MƏMUR OĞLUNUN ÖZBAŞINALIĞI
Bolge
Oxunub: 831
3 noy 2017 | 21:37
MƏMUR OĞLUNUN ÖZBAŞINALIĞI













Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov Texnologiya Universitetini "ATA" mülkü kimi istifadə edir.

Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanovun məmurlara övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan xəbərləri yoxdurmu?

Azərbaycan Texnologiya Universitetinin əməkdaşlarının qanuni hüquqlarının rektor Akif Süleymanov, və onun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi Texnologiya Universitetinin prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundov başda olmaqla bir dəstə nurçular tərəfindən pozulmasıdır. AZİNKA şirkətinin ünvanı “AZİNKA” (AZ1052, Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzi, 3 cü mərtəbə).

Akif Süleymanovun zəifliyi nəticəsində Texnologiya Universitetində baş verən qanunsuzluqlar, maliyyə nazirliyinin yoxlaması nəticəsində üzə çıxmış, aşkar olunmuş qanun pozuntusunun nəticəsi, korrupsiya idarəsinə və sonradan ağır cinatətlər məhkəməsinə aparıb çıxarmışdır. Məhkəmə neçə ildir ki, davam edir və bu işlə bağlı yüzlərlə şahid məhkəməyə dəvət olunmuşdur. Biz inanırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyi Akif Süleymanov və onun oğlu Şamil Süleymanovun təyin etdiyi dostlarının özbaşınalığından üstündür.

Prorektor Vüqar İsmayılovun əlində alətə çevrilmiş, rektor Akif Süleymanovun qanunsuz əməllərinə aid bir neçə faktı Sizin nəzərinizə çatdırıq. Bu faktların müvafiq qurumlar tərəfindən yoxlanmasını, bu özbaşınalığa son qoyulmasını, haqsızlıqla üzləşmiş əməkdaşların öz qanuni haqlarının bərpa olunmasınıda xahiş edirik:

1.Texnologiya Universitetində maaş bölgüsü qeyri qanuni və gizli aparılır. Hər ay maaş yazılanda maaşlarda qeyri-qanuni tutulmalar olunur. Kollektivin əsas hissəsinin əmək haqqı 120 - 250 manat olduğu halda, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi Prorektorların, Dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1000-1500 -5000 manat və daha yüksək yazılır.

Təhsil Nazirliyinə, şəhər İcra Hakimiyyətinə yalan, şişirdilmiş hesabatlar verilir.

Büdcədən “AZİNKA” şirkətinin vasitəsi ilə əsasız ödənişlər və sifarişlər aparılır. AZİNKA şirkətinin ünvanı: (AZ1052, Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzi, 3 cü mərtəbə)

2. Müxtəlif bayramlarda: Məsələn Qurban bayramında özlərinə yaxın olan əməkdaşlara 500 - 550 manat mükafat yazaraq, sonradan yazılan pul mükafatını əməkdaşlardan toplanaraq “AZİNKA” nın hesabına köçürülərək mənimsənilib. Bu şirkətin vasitəsi ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov Universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir.

3.Texnologiya Universitetində məqsədlərinə uyğun olmayan professor, dosent, şöbə müdirini, texniki işciləri, qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. İşdən uzaqlaşdırılan bir neçə şəxsi sübut üçün ad və soy adlarını yazıya əlavə edirik: professor Cahangir Hacıyev, Dosent Həsən Musayev, Dəftərxana müdiri Gülnara Alışova, Kompüter mütəxəssisi Azər Allahverdiyev və digərləri. Onu da qeyd edək ki, AZİNKA əməkdaşlarının böyük əksəriyyəti bağlanmış “Zaman” qəzetindən gələnlərdir. Zaman qəzetin qardaş Türk xalqına ağır zərbələr vurmuş Fətulla Gülən ilə bağlılığı hamıya məlumdur.

4.Azərbaycan Texnologiya Universitetinin Tələbələrinin və onların valideyinləri aldadılaraq, buraxılış işi və dövlət imtahanı üçün 300 manat Kapital bankın Universitet hesabına ödənilmişdir. Azərbaycan Texnologiya Universitetində 500 yaxın hər il tələbə məzun olur. Tələbələrdən hər birindən 300 manat aldadılaraq, rəhbərlik öz məqsədləri üçün tələbələrə məcbur edilərək kapital banka ödədilir. Hesablama nəticəsində Texnologiya Universitetinin rektoru Akif Süleymanov 150000 (Yüz əlli min) manat "KORRUPSİYA" almağı açıq-aşgar görünür. Ödəniş qəbzlərinin bir necəsinin surətini sübut üçün yayımlayırıq. Diqqətlə QƏBZLƏRƏ baxın, Kapital Banka ödənilən pul "DAVAMLI İNKİŞAF MƏRKƏZİNİN" hesabına köçürülür. Davamlı İnkişaf Mərkəzinə köçürülən pul, Kapital Bankından sonradan çəkilərək rektor Akif Süleymanov tərəfindən mənimsənilir. QƏBZLƏRƏRİN SURƏTİ.

MƏMUR OĞLUNUN ÖZBAŞINALIĞI










Davamlı İnkişaf mərkəzinin rəhbəri Fədai Əfəndi “MALAZİYADA” oxuyub Texnologiya Universitetinə ali təhsil haqqında diplomunu təqdim etməyib. Hal-hazırda ali təhsili olmadan Texnologiya Universitetində, "Universitetə aidiyyəti olmayan" şöbənin rəhbəri işləyir.

5.Son bir il ərzində universitetdə qanunsuzluğa göz yummayan, qanunvericiliyə uyğun işləməyi tələb edən əməkdaşlar struktur dəyişikliyi adı ilə işdən azad olunublar və bu proses davam edir. 2017 - ci ilin May ayında iki dekanlığı bu ad altında ləğv edilmiş, yeni fakültə yaradılaraq qanunsuz olaraq təkrar dekan seçkiləri keçirilmişdir. Bu “strukdur dəyişiklikləri”nin universitetdə tətbiqi davam edir və bununla bir çox arzu olunmaz adamlar işdən kənarlaşdırılır.

Məqsəd rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun, yaxın Dostları prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundovun “şəffaflıq” adı altında qanunsuz fəaliyyətləri üçün özlərinə şərait yaratmaqdır.

Əsasız olaraq universitetdə yeni şöbələr yaradılır. “Qiyabi və distant təhsil mərkəzi”, “Davamlı İnkişaf mərkəzi” və s.

Qiyabi və distant təhsil mərkəzinin rəhbəri Həsənov Babək Mikayıl oğlu rektor Akif Süleymanovun yaxın qohumudur və hətta ailə üzvlərinin bir neçəsi, Universitetdə müəllim kimi işləyir.

Texnologiya Universitetində əyani təhsil alan Asiman İlyasov “İnsan Kapitalının idarə edilməsi mərkəzinin şöbə müdiri” işləyir. Bundan başqa digər şöbələrin rəhbərlərini göstərmək olar ki əyani oxuyan, diplomu olmayan, hər birinin elmi adı və dərəcəsi olmasa da, əmək haqları universitet professorunun əmək haqqından yüksəkdir.

6.Texnologiya Universitetinin İnsan Kapitalının idarə edilməsi mərkəzinin direktoru Əliyev Zaur Camaləddin oğlu 3000 (üç min) manat maaş alır.

7.Təhsil Nazirliyinin adından istifadə edərək, dosent və professor adı olmayan adamlar Universitetə rəhbərlik edir, lakin hər yerdə özlərini dosent və professor kimi təqdim edirlər. Hətta iş o yerə gəlib ki, elmi dərəcəsi belə olmayan Piri Axundov təlim-tərbiyyə işləri üzrə prorektor vəzifəsini icra edir. Piri Axundovun qaynı Texnologiya Universitetinin Baş Hüquqşünası Bahadur Məmmədəliyev və Piri Axundovun ailə üzvü digər şəxs İqtisadiyyət və İdarə etmə fakültəsinin Elmi İşlər üzrə dekan müavini vəzifəsində işləyirlər.

8. Hər il “Tanıtım” adı ilə kifayət qədər pul vəsaiti xərclənsə də, Universitetdə tələbə sayı ildən ilə azalır, lakin Təhsil Nazirliyinə, Gəncə Şəhər İcra Hakimiyyətinə bu barədə düzgün hesabat vermək əvəzinə, yalançı və şişirtmə rəqəmlərlə hesabat verilir.

9. Azərbaycan Texnologiya Universitetində Prezident seçkiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır. Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığı halda, burada çox saylı ixtisarlar aparılır. Texnologiya Universitetinin Rektoru Akif Süleymanov 13.09.2017 ci il tarixli, 196 nömrəli əmri ilə, 29 noyabr 2017 ci il tarixində kütləvi olaraq Universitetin əməkdaşlarının müqaviləsinə xitam veriləcəyi barəsində xəbərdarlıq edilmişdir.

Xəbərdarlıq olunan şöbələrin adları:

1.Univeritetin Təsərrüfat şöbəsinin 81 fəhləsinə və 10 mühəndisinə.

2.Kitabxananın 27 işcisinə.

3.Universitetin mühafizəsinin 13 işcisinə.

4.İdman mərkəzinin 8 müəlliminə.

5.Hərbi uçot şöbəsinin 4 işcisinə.

6.İnformasiya şöbəsinin 4 işcisinə.

Ümumilikdə 150 nəfər əməkdaşına struktur dəyişikliyi adı altında, 29 noyabr 2017 ci il tarixində müqaviləyə xitam veriləcəyi barəsində xəbərdarlıq edilmişdir. Bu əməkdaşların hər biri Yeni Azərbaycan Partiyasının stajlı üzvləridir. Halbu ki, prorektor Vüqar İsmayılov və onun ətrafı isə, Gəncə Şəhər İcra Hakimiyyətinin maraqlanmasından sonra, müəmmalı şəkildə YAP sıralarına daxil olmaq haqqında Göyçay rayon təşkilatına ərizə ilə müraciət etmişlər.

10.Universitetdə aparılan ixtisarlara baxmayaraq, prorektor Vüqar İsmayılov rektorun zəifliyindən, Akif Süleymanovun oğlu Şamil Süleymanov ilə işbirliyindən istifadə edərək, öz ətrafının bütün ailə üzvlərini universitetə işə qəbul etdirib, onlara Universitet daxili vəzifə verdiribdir.

10 oktyabr 2017 ci il tarixində Texnologiya Universitetinin 2 dosenti - Qulu Ağayev və Ramiz Həsənov, 2 məşqci müəllimi - Məhəbbət Kərimova və Afət Məmmədova struktur dəyişikliyi adı altında Universitetdən kənarlaşdırılıb. Universitetdən kənarlaşdırılan müəllmlər İdman müəllimləridir.

Ölkəmizdə İdmana, İdmançılara, məşqçi müəllimlərə diqqət bütün dünya üzrə nümunədir. Texnologiya Universitetində İdman Mərkəzinin ləğv olunması sübut olaraq o deməkdir ki, Rektor Akif Süleymanov və prorektorlar, tədrisi bilmirlər. İdman mərkəzini bu il yaradılan, “alınan rüşvətləri rəsmiləşdirən, Davamlı İnkişaf Mərkəzinə, 29 Noyabr 2017 ci il tarixindən 196 nömrəli əmri ilə birləşdirirlər.

11.Texnologiya Universitetinin Ümumi şöbəsinin müdiri Mətləb Oktay Oğlu Əliyev 2015-2017 ci illərdə Gəncə Şəhər Təhsil İdarəsinin Baş Mühasibi işlədiyi vaxt, işində tutduğu nöqsanlara "KORRUPSİYAYA" yol verdiyindən işdən azad olunub.

Ümumi Şöbənin Müdiri Mətləb Oktay Oğlu Əliyev ömründə bir dəfə dərsə girməyən şəxs, indi Sənayenin İqtisadiyyat və İdarə edilməsi kafedrasında müəllim kimi dərsdə deyir. Bundan əlavə olaraq Texnologiya

Universitetinin Maliyyə şöbəsinə nəzarət edən sabiq baş mühasib Mətləb Oktay Oğlu Əliyev rektor Akif Süleymanovun gündəmdə olan fiqurlarındandır.

12. Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanovun məmurlara övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan xəbərləri yoxdurmu? Rektor oğlu şəxsi avtomobilini (“LEXUS” markalı bahalı avtomobil) Universitetin tədris binalarının arası ilə sürərək, məşhur “AZİNKA” şirkətinin vasitəsi ilə prorektor təyin etdiyi, Vüqar İsmayılovun otağından Universiteti ata mülkü kimi idarə etməsi necə izah olunmalıdır?

Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun “LEXUS” markalı bahalı avtomobili, Texnologiya Universitetinin həyətində “ATA mülkünün qarajı” kimi saxlamaslnın foto şəkili. Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanova məxsus olan 10-LL-123 “LEXUS” markalı avtomobil.

MƏMUR OĞLUNUN ÖZBAŞINALIĞI









Azərbaycan Texnologiya Universitetini Rektor Akif Süleymanov Özəlləşdirərək “MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ” kimi qeydiyyatdan keçərək fəaliyyət göstərməsi nə deməkdir? Vergilər Nazirliyindən Məhdud Məsuliyyət Cəmiyyəti kimi qeydiyyatdan keçən Azərbaycan Texnologiya Universitetinin kodu. VÖEN 2300343181

Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanovun məmurlara övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan xəbərləri yoxdurmu?

Azərbaycan Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev 30 oktyabr 2017 ci il də işdən əsassız olaraq kənarlaşdırılıb.

24 oktyabr 2017 ci il də Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyevə Texnologiya Universitetinin rektoru Akif Süleymanov 253-№ ƏMRİ ilə tömət verilib.

25 oktyabr 2017 ci il də tarixində təkrarən 254 № ƏMR ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanov yenidən Azər Allahverdiyevə şiddətli töhmət verib.

30 oktyabr 2017 - ci il də isə 264 № Əmrlə Texnologiya Universitetinin rektoru Akif Süleymanov, kompüter mütəxəssisi Azər Allahverdiyevi işdən azad edib.

24 -25-30 oktyabr verilən 253-254-264 nümrəli əmrlər onu göstərir ki, Texnologiya Universitetinin kompüter mütəxəssisi AzərAllahvediyevin qəsdində durarq işdən qərəzli şəkildə uzaqlaşdırılıb. 6 gün ərzində üç əmr bir şəxs haqqında vermək onu göstərir ki, Azər Allahverdiyevi qərəzli olaraq işdən çıxartmaq öncədən planlaşdırılıb.

Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev müsahibə verdikdə bildirdi ki, Rektor Akif Süleymanov 2017 ci ilin oktyabr ayında ancaq "ƏMR" verməkdə mənə işləyib.

253 nümrəli ƏMRİN surəti. 24 oktyabr 2017 ci il


MƏMUR OĞLUNUN ÖZBAŞINALIĞI











254 nümrəli ƏMRİN surəti. 25 oktyabr 2017 ci il

MƏMUR OĞLUNUN ÖZBAŞINALIĞI









264 nümrəli ƏMRİN surəti. 30 oktyabr 2017 ci il

MƏMUR OĞLUNUN ÖZBAŞINALIĞI








Müsahibə verdi Texnologiya Universitetinin kompüter mütəxəssisi Azər Allahverdiyev.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası