Yediyarov-sahibkar toqquşması davam edir - GİLEY
Bolge
Oxunub: 603
25 noy 2017 | 15:27
Yediyarov-sahibkar toqquşması davam edir - GİLEY













Gədəbəydə inşaat materiallarının satışı obyekti Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən zorla, qarşısına daş hasar çəkilməklə qapadılan Fəxrəddin Bağırov prezident İlham Əliyevə və birinci-vitse prezident Mehriban Əliyevaya müracət edib.

İstiqlal.az-a daxil olan müraciəti olduğu kimi nəzərinizə çatdırırıq.

Hörmətli cənab prezident,

Hörmətli Mehriban xanım,

Noyabrın 9-da Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun tapşırığı ilə mənə məxsus mükiyyətə edilmiş basqın, əmlakımın ələ keçirilməsi, dağdılması, talan olunması və obyektə girişlərin tamamilə bağlanaraq təhlükəli vəziyyətə salınması, sahibkarlıq fəaliyyətimin dayandırılması barədə sizə və ölkənin bütün müvafiq strukturlarına dəfələrlə ən müxtəlif formada müraciətlər etmişəm. Amma heç bir dövlət stukturu baş verənlərlə maraqlanmayıb. Artıq rayona qar yağıb, şaxta düşüb, texnikalar və materiallar baxımsızlıqdan zay olmağa başlayır. Rayon icra başçısı isə törətdiyi cinayətləri ört-basdır etmək üçün mənə qarşı min cür məkrli planlar qurur. Məni həbs etdirmək, obyektimin çıxarışını məhkəmə yolu ilə ləğv etdirmək və s. Başçının belə planlarından biri-mənim guya müxalifətə qoşulmağımla bağlı qəsdlə əhali arasında məqsədli şəkildə şaiyə yaydırmasıdır.

Cənab prezident, fikrimcə insanın hansı yolu tutmasını onun danışdıqları yox, tutduğu əməllər müəyyən edir. Mən ali təhsilli inşaat mühəndisiyəm, ömrüm boyu heç bir partiyanın üzvü olmamışam, heç bir siyasi prosesdə iştirak etməmişəm. Həyatımın çox hissəsini inşaat materialları satışına və tikinti aparan insanlara məsləhət, yardım etməyə sərf edərək halal çörəyimi qazanmışam. Öz ailəmdən başqa biri əlil, digəri isə Başkənd əməliyyatnın iştirakçısı olan 2 qardaşımın maddi təminatına kömək edirəm, ölkə büdcəsinə vergi, sosial sığorta haqqı ödəyirəm. 4-5 nəfər vətəndaşı işlə təmin edirəm. Bundan başqa yüzlərlə təbii fəlakətdən zərər çəkmiş, maddi imkanı zəif olan insanlara dam örtüyü və başqa tikinti materiallarını uzunmüddətli nisyə vermişəm. Həmin şəxslər mənim sayəmdə sərt iqlimi olan bu dağlıq rayonda çətinliklə üzləşməyiblər. Yəni xeyli sayda insanın həyatının asanlaşmasına imkanım daxilində kömək etmişəm ki, bu da dövlətə və mövcud hakimiyyətə mənim öz imkanım daxilində xidmətimdi. Bəs Yediyarov nə edir? O, Yeni Azərbaycan Partiyasının üzvüdür. Rayonda ən yüksək dövlət vəzifəsini tutur. Amma təyin olunduğu gündən əhaliyə, dövlətə hər hansı bir xidmətini sadlaya bilərmi? Hansı əməlini misal çəkə bilər ki, həmin əməli təmsil etdiyi hakimiyyətə nüfuz gətirib? Mən başqa sahələrdən danışmaq istəmirəm, özümün aid olduğum özəl sahə, konkret xırda sahibkarlıq haqda danışmaq istəyirəm. Bu adam vəzifəyə təyin edildiyi gündən sahibkarlara divan tutub, obyektlərini dağıdıb, fəaliyyətini dayandırıb, bu əməllərinin nəticəsində həmin sahibkarlardan bəziləri ağır xəstəliyə düçar olub və böyük faciələr yaşayırlar. Bu gün Gədəbəydə bir nəfər də olsun sahibkar yeni işgüzar təşəbbüs həyata keçirə bilmir, azacıq dirçəlmiş sahibkarın fəaliyyəti ən sərt qaydada məhdudlaşdırılır. Nəticədə yüzlərlə insan işləmək imkanını itirir, gənclər rayonu tərk edib Bakıya axışır. Və son nəticədə bu insanlar hakimiyyətdən narazı qalır.

Möhtərəm Prezident xahiş edirəm siz müəyyən edin - kimdir müxalifət? Mən – öz məhdud imkanları hesabına əhaliyə yardım edib, imkanı daxilində dövlətin yükünə kömək edən xırda sahibkar yoxsa yüksək vəzifənin verdiyi imkanlardan istifadə edərək insanları bir tikə çörəyindən məhrum edərək hakimiyyətdən narazı salan bir YAP üzvü, başcı?

Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edib sizdən bir daha xahiş edirəm, çətinliklə qurduğum, Yediyarovun törətdiyi qanunsuz əməllər nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşmiş sahibkarlıq fəaliyyətimi və mülkiyyətimi xilas edəsiniz.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...