Balakəndə tarixi abidə özəlləşdirilib? - Əbülfəs Qarayevin nəzər-diqqətinə...
Bolge
Oxunub: 726
12 okt 2017 | 10:48
Balakəndə tarixi abidə özəlləşdirilib? - Əbülfəs Qarayevin nəzər-diqqətinə...














Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Balakən rayonu ecazkar təbiəti, eyni zamanda, qədim tarixə malik mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Hazırda rayon ərazisində ölkə və yerli əhəmiyyətli çoxlu sayda tarixi abidə var.
Amma təəssüf ki, bu abidələr baxımsız durumdadır. Elə Balakənin Katex kəndində yerləşən, XVII əsrə aid dördbucaqlı qala kimi. Sözügedən abidə yerli sakinlərin birinin həyətindədir. Həmin abidəyə yaxınlaşmaq üçün ərazi sahibindən icazə almaq lazım gəlir. Kənd sakinlərinin əksəriyyəti abidənin varlığından belə, xəbərsizdirlər.

Yerli tarixçi Məcid Mehrani qalanın tarixi haqqında Sputnik Azərbaycan-ın oxucularına məlumat verib: "Azərbaycanın şimal-qərb bölgəsi qədim və orta əsrlər tarixi dövründə özünün bir çox abidələri, o cümlədən qalaları ilə tanınıb. Elə Balakənin özündə də bir çox qalalar var ki, onlar hələ araşdırılmayıb".

Onun sözlərinə görə, bu cür qalalar iki məqsədə xidmət edirdi: "Ya varlı adamların saraylarının, imarətlərinin kənarında qurulurdu, ya da keşikçi məntəqələri kimi istifadə olunurdu. Qəflətən hücum olan vaxtda, kömək gələnə qədər müvəqqəti sığınacaq kimi istifadə edə bilsinlər deyə, belə qalalar inşa edilirdi".
"Məsələn, İlisudakı Sumuq qala sultanın imarətini qorumaq üçün inşa edilmişdi. Katexdəki bu qala isə yüksək təbəqənin adamlarını qorumaq üçündür. Məqsəd isə ilkin kömək gələnə qədər buradan sığınacaq kimi istifadə etmək idi" – deyə tarixçi bildirir.
Mehraninin dediyinə görə, bu səbəbdən də, sözügedən qalanın sahəsi kiçikdir: "Bu tipli qalalar XV-XVIII əsrlərə təsadüf edir. O dövrdə silsilə qala sistemləri olub. Bunlar keşikçi məntəqələri kimi fəaliyyət göstərib. Bu qalalar bir-birindən uzaq məsafədə qurulurmuş. Bu da onu göstərir ki, hər bir qala ayrı-ayrı varlı ailələri qorumaq üçün nəzərdə tutulub".

Tarixçi təəssüf edir ki, indiyə qədər bu qəbildən olan burc qalaları haqqında hələlik heç bir araşdırma aparılmayıb. Bu tip abidələrin araşdırılmasını və qorunmasını vacib hesab edən Mehrani deyir ki, ümumiyyətlə, bizdə belə abidələrin qorunmasına biganəlik var.
"Ən pisi isə odur ki, həmin sahəyə baxmağa təhkim edilmiş və bu iş üçün əməkhaqqı alan insanlar olsa da, onlar qalaları qorumağa maraq göstərmirlər. Abidə ilə maraqlanan insanlara əməkhaqqı versələr, onları bu işə cəlb etsələr, belə adamlar təkcə əmək haqqına görə yox, məhz öz vicdanlarına, vətənpərvərliklərinə görə onu qoruyacaqlar" — müsahibimiz qeyd edir.



Tarixçinin sözlərinə görə, Azərbaycanın şimal-qərb bölgəsində bu tipli qalaların sayı çoxdur. Buraya turistlərin cəlb edilməsi regionun iqtisadiyyatına, turizm sektorunun inkişafına təkan verə bilər. Mehrani son zamanlar turizmin sürətlə inkişaf etdiyi Gürcüstana diqqət çəkərək deyir ki, orada qədim tarixə aid olan hər şeyi kapital mənbəyinə çevirə bilirlər.
"Hər il milyonlarla insan, başda Tiflis olmaqla, Gürcüstanın şəhərlərinə, tarixi yerlərinə axın edir. İnsafən, orada bir çox qədim abidələr bizim ölkədəki abidələrlə müqayisədə çox yaxşı qorunub. Çünki onlar öz tarixi keçmişlərinə dəyər verə, onu təbliğ edə, bundan həm də pul qazana bilirlər. O ölkəyə axın ona görə belə güclüdür ki, turistə göstərməyə fərqli mədəniyyət var. Turisti müasir tipli binalar, körpülər, parklar, ya da otellərlə təəccübləndirmək çətindir. Amma onları bu torpaqlara aid mədəniyyətlə, qədim tarixin izləri ilə təəccübləndirmək mümkündür" – deyə tarixçi bildirib.
O, əlavə edir ki, şimal-qərb bölgəsində yüzlərlə maraqlı abidələr var: "Onlar ya adam içinə çıxarılası vəziyyətdə deyil, ya da baxımsızlıqdan getdikcə daha bərbad vəziyyətə düşür. Onların tədqiq olunmaması, tarixləri barədə turistləri maraqlandıracaq məlumatların əldə edilməməsi də bir başqa problemdir. Biz belə məsələlərə son dərəcə barmaqarası baxırıq deyə, region qonşularımız bizi üstələyə bilirlər. Biz onların fonunda xarici turistə barbar, mədəniyyətdən uzaq, tarixinə hörmət qoymayan xalq təsiri bağışlayırıq. Belə təəssürat yaranır ki, Cənubi Qafqazda sivilizasiya, sadəcə gürcülərə, ermənilərə məxsusdur, Azərbaycanın isə bu sivilizasiyaya aidiyyətı yoxdur".
Balakəndə tarixi abidə özəlləşdirilib? - Əbülfəs Qarayevin nəzər-diqqətinə...Balakəndə tarixi abidə özəlləşdirilib? - Əbülfəs Qarayevin nəzər-diqqətinə...Balakəndə tarixi abidə özəlləşdirilib? - Əbülfəs Qarayevin nəzər-diqqətinə...
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...