Murovdağ şəhidinin ailəsinə qarşı sayğısızlıq
Bolge
Oxunub: 754
1 noy 2017 | 15:04












Gülbəniz Əliquliyeva: “Digər qəhrəman oğullarımız kimi Nəsimi Əliquliyev də Vətən uğrunda şəhid olmuş və cənazəsi Şəhidlər Xiyabanında dəfn olunmuşdur”

Vətən müqəddəsdir, vətən əzizdir deyərək onun ağır günlərində silaha sarılan, hər qarış torpağını göz bəbəyi kimi qorumağa hazır olan və bu yolda canını, qanını qurban verən igid ərənlərimizin keçdikləri şərəfli yollara baxdıqca, həyatda qoyduqları silinməz izlərə nəzər saldıqca, sanki yaxın tariximizdə baş verənləri bir anlığa olsa belə gözlərimiz önünə gətiririk. O halda dərk edirik ki, xalqımızın qəhrəman övladları öz şücaətləri ilə müasir tariximizdə də silinməz izlər buraxmışlar, məhz nəyə qadir olduqlarını da ortaya qoymuşlar. Bəli, belə igid ərənlərimizdən biri də, Şərur rayonu Mahmudkənd kənd sakini Əliquliyev Nəsimi Pirqulu oğlu olmuşdur. Bu şəxsin keçdiyi həyat yollarına nəzər saldıqda o da aydın olur ki, hələ kiçik yaşlarında ikən qəlbində Vətəninə və xalqına qarşı sonsuz məhəbbət hissi, qırılmaz bağlılq duyğusu gəzdirən, ölümün gözünə dik baxan bu gənc, həmişə xalqına qarşı sevgi hissi ilə yaşamış, dövlətini sevmiş, elinə-obasına bağlı bir övlad olmuşdur. 1994-cü ildə Nəsimi Əliquliyevin Murovdağ döyüşlərində iştirak etməsi və az sonra Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid olması, çox keçmir ki, onun ailəsini olmazın problemlərlə üz-üzə qoyur. Erməni işğalçılarına qarşı mübarizə yollarında ölümün gözünə dik baxan, eyni zamanda atdığı addımları ilə gələcək nəsillərə örnək olan şəhid ailəsinin bugünkü durumu sanki hər kəsin ürəyini sızıldadır, bir kimsənin rahatlıq tapmasına heç cür imkan vermir. Belə bir səbəblər üzündən də, xeyli müddət bundan əvvəl redaksiyamıza müraciətini ünvanlayan və olduqca acınacaqlı həyat tərzi keçirdiyini bildirən, Bakı şəhəri, Abşeron rayonu Qobu qəsəbəsi Q.Xalıqov küçəsi ev-46 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Nizami rayonu Babək prospekti-76 №2-li Dəmir-Beton Zavodun yataqxanasında yaşayan Əliquliyeva Gülbəniz Aydın qızı yazır ki, “mən 27 avqust 1973-cü il tarixdə Naxçıvan MR, Şərur rayonunun Düdəngə kəndində anadan olmuşam və 10 yanvar 1994-cü il tarixdə Şərur rayonu Mahmudkənd kənd sakini Əliquliyev Nəsimi Pirqulu oğlu ilə nigaha girərək ailə həyatı qurmuşam. 10 yanvar 1994-cü il tarixdə nigahımız Şərur rayonu Düdəngə kənd icra nümayəndəsi tərəfindən təsdiq olunub. Həyat yoldaşım Nəsimi Əliquliyev 1994-cü ildə Murovdağ döyüşlərində erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyindən, o da digər qəhrəman oğullarımız kimi Vətən uğrunda şəhid olmuş və cənazəsi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Həyat yoldaşımın dünyasını dəyişməsi səbəbindən, 22 yanvar 1998-ci il tarixdə SHXÇDX Şərur rayon idarəsi (keçmiş Şərur rayon Hərbi Komissarlığı) tərəfindən mənə təsdiq olunmuş arayış verilib, hətta 28 aprel 1998-ci il tarixdə Şərur rayonu Cəmilkənd ərazi icra nümayəndəliyi tərəfindən təsdiq olunmuş ıv-жг №482332 saylı “Ölüm Haqqında Şəhadətnamə”si də məndədir.

Onu da bildirim ki, Nəsimi Əliquliyevin Vətən torpaqları uğrunda şəhid olması səbəbindən, mənə 29 aprel 1998-ci il tarixdə Naxçıvan MR, Şərur rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən təsdiq olunmuş №10531 saylı vəsiqə də verilmişdi. Hal-hazırda işsizəm və səhhətimdə ciddi problemlərim əmələ gəldiyindən, hər hansı fiziki işlə məşğul ola bilmirəm. Baxmayaraq ki, vaxtilə Naxçıvan MR-da yaşadığım vaxtlarda Tibb Kollecində təhsil alıb bir neçə il MR-da tibb bacısı işləsəm də, bu gün ixtisasım üzrə Bakı şəhəri ərazisində heç bir iş tapa bilmirəm. Himayəmdə bir qız övladım var və adicə ona aid problemləri də həll edə bilmirəm.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində qeyd olunur ki, Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlar zamanı itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab olunan şəxslərdir. Bəli, mənim həyat yoldaşım olmuş Əliquliyev Nəsimi Pirqulu oğlu da Vətən torpaqları uğrunda canından keçmiş və cənazəsi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Bununla bağlı lazımi sənədlər də var. Amma, bu gün bir şəhid ailəsinin həyat yoldaşı olaraq, şəhid ailə üzvlərinə verilən Prezident təqaüdünün verilməsində, həmçinin ixtisasıma uyğun müəyyən işlə təmin olunmağımda, mənə bir kimsə kömək əlini uzatmır. Bilmirəm ki, problemimin həlli ilə bağlı hansı dövlət qurumu məşğul olmalıdır? ƏƏSMN-nin yerli qurumlarına müraciət etdikdə “sənin problemini MN-yi həll etməlidir” deyə cavab əldə edirəm. MN-nə etdiyim müraciətlərimə isə, bir kimsə cavab vermir. Belə olan halda daxilən sınıram, sanki özümü həyatda təhna hiss edirəm. Heç cür başa düşə bilmirəm ki, 1994-cü ildə həyat yoldaşımın günahı nə olub ki, bu gün mənə belə bir münasibət bəslənir? Axı, o, Vətənin ağır çağlarında onun səsinə səs verdi, silaha sarıldı və bu torpaqlarımızın bütövlüyü uğrunda canından, qanından keçdi! Bu gün vəzifə sahiblərinin bizə qoyduqları hörmət-izzət budurmu? Əlavə olaraq onu da vurğulayım ki, nə Naxçıvan MR-da, nə də ki, Abşeron rayonu ərazisində yaşadığım illər ərzində mən şəhid ailə üzvlərinə şamil edilən imtiyazların heç birindən istifadə edə bilməmişəm.

Mövzunu diqqətdə saxlayacağıq. Araşdırmamız davam edəcək.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO