Beyləqanda abadlığa pul qoymağın adı yoxdur... - Yeyinti ittihamı
Bolge
Oxunub: 617
28 sen 2017 | 14:50
Beyləqanda abadlığa pul qoymağın adı yoxdur... - Yeyinti ittihamı















Son illərdə Azərbaycanda dövlət sifarişlərinin icrası sahəsində çox anormal bir hal geniş yayılıb. Belə ki, bir nəfərin, yaxud bir ailənin bir neçə üzvünün adına yaradılan onlarla şirkət qısa bir müddətdə çoxmilyonlu layihələr üzrə tender qalibi olur, layihələr başa çatandan sonra isə şirkətlər ləğv edilir.

Tender oyunları

Məsələn, yerli KİV-lər bir müddət əvvəl Ağazamanov familiyalı 3 yaxın qohumun adına olan 40-dək şirkətin eyni vaxtda ləğv olunmasına dair məlumatla bağlı araşdırma apararkən, onların 29-nun müxtəlif qurumlardan 1 193 dövlət sifarişi aldıqları üzə çıxıb. Bu sifarişlərin ümumi dəyəri isə 33 milyon manatdan yuxarı olub.

Tender nəticələrinə dair məlumatlara nəzər yetirdikdə məlum olur ki, əksər qurumların 1 il ərzində keçirdiyi tenderlərdə bir şirkət azı 3-4 dəfə qalib gəlmiş olur. Və həmin şirkət tutaq ki, həm ərzaq, həm paltar, həm avadanlıq tədarük edir, həm də yolların, küçələrin, parkların təmirini həyata keçirir. Bəzənsə bu işlərə əlavə olaraq, uşaq bağçalarını ərzaqla da təmin edir. Əksər hallarda nizamnamə kapitalı 10 manatdan yuxarı olmayan şirkətin eyni vaxtda bu qədər işin öhdəsindən necə gəldiyi açıq qalan məsələlərdən biridir.

Bakir Balakişiyevin "səkisalma” mexanizmi

RealMedia.az" saytı dövlət büdcəsindən şəhər və rayonların icra hakimiyyətlərinə ayrılan vəsaitlərin necə və hansı istiqamətlərə sərf olunduğu ilə bağlı çoxsaylı araşdırmalar təqdim edib. Bu dəfə Beyləqan üçün nəzərdə tutulan pulların nə dərəcədə rasional xərcləndiyini tədqiq etmişik. Əməkdaşlarımız şəhərin problemləri ilə bağlı sakinlər arasında sorğu keçirib. Sorğuda əhali bildirib ki, mərkəzdən uzaq küçələr, məhəlləarası yollar təmir edilmir, işıqlandırılmır, bərbad vəziyyətdədir, harada gəldi tikinti aparılır, 50-70 illik ağacları kəsib, yerində "çubuq" əkirlər. Deyirlər, ancaq görünən yerlərə sığal çəkirlər.
"Sığalçəkmə” prosesi isə yerli məmurlara sərf edir. Nəzər yetirsək görərik ki, Beyləqan şəhərinin abadlığına (şəhər daxili küçələrin asfaltlaşması və səkilərin yeni üzlük daşlarla döşənməsi) ayrılan vəsait rayonda vəzifəli şəxslərin cibinə axır.

Bu əsnada RealMedia.az-a məlumat verən mənbə bildiri ki, tikintidə yeyitilər və maxinasiyalar üzrə "mütəxəssis” olan bir neçə səlahiyyətli şəxs var. Məsələn , icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Bakir Balakişiyev "səkisalma” prosesində mahirdir.

Onun səki maxinasiyalarını Mobil Həsənov reallaşdırır. Hansı ki, "STAR 2017” MMC-nin rəhbəridir. Şirkətin adı ingiliscədən tərcümədə ulduz deməkdir. Doğrudan da nəzər yetirsək görərik ki, maxinasiyalar ulduzu olmağa rayonda bir nömrəli namizəddirlər.


Köhnə tametin üstündən yenisi salınır

İndi isə "STAR 2017” MMC-nin gördüyü işlər barədə. Dövlət büdcəsindən Beyləqa şəhərinin abalığı üçün hər il 97 min manat vəsait ayrılır. Bu vəsaitlə rayonda gözəgörünən yerlərdə səkilərin tametlənməsi aparılır. Bu il Nərimanov küçəsi ilə M. Rəsulzadə küçələrinin səkilərinin üzlükləri dəyişdiriləcək. Bununla da 2017-ci ildə şəhərin abadlaşması sona yetir.

"Abadlıq” işinin necə aparılmasını isə gözümüzlə gördük. Səkidə köhnə tametin üstündən yenisini düzürlər. Bəs niyə köhnə tamet çıxarılmır, nə səbəbə? Çünki sənədləşmədə qeyd ediləcək ki, guya yeni vurulan tametin altına filan qədər sement, çınqıl sərf olunub. Pulu silməkçün əsa lazımdır ya yox? Əslində mürəkkəb mexanizm də deyil. Həmdə intelekti zəif olan yerli məmurlar mürəkkəb korrupsiya mexanizmi fikirləşə bilməzlər. Hamısı üzdədir. Aidiyyatı orqanlar, prokurorluq diqqətli olsa çoxdan qollarına qandal vurmaq olardı.Yaqin ki, təqdim etdiyimiz yazıdan və fotolardan sonra bu baş verəcək.
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal