb. Böyük bir ərazini əhatə edən tikinti hələ başlamasa da, artıq narahatlıq doğurur.

Axar.az xəbər verir ki, sakinlər sözügedən ərazidə tikinti aparılmasını istəmir. Ərazidə yaşıllıqların olması və tikintinin məktəbin stadionu olan ərazidə aparılacağı barədə sakinlərin narahatlığı sosial şəbəkələrdə də yayılıb.

5-K MTK tərəfindən aparılacaq tikintiyə hansı qurumun icazə verdiyi məlum deyil. Bina Sabunçu Rayon İcra Hakimiyyətininin ərazisində yerləşir. Lakin rayon icra başçısının köməkçisi Müslüm Mahmudov tikinti üçün onlardan heç bir sənəd alınmadığını bildirib. Axar.az-a açıqlama verən M.Mahmudov bildirib ki, həmin ərazidə tikintinin aparılması üçün şirkətə rayon icra hakimiyyəti heç bir sənəd verməyib:

“Həmin MTK tikinti aparmaq üçün hansı qurumdan icazə alıbsa, bunu özünüz araşdırıb tapın. Biz deyə bilmərik ki, tikinti qanunsuz aparılır. Rayon ərazisində tikinti aparmaq üçün təkcə bizim icazə sənədi verməyimiz lazım deyil ki! Başqa qurum da buna icazə sənədi verə bilər. Həmin tikintinin aparılması üçün Sabunçu Rayon İcra Hakimiyyəti 5-K MTK-ya heç bir sənəd verməyib. Əgər icra belə bir sənəd veribsə, göstərsinlər. Ora özəl yerdir. Buna görə kimdən icazə alınıbsa, bizim məlumatımız yoxdur”.

Həmin ərazidə yaşıllıqların məhv edilmə ehtinalından da danışan M.Mahmudov bildirib ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları mütəmadi reyd keçirir:

“Hər rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları reyd keçirir. Bizim nə isə etməyimizə ehtiyac da qalmır. Bizdən əvvəl elə nazirlik özü ərazidə araşdırma aparır, protokol tərtib edir, bu barədə polis idarəsinə məlumat verir və məsul şəxs barədə tədbir görülür”.

Tikintinin Sabunçu rayonunda yerləşən 94 nömrəli məktəbin stadionunda aparılması iddiası sözügedən məktəb direktorunu da narahat edib. Bu barədə Axar.az-a açıqlama verən məktəbin direktoru Şəmsəddin Vəliyev iddiaları rədd edərək, tikintinin məktəbin ərazisi olan stadiona heç bir aidiyyəti olmadığını bildirib:

“Məktəbin stadionunda bina tikilməsi ilə bağlı yayılan məlumatlar əsasızdır. Stadion tikinti üçün hasara alınmayıb. Stadion məktəbin ərazisidir. Bu səbəbdən hasarlanıb. 5-K MTK-nın tikinti aparacağı yer isə bizim məktəbə aid olmayan ərazidir. Tikinti aparılması üçün hasara alınan ərazinin məktəbimizə, məktəbin həyətinə heç bir aidiyyəti yoxdur”.

Direktor bu məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə də şəxsən danışdıqlarını bildirib:

“Dünən icra başçısı Adil Vəliyev mənimlə əlaqə saxladı. Şəxsən özü bildirdi ki, belə bir şey olsa, məktəbin ərazisindən istifadə etsələr, yaşıllıqları qırmağa cəhd etsələr, birbaşa bizə müraciət edin. Bununla bağlı bizə Təhsil Nazirliyindən, Bakı Şəhər Təhsil İdarəsindən də məktub gəlib. Cavablandırmışıq ki, tikintinin bizim əraziyə aidiyyəti yoxdur. Stadionumuz 2 metr hasarla əhatələnib. Düzdür, bina tikintisi stadionumuzun arxa hissəsində, divara çox yaxın olan yerdə aparılır. Ancaq bu tikintinin bizim əraziyə dəxli yoxdur.

Stadionumuz yararsız olsa da, uşaqların idman etməyi üçün bir neçə avadanlıq var. İdman dərsləri həmişə orada keçirilib. Hazırda dərs ili yeni başladığı üçün idman dərsi məktəbin qapalı zalında keçirilir. Ancaq həmişə olduğu kimi bu dəfə də idman dərsləri orada keçiriləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Axar.az-a bildirildi ki, fakt araşdırılır və bu barədə araşdırmalardan sonra məlumat veriləcək.
Adil Vəliyevin bu boyda həngamədən xəbəri yoxdur? - FOTOLARAdil Vəliyevin bu boyda həngamədən xəbəri yoxdur? - FOTOLARAdil Vəliyevin bu boyda həngamədən xəbəri yoxdur? - FOTOLARAdil Vəliyevin bu boyda həngamədən xəbəri yoxdur? - FOTOLARAdil Vəliyevin bu boyda həngamədən xəbəri yoxdur? - FOTOLAR
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!