Təhsil Nazirliyi buralara nəzər yetirsə, yaxşıdır... - İDDİA
Bolge
Oxunub: 577
28 noy 2017 | 13:57
Təhsil Nazirliyi buralara nəzər yetirsə, yaxşıdır... - İDDİA














Şamaxı rayon təhsil sistemində baş verənlərlə bağlı son günlər bir cox mətbuat orqanlarında yazılar dərc olunub. (Modern.az, Mektebgushesi.az, Yenizaman.az, Aztehsil.com, Xalqxəbər.az, A24.az) Saytl və qəzetlərin suallarına "vaxtım yoxdu? danışmaq istəmirəm”,- deyən Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova bu cür vasitələrlə etdiklərini örtbasdır etməyə çalışır. Məktəbdə baş verən özbaşınalıqlarla bağlı bir qrup müəllim dəfələrlə Təhsil Nazirliyinin “qaynar xətt”inə zəng vurub. Mətbuat vasitəsi ilə və teleqram şəklində ölkə başçısına da müraciətlər ünvanlanıb. Özbaşınalıq isə hələ də davam edir.

Mətbuatda gedən yazılardan sonra yeni faktlar aşkarlanır. Onlardan biri də müəllimlərə saxta sertifikatların verilməsi faktıdır. Rusiyanın Moskva şəhərində yerləşən " Университет ?нформационных Технологий”–nin 72 saatlq kompüter kursunu bitirmək haqqında rektor А.B.Şkred-in adından saxta sənəd tərtib edərək müəllimlərə 100 manatdan satıb. Sertifikat almış müəllimlərin nəinki hansısa ölkəyə getməsi, hec Şamaxı rayonundan kənara çıxması halı olmayıb. Özünün vəzifə səlahiyyətini aşması azmış kimi indi də ayrı-ayrı vəzifəli şəxslərin adından istifadə etməsi halı aşkarlanır. Bu məsələ ilə bağlı yəqin ki, hüquq-mühafizə orqanları məşğul olacaq.

Digər fakt isə dərslərin qeyri-ixtisasdan olan müəllimlər arasında bölüşdürülməsidir. Ədəbiyyat və Azərbaycan dili müəllimi ola-ola həmin dərsləri başqa ixtisasdan olan müəllim tədris edir. Vakansiyadan gizlədilmiş yerlər qeyri-ixtisas müəllimləri arasında bölüşdürüb.

Diaqnostik qiymətləndirmədən az bal yığmış bacısını və anasını 30-35 saat dərslə təmin edib. Digər yüksək bal toplamış müəllimlərə isə hərəsinə 10-18 saat dərs verməklə ciddi gərginlik yaradıb. Fakultətiv məşğələləri özünə yaxın adamlara yazmaqla pulları mənimsəyir. İbtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri verib. Məktəbdə keçirdiyi hər tədbirə görə pul xərclədiyini deyir və hər müəllimdən 20 manat pul yığır. Narazılıq eləsələr, onları işdən qovacağı ilə hədələyir. Addımlarını yuxarılarla razılaşdırıb atdığını deyir. Respublika və rayon səviyyəli məmurların adlarını çəkir (həmin adlar redaksiyaya məlum olsa da adları çəkmirik).

Müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün agentura şəbəkəsinin olmasını və hər şeyi nəzarət altında saxlamağı bacardığını, xüsusilə hamının nəzərinə çatdırır. Keçirilən hər iclasda tədrisdən çox dedi-qoduya yer ayırır, bu işdə anası və bacısının "fəallığı”ndan məharətlə yararlanır.

Müəllimlərdən hər ay işıq və istiliyə görə 20-30 manat pul yığır. Hesablama Palatasının yoxlamasından sonra yaranmış beş min manat cərimənin hər müəllimdən 100 manat yığmaqla ödətdirib.(yenizaman.az)

P.S Mətbuatda barəsində səslənən bu qədər ittihama cavab verməkdən yayınan direktorun yəqin ki, deyilənləri təkzib edən arqumenti yoxdur.
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə