Ağdamlı məmur haqda şok iddialar - İTTİHAM VAR
Bolge
Oxunub: 777
25 sen 2017 | 12:26
Ağdamlı məmur haqda şok iddialar - İTTİHAM VAR














Bir müddət əvvəl nəvəsi bahalı maşınla qəza törədərək gündəmə gələn “qaçqınkom” şefinin varidatı insanları heyrətə gətirmişdi.

Əli Həsənov Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875 manat maaş alır. Bu isə ümumilikdə heç 4000 manat etmir. Belə durumda ağlınızdan keçən sualın mən də fərqindəyəm. “Görəsən, bu dəyirmanın suyu haradandır?” deyə, düşünməkdə də haqlısınız. Nə bilmək olar, bəlkə də 19 ildi önəmli vəzifələri daşıyan 69 yaşlı Əli müəllim, yemədən, içmədən yalnız nəvələrinin oliqarx həyatı üçün çalışıb.

“Çörək pulu”dan gələn milyonlar

Hər halda məcburi köçkünlərin “dondurulmuş” maaşlarının kəsilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdimat verən Əli müəllim nəvəsinə ölkə başçısının sərt çıxışlarını xatırlatmalı, onu bir baba kimi bu yöndə tərbiyə etməliydi. Amma görünür, “Qaçqınkom” sədri daha öncə övladları və nəvələri haqqında mətbuatda yayılan xoşagəlməz xəbərlərdən nəticə çıxarmayıbmış. Bu da ağsaqqalın saqqalının ağlığının bir işə yaramadığının nəticəsi: 2 ölü, biri də nəvəsi Nail Alahverdiyev olmaqla vəziyyəti ağır olan 3 yaralı!

Bütün bunlara görə, cavab verməlisiz, cənab “Qaşqınkom”! Bu məsələ üzləşdikləri çətinliklərə görə “Qaçkınkom”un binasına üz tutan köçkünlərin süründürülməsi qədər asan deyil. Bu məsələ, sizin istefanızı gərəkdirəcək qədər ciddidir! Bir halda ki, bu məmləkətdə adına evi olduğu iddia edilərək məcburi köçkünün “çörək pulu” kəsilirsə, onda hesabat verin görək, bir nəvənizin niyə iki bahalı maşını var?!…

Hesablama Palatası, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi komitə sədrinin büdcədən ayrılan pulları necə xərcləməsini araşdıra bilər.
Əldə etdiyimiz bilgilərə görə, artıq hüquq-mühafizə orqanlarında “Qaçqınkom”un fəaliyyəti barədə yoxlama və araşdırma aparılır.
Komitənin dosyesi hazır olduqdan sonra prezidentə məruzə olunacaq. Hətta Ə.Həsənovun korrupsiya fəaliyyəti ilə bağlı cinayət işi başlana bilər.

“Çörək pulu almaq istəyirsənsə 1500 gətir”

Yardım pulları ilə “qidalanan” məmur ordusu böyükdür. Komitə sədrləri, icra başçıları, icra nümayəndələri. Hamı bu “yağlı tikə”dən pay qoparmağa çalışır.
Məcburi köçkünlərin soyulması isə davam edir. Hətta bu boyda qalmaqallardan sonra da.

Bakı şəhəri, Cavadxan küçəsi 18, mənzil 54-də müvəqqəti qeydiyyatda olan Məmmədova Aytəkin Məmməd qızı tərəfindən şikayət ərizəsi daxil olub.

Aytəkin xanım bildirir ki, yuxarıda göstərdiyi ünvanda həyat yoldaşı və iki azyaşlı övladı ilə qalır. Ağdam işğal olunandan burada məskunlaşıblar. İndiyədək dövlətdən ayrılan yardım ağır sosial vəziyyətdə olan ailənin dadına çatıb.

Lakin bir müddət əvvəl ona Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Ağdam Şəhər üzrə nümayəndəsi işləyən Məlahət Həsənova zəng edərək bildirib ki, yardım kəsiləcək, çünki adlarında ev var. Aytəkin Məmmədova deyib ki, ev onların yox, qayınanasının adınadır və bu mənzili hələ Ağdamın işğalından qabaq alıb. Aytəkin xanım , əri və uşaqları burada müvəqqəti məskunlaşıblar. Öz evləri yoxdur, nə də məcburi köçkünlər üçün tikilən evlərdən onlara mənzil düşməyib.
Məlahət Həsənova bildirib ki, bu arqumentlər keçərli deyil, əgər Aytəkin Məmmədova 1500 manat çatdırsa ailə yenə “çörək pulu” alacaq. Əks təqdirdə dövlətin köməyindən məhrum olacaqlar.

Aytəkin Məmmədova çox yalvarıb ki, cəmi 500 düzəldə bilər. Lakin məmur xanım qiymətin 1000-dən aşağı olmayacağını bildirib.

Aytəkin xanımın Məlahət Həsənova ilə söhbətinin audio yazısını təqdim edirik:
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb