İcra başçısı çoban ailəsinə də problem yaradır - GİLEY
Bolge
Oxunub: 616
26 sen 2017 | 11:59
İcra başçısı çoban ailəsinə də problem yaradır - GİLEY















"İcra hakimiyyəti ilə bələdiyyə nümayəndələri gəldi, taxta arakəsmədən olan tikilini ekskavatorla söküb getdi. Halbuki, 25 ildir burda qoyunçuluqla məşğul oluruq. Onlarla ailə bu təsərrüfatda çalışır və bu da o deməkdir ki, onlarla ailə bu təsərrüfatlardan çörək yeyir. Kiçik sahibkar kimi çalışıb hər ay dövlətin vergisini və başqa ödənişlərini edirəm. Keçmiş icra başçıları, bələdiyyə sədrləri heç vaxt bizə belə münasibət göstərməyib". DİA.AZ bildirir ki, Ağdamdan köçkün düşmüş və Şamaxıda ailəlikcə qoyunçuluq təsərrüfatı ilə məşğul olan Allahverdi Cabbarovun yaylaqdakı taxtadan olan daldalanacağı sökülüb.

Sahibkar deyir, bu ərazidə 90-cı illərin əvvəlindən qoyunçuluqla məşğul olur. 2 min başdan çox qoyunu var. Əvvəllər heç bir maneçilik törədilməsə də, indi yerli bələdiyyə və icra hakimiyyəti onun sahibkarlıq fəaliyyətini əngəlləməyə çalışır: "Deyirəm, axı, bu alaçıqda çobanlar dincəlir. Soyuq olanda qaçıb bu alaçıqda isinirlər, kimə nə maneçiliyi var, niyə sökürsən? Çöllü-biyabandır, bura da şəhərin mərkəzi deyil ha, deyəsən ki, şəhərin götüntüsünü korlayır... Sağ olsun prezidentimiz ki, bizə şərait yaradır, fəaliyyət göstəririk, ancaq bu məmurlar əngəlləyirlər, imkan vermirlər ki, təsərrüfatımızı inkişaf etdirək, çoxaldaq, irəli gedək..."

Digər çobanlar 1989-cu ildən – hələ dövlətə tabe kollektiv kənd təsərrüfatları dağılmamışdan bu yaylaqda qoyunçuluqla məşğul olublar. Kolxoz və sovxozlar ləğv olunandan sonra çobanlar özləri öz təsərrüfatlarını yaradaraq fəaliyyətlərini davam etdiriblər. Onlar indiyədək fəaliyyətlərinə əngəllər olmadığını bildirirlər. Sahibkar davam edir: "O vaxt biz köçkünlər Harami, Muğan düzlərində qalmışdıq. Rəhmətlik Heydər Əliyevin göstərişi ilə o vaxtkı kənd təsərrüfatı naziri bizi bura yerləşdirdi. Burda 550 hektara yaxın yerim var. Yəni buranı özbaşına tutmamışıq. O vaxtdan burda 22 ailə çalışır. İndi bura kimə nə məqsədlə lazımdırsa, bizə süni əngəllər yaradırlar ki, təsərrüfatlarımızı atıb gedək".

Sahibkar dövlət qurumlarına ardıcıl teleqramlar vurub. İcra hakimiyyətinin başçısının qəbuluna düşə bilmir. 22 ailə hazırda sahənin bir tərəfində qurduqları alaçıqlarda qalır.
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO