İcra Hakimiyyətindən bağışlanmaz səhv: "Astara rus şəhəridir"
Bolge
Oxunub: 1 239
5 dek 2017 | 01:00
İcra Hakimiyyətindən bağışlanmaz səhv: "Astara rus şəhəridir"













Astara Rayon İcra Hakimiyyətinin internet saytının “Rayon haqqında” bölməsində Astara barədə qəribə məlumat yerləşdirilib.

Saytda bildirilir: “Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır. Tanınmış fransız alimi, arxeoloqu və səyyahı Jak De Morqan (1856-1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır:

“Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsüsiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır”. Məşhur fransiz səyyahı, yazıçısı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir”.

Astaranın rəsmi saytında rayon haqqında bu qədər primitive və bəsit məlumatın verilməsi oxucuda hansı təəssürat oyada bilər?İcra Hakimiyyətindən bağışlanmaz səhv: "Astara rus şəhəridir"

Mövzu ilə bağlı Cahanpress-ə açıqlama verən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı deyib ki, bu, tamamilə yalnış fikirdir və tarixi gerçəkliyi əks etdirmir:

“Astaraya qədim rus şəhəri demək kobud tarixi və siyasi səhvdir. Bir səyyahın söylədiklərini bölgənin tarixindən xəbər verən məlumat kimi təqdim etmək yanlışdır. Bilirsiniz ki, səyyahlar səfər etdikləri yerlərdə insanlardan eşitdiklərini qələmə alırlar. Jak De Morqanın qarşısına bir erməni çıxsaydı və bura erməni şəhəridir desəydi necə? Biz onu da olduğu kimi dövlət orqanının internet saytında yerləşdirəcəkdik?

“İnternet saytlarında ölkəmizin tarixi barədə məlumatlar yerləşdirərkən diqqətli olmaq lazımdır. Çünki həmin məlumatları bizim dostlarımız da oxuyur, düşmənlərimiz də. Ola bilər ki, həmin səyyahın yazdıqları düzgün tərcümə olunmayıb. Bəlkə də Jak De Morqan Astaranı Rusiya şəhəri kimi təqdim edib. Bildiyimiz ki, 19-cu əsrin ortalarında Azərbaycan Rusiyanın tərkibində idi. Jak De Morqanın yazdığı kimi Astaranı qədim rus şəhəri adlandırmaq ya savadsızlığın, ya da tamamilə səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir. Azərbaycanın tarixi ilə bağlı məlumatlar hazırlanarkən mütləq tədqiqatçılarla, tarixçi alimlərlə məsləhətləşmək lazımdır.

Saytın əməkdaşı bununla bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova ilə əlaqə saxlayıb. O, İcra Hakimiyyətinin İnformasiya sektoru ilə əlaqə yaratmağı məsləhət bilib.

İcra Hakimiyyətinin İnformasiya sektorunun müdiri Səfail Məmmədov isə bunun bir texniki yanlışlıq olduğunu, bu səhvin dərhal aradan qaldırılacağını deyib.

Xatırladaq ki, Astara Rayon İcra Hakimiyyətinin internet saytı neçə illərdir, fəaliyyət göstərir. Bu texniki səhvi isə təəssüf ki, indiyədək rayon rəsmilərindən heç kim görməyib.

Bəs, görəsən, bu texniki səhvə görə nə qədər adam yanlış məlumatlandırılıb? /Cahanpress
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi