21-11-2017, 12:51 Oxunub: 335

Qəbələnin icra başçısından giley... - Kənd qışa hazır olmasa da...

Qəbələnin icra başçısından giley... - Kənd qışa hazır olmasa da...















Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə bağlı DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Çuxur Qəbələ kənd sakinləri adından redaksiyamıza daxil olan məlumatda deyilir:

"Başçı bizim kəndə keçən ilin martında gəlmişdi... Vədlər verdi. Kəndin problemlərini üzünə dedik. Dedi ki, həll edəcək. Üstündən 2 ilə yaxın vaxt keçib. Hələ də Kənddə problemlər qalıb. Bu problemlərlə bağlı nazirlərə da yazmışıq. Başçı da bilir. İndi qarşıdan qış gəlir. Bizim kəndin camaatı üzünü meşəyə tutub, odun qırmalı olacaq. Amma başçı kəndimizi ölkənin "ən inkişaf etmiş kəndi" kimi təqdim edir. Dia.az vasitəsilə başçıya xatırlatmaq istəyirik ki, bizim kənd qışa hazır deyil... Əgər bilmirsə (halbuki bilir), xatırladırıq".

Kənd sakinləri onu da əlavə ediblər ki, yaxın günlərdə rayon İH başçısı ilə görüşməyə çalışacaqlar.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Lerik sakinləri başçıdan giley edir - Yollara ayrılan pullar... Lerik sakinləri başçıdan giley edir - Yollara ayrılan pullar... Bolge Cəlilabad icra başçısı Əziz Əzizov meşələri qırdırır - ayda 3000- nə Cəlilabad icra başçısı Əziz Əzizov meşələri qırdırır - ayda 3000- nə Bolge İcra başçısı Sabunçu sakinlərini “dəniz gəzintisi”nə çıxarıb İcra başçısı Sabunçu sakinlərini “dəniz gəzintisi”nə çıxarıb Bolge Astaranın bir nömrəli problemi icra başçısının özü imiş Astaranın bir nömrəli problemi icra başçısının özü imiş Bolge Şamaxıda etiraz aksiyası Şamaxıda etiraz aksiyası Bolge