Biləsuvar sərhəd keçid məntəqəsinin isə 24 saatlıq iş rejiminə keçir — Nazirlərin görüşündə müzakirələr aparılıb
Bolge
Oxunub: 564
27 okt 2017 | 10:31
Biləsuvar sərhəd keçid məntəqəsinin isə 24 saatlıq iş rejiminə keçir — Nazirlərin görüşündə müzakirələr aparılıb













İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev oktyabrın 26-da Azərbaycanda səfərdə olan İran islam Respublikasının İqtisadiyyat və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən “Ölkə.Az”a verilən məlumata görə, Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini və birgə səylərini vurğulayıb.

Bildirilib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoyub və strateji səviyyəyə yüksəlib. Son 4 ildə yüksək səviyyəli 9 görüş keçirilib, müxtəlif tərkibli nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfəri həyata keçirilib, 40-dan çox sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib.

Səhiyyə, maliyyə, bank, nəqliyyat, ticarət sahələrində mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2016-cı ildə 70%, 2017-ci ilin yanvar-sentyabr aylarında isə 33% artıb. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan artıq investisiya qoyulub. Hazırda Azərbaycanda 500-dən çox İran şirkəti fəaliyyət göstərir.

Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə Azərbaycanda 8,3 km dəmir yolu xətti, Azərbaycan-İran sərhəddində dəmir yolu körpüsü istismara hazırdır. İranda 1,4 km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Bu ilin 9 ayında 2016-cı ilin analoji dövrü ilə müqayisədə Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan-İran hissəsi üzrə dəmir yolu ilə daşınan yüklərin həcmi 77%, Rusiyadan İrana və əks istiqamətdə keçən TIR-ların sayı isə 12% artıb. 2017-ci ilin avqust ayından yük maşınlarına tətbiq olunan rüsumlar qarşılıqlı olaraq 160 dollardan 100 dollara endirilib.
Azərbaycan viza verilməsi prosedurunu sadələşdirib və elektron vizaların verilməsinə başlanılıb.

Əməkdaşlığın genişləndirilməsi imkanlarına gəlincə, nazir Şahin Mustafayev Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar sərhəd keçid məntəqəsinin isə 24 saatlıq iş rejiminə keçirilməsinin, Bakı-Tehran arasında aviauçuşların sayının artırılmasının əhəmiyyətini qeyd edib.

İqtisadiyyat naziri kənd təsərrüfatı avadanlıqlarının istehsalı və meyvəqurutma sahəsində birgə müəssisələrin yaradılması, toxum istehsalı, arıçılıq məhsullarının qablaşdırılması sahələrində əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb, iranlı iş adamlarını Azərbaycanın Aktaudakı Logistik Mərkəzindən istifadəyə dəvət edib.

Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşən M. Kərbasian Qəzvin-Rəşt dəmir yolu xəttinin önəmini qeyd edib, işlərin 95%-nin görüldüyünü və dəmir yolu xəttinin 2018-ci ilin mart ayında istifadəyə veriləcəyini bildirib. Məsud Kərbasian səhiyyə sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə, sərhəd-keçid məntəqələrində iş rejiminin uzadılmasına, kənd təsərrüfatı, maliyyə və bank sahələrində əməkdaşlığa dair fikirlərini bölüşüb.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"