Beyləqanın icra başçısının Misir sevdası... - İDDİA
Bolge
Oxunub: 661
10 yan 2018 | 12:33
Beyləqanın icra başçısının Misir sevdası... - İDDİA

















Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev istirahətə Misirə gedəcək.

Bu barədə Qlobal.az-a rayondakı mənbələr məlumat verib. Məlumata görə, icra başçısı dekabr ayının 29-dan məzuniyyətinə çıxıb. İlk baxışdan adi görünən xəbərin maraqlı tərəfi odur ki, icra başçısı budəfəki məzuniyyətini Azərbaycanda yox, Aralıq və Qırmızı dənizin sahilində yerləşən Misirdə keçirəcək.

Məlumata görə, Vaqif Abdullayev artıq Misir səfərinə hazırlaşmağa başlayıb. Onun hətta Misir ehramlarına da baş çəkəcəyi iddia olunur. Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev tarixi abidələrin çox olduğu şəhərlərə səfər etməyi xoşlayan şəxs kimi xarakterizə olunur. Onun bu məqsədlə son illər hər məzuniyyət dövründə dünyanın zəngin mədəni və tarixi məkanlarına getdiyi deyilir. Belə ki, öncəki illərdə icra başçısının qardaş Türkiyə, İngiltərə və Faroe Adalarına səfər etdiyi deyilir.

Məlumatda daha sonra qeyd olunur ki, Vaqif Abdullayev Misirə səfər etməsini çoxdan planlaşdırmağına baxmayaraq, orada qeyri-sabitliyə, xaosa görə, bu plan hər il təxirə salınırmış. Ancaq son bir-iki ildə Misirdə ictimai-siyasi vəziyyətin müsbətə doğru dəyişməsi nəhayət ki, icra başçısının arzusunun reallaşmasına səbəb olub. Vaqif Abdullayevin Misir səfəri ilə bağlı əldə etdiyimiz digər məlumat isə olduqca ilgincdir.

Məlumatda icra başçısının Misir səfərinin maliyyə tərəfini tikinti sektorunda çalışan biznesmen dostunun hesabına həll olunduğu deyilir. Hətta Vaqif Abdullayevin Misirə həmin iş adamı ilə birgə gedəcəyi vurğulanır. O da qeyd olunur ki, biznesmenlə icra başçısının səfər trayektoriyası ilk olaraq eramızdan əvvəl 1332-1323 illərdə Misirə hökmranlıq etmiş Tutankamonun məzarı yerləşən Fironlar (Krallar) vadisinə, daha sonra Misirin ən böyük piramidalarından olan Xeopsa olacaq. Bundan sonra isə turistik səfərin "Şarm Əl-Şeyx"də yekunlaşacağı deyilir.

Xəbəri dəqiqləşdirmək üçün Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanovla əlaqə saxladıq. Telman Məstanov Vaqif Abdullayevin Misirə dedəcəyi ilə bağlı yayılan xəbərin həqiqəti əks etdirmədiyini söylədi.

Hazırda İcra başçısı ilə Misirə gedən iş adamının kimliyini üzərində saytımız dəqiqləşdirmələr aparır.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası