Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdlə bağlı ekspertlərin rəyi-Araşdırma
Bolge
Oxunub: 803
14 yan 2018 | 00:51
Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdlə bağlı ekspertlərin rəyi-Araşdırma














Bir neçə gündür BakuPress Milli İnformasiya Agentliyi Sabirabadda 8 saylı orta məktəbin direktorunun 10 –cu sinif şagirdinə qarşı törətdiyi sexsual davranışların bu günə kimi niyə cəzasız qalmasını araşdırır.İctimayyət ciddi qınağa səbəb olan bu olayın aidiyyatı orqanlar tərəfindən ciddi araşdırlmasını və direktorun işdən azad olunması və cəzasını tələb edirlər.Şagirdin valideyinin bizə açıqlamasından da görünrüki,valideyin köməksiz və əlacsız qalıb.Hadisə ilə bağlı agentliyimiz müxtəlif QHT rəhbərlərinin ,hüquqşünasların,ekspertlərin ,ictimai xadim və ziyalıların fikirlərini sizə təqdim edir:

Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdlə bağlı ekspertlərin rəyi-Araşdırma

Zenfira Mustafayeva(«Qadın Təşəbbüsü ve Sosial Problemlerin Həllinə Yardim IB-nin sədri)
Bu məsələ ilə mətbuatdn tanışam və mənə çox pis təsir elədi.Əvvəla artıq bu neçənci hadisədir ki,Azərbaycan məktəblərində baş verir.Kişi müəllimlərin təbii ki,müəllim adını mən onlara yaraşdırmıram, belə davranışlarını eşidirik.Çox zaman uşaqlar qorxaraq bunu gizlədir,valideyinlər övladlarının adının hallanmaması üçün bunu açıb ağartmırlar.Xüsusi ilə regionlarda bu məsələ daha qapalı formada olur.Və çox zaman həmin ailə qınaq obyektinə çevrilir.Amma bu çox ciddi məsələdir, bu direktorun bu günə kimi cəzasız qalmağı bir yana, vəzifəsində oturmağı belə təhsilimizə ləkədir.Mən bir təşkilat rəhbəri kimi aidiyyatı qrumlardan məsələnin yenidən araşdırılmasını,ekspertiza təyin olunmasını istəyirəm, təhsil nazirliyinin həmin direktorun dərhal işdən azad etməlidir.Onuda bildirim ki,Vəzifəsindən sui istifadə edən direktor cəzalanmasa sabah nə istəsə edəcək və fikirləşəcək ki,onsuzda ört basdır olunacaq.Başqalarıda fikrləşəcək ki.nə istəsəm edə bilərəm onsuz ört basdır olacaq,cəzasız qalacaq. Həmin məktəbdə digər şagirdlərin başına bu oyun gələn zaman özlərinin biabr olmağından qorxub, səs çıxarmayacaq.Məncə ictimayyət birləşib bu direktorun işdən azad olmasını və cəzalanmasını tələb etməlidir.Çox zaman deyirlər ki,belə məsələləri ictimayyətləşdirmək olmaz amma belə deyil ,ictimayyətləşdirib belələrini ifşa emək lazımdır ki,başqalarına dərs olsun.Sizədə təşəkkür edirəm bu məsələni araşdırırsınız.Məndə bir təşkilat rəhbəri olaraq həmin ailəyə və qıza hər cür dəstəyə hazıram lazım gələrsə hüqüqşünaslarımızda bu məsələnin araşdırlmasına dəstək göstərər.

Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdlə bağlı ekspertlərin rəyi-Araşdırma

Elçin Ağayev(hüquqşunas)-

Bu məsələ ilə tanışam.Və çox təssüf hissi keçirirəm.Bir hüquqşünas kimi qeyd eləyim ki,bu məsələdə direktor cinayət məsuliyyətinə cəlb olunmalıydı.Valideyn açıqlamasında bildirir ki,ictimayi qınaq və təpkilərə görə ərizəsini geri götürüb.Amma qanunvericilikdə belə bir şey var ki,zərərçəkmiş ərizəsini geri götürsə belə, bu direktor cinayyət məsulliyətinə cəlb olunmalıydı ,istintaq aparılmalıydı,təhsil nazirliyi məsələni araşdırıb direktor işdən azad olunmalıydı.Belə olmadığı halda direktorun “ayağı yer alır” və bunu şantaj ,şər böhtan adlandırır.Məsələyə məntiqlə yanaşaq 15-16 yaşında psixi durumu normal olan bir şagirdə nə düşüb ki,babası yerində olan bir direktora şər atsın və bu cür ağır ittiham etsin?Mən bir hüquqşünas kimi burda hüquq- mühafizə orqanlarını kəskin qınayıram belə bir adamın cinayətini ört basdır edənləri bu əməli özləri də törətmiş kimi adlandırıram.Hüquqşünas yox bir valideyn kimi çox narahatam , bu məsələ ciddi araşdırılmalı direktor cinayət məsuliyyətinə cəlb olunmalı və ilk növbədə işdən azda olunmalıdır.Yenə deyirəm bu hadisəni ört- basdır edənləri kəskin qınayıram.Bir hüquşünas olaraq , zərərçəkmiş ailəyə hər cürə hüquqi xidmət göstərməyə hazıram.

Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdlə bağlı ekspertlərin rəyi-Araşdırma

Mehriban Zeynalova (Təmiz Dünya İctimayi birliyinin sədri)-

Bu məsələ çox ciddi məsələ və ağır bir ittihamdır.Burda kifayət qədər sübut və şahidlər olmalıdır.Bir mənalı olaraq, bu gün ölkəmizdə iş yerləri və məktəblərdə onlardan aslı olan insanlara qarşı zorakılıq , sexsual qısnamalar tez –tez baş verir.Bu məsələni təkrar hüquq- mühafizə orqanlarında araşdırmalıdırlar.Məsəl üçün Avropada əgər iş yeri və yaxud məktəbdə belə bir hadisə baş verərsə, heç bir şahidsiz , sübutsuz dərhal həmin şəxs cinayət məsuliyyətinə cəlb olunur və cəzalandırılır.Yenə deyirəm bu məsələ çox ciddi bir məsələdir , təkrar araşdırılmalıdır.Bəli, bizdə belə bir hadisə baş verən zaman çox vaxt valideyinlər ictimai qınaqdan əziyyət çəkirlər və açıb ağartmağa qorxurlar ki,ay qızımızın adı çıxacaq ,alan olmuyacaq xüsusi ilə bölgələrdə belə problemlər yaşanır.Əlbətdəki, belə bir hadisə həqiqətən olubsa, həmin direktoru kəskin qınayıram və belə bir direktorun təhsil müəssisənə rəhbərlik etməyi düzgün deyil.Ölkəmizin gender haqqında qanunu var və bu qanuna əsasən baş vermiş hadisəyə görə direktor cinayət məsuliyyətinə cəlb olunmalı idi.

Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdlə bağlı ekspertlərin rəyi-Araşdırma

Adəm Məmmədov(Hüquqşünas)-Məsələ ilə tanış olduqdan sonra bircə onu deyə bilərəm ki,bu çox ciddi bir ittihamdır.Hadiisə istintaq orqanlarında obyektiv araşdırılmalı və hüquqi qiymət verilməlidir.Amma bu hadisə dediyinizə görə, belə bir şəkildə səs- küyə səbəb olubsa həmin direktor inzibati şəkildə cəzalanmalı və istintaq müddəndidə müvəqqəti olaraq işdən azad olunmalı idi.Təhsil nazirliyi özüdə bu məsələni araşdırmalıdır.Prokrorluq hansı şəkildə xitam verdiyini mən sənədlə tanış olduqdan sonra hüquqşünas kimi bu xitam haqqında rəyimi bildirərdim.10-cu sinif şagirdi yetkinlik yaşına çatmayıbsa, istintaq zamanı müəlliminin və yaxud validiyeninin şahidliyi ilə ifadə verməliydi.Təkrar deyirəm bu məsələ çox ciddi bir məsələ olduğu üçün prokrorluq bunu obyektiv araşdırmalı,ekspertiza təyin olunmalı və üzdəşmələr olmalıydı.Qaldı ki,zərərçəkmişin şikayət ərizəsinin hansısa qınaq və təpkilər əsasında geri götürməsində aslı olmayaraq qarşı tərəf cinayət məsuliyyətinə cəlb olunmalıydı.Bu mənim hüquqşünas kimi mövqeyim.Təbii ki,belə bir hadisə bölgədə artıq səs küyə səbəb olmuşdursa belə bir adamın direktor kimi fəaliyyət göstərməyi məqsədə uyğun deyil.Həmin direktor təhsil nazirliyi tərəfindən işdən azad olunmalıydı.

Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdlə bağlı ekspertlərin rəyi-Araşdırma

Mehriban Abdullayeva(Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai birliyinin sədr)-Bu çox xoşagəlməyən bir hadisədir.Məktəb direktoru vəzifəsindən istifadə edib,hegomonluq etməməlidir.Bir şagirdə qarşı belə bir nalayiq hərəkətin olması utancverici bir hadisədir.Mən o direktoru tanımıram,tanımaq belə istəmirəm və onun haqqında heç müsbət bir şey deyə bilmərəm.Bilirsiniz çox zaman belə bir hadisələr gündəmə gəldikdə valideyin və uşaq qınaq obyektinə çevrilir amma qınaq obyektinə bu cür insanlar çevrilməlidir.Onu məktəbə direktor qoyublar ki,təlim tərbiyə işləri ilə məşğul olsun ,qoymayıblar ki,tərbiyəsizlik etsin.Elə bir adamdan həmin təhsil müəssində çalişan şagird və müəllim nə örnək götürəcək?Mən kəskin qınayıram əgər bu sübut olunarsa həmin adam nəinki direktor vəzifəsindən azad olunmalı,müəllim adından onu mərhum etməlidilər.El qınğıda var,biz azərbaycanlıyıq məncə rayon ağsaqqları və cammat onu qınamalı və vəzifədən getməsini tələb etməlidilər.

Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdlə bağlı ekspertlərin rəyi-Araşdırma

Heyrat Qarayev(hüquqşünas)-Əvvəla deyim ki,həqiqətəndə deyilənlər təsdiqin taparsa ,təsdiqin tapmaqda nə deməkdir.Bilirsiniz ki,bu iş prokrorluq orqanlarında istintaq getməliydi,ekspertizə təyin olunmalıydı.Direktor özüdə deyir ki,bəli belə bir hadisə olmuşdur.Bu həqiqət olada bilər ,olmuyada bilər.Amma istintaq muddətində direktor işdən azad olunmalıydı.Belə bir atalar sözüdə var "od olmasa tüstü" çıxmaz.Amma bu təhsil nazirliyi tərəfindən araşdırlmalı və direktor işdən azad olunmalıydı.Mən deyərdim ki,bu çox ciddi bir məsələdir Bunu Sabirabad rayon prokrorluğu deyil, Baş prokuror cənab Zakir Qaralova Və Daxili işlər naziri Cənab Usubova müraciət olunmalıdır ki, ciddi araşdırsınlar.Rayon yerlərində çox zaman insanlar mentalitetə uyuğun olaraq bunu ört -basdır edir və qanundan kənar olaraq öz aralarında məsələni bağlayırlar amma bu belə olmamalıdır.Qanuni şəkildə həll olunmalıdır.Qaldıki,valideyin təpkilərdən çəkinərək ərizəsini geri götürsə belə həmin şəxs haqqında cinayət işi açılmalı və araşdırlmalıdır.Direktor bu müddət ərzində işdən kənarlaşdırılmalıdır.Cinayət sübut olunarsa həmin direktor Təhsil nazirliyinin əmri ilə işdən azad olunmalıdır.Məsələni kəskin qınayıram.Əgər həmin ailəyə hüquqi yardım lazım olarsa dəstəyimi göstərməyə hazıram.

Sabirabadda direktor tərəfindən cinsi zorakılığa məruz qalan şagirdlə bağlı ekspertlərin rəyi-Araşdırma

Rəbiyyə Zərdabi(ictimai xadim,ziyalı)-Bu məsələni təhsil nazirliyndə hüquq şöbəsi araşdırmalıdır,Daxili İşlər nazirliyi araşdırmalıdır.Azərbaycanda məktəblərdə,internatlarda uşaqlara qarşı zorakılıqlarla tez- tez rastlaşırıq.Maştağadakı hadisəni yəqin ki,xatırlayırsınız.Bu məktəb direktoruna yaraşmayan alçaq bir hərəkətdir.Direktor məktəbin atası,yiyəsi sayılır bundan camaat nə tərbiyə,örnək götürəcək?Biz müəllim peşəsinə müqqədəs sənət kimi baxırıq .Bu müəllim adına yaraşan hərəkət deyil.Bizim əxlaqımıza ,mentalitetimizə yaraşmayan biabrçı bir hadisədir.Bu direktor işdən azad olunmalıydı.Sizin işıqlandırdığınız bu məsələdə direktorun işdən azad olunması və həbs olunmasını istəyirəm.



P.S.Qeyd edək ki,

Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

var və bu qanuna əsasən vəzifəsindən istifadə edib özündən aslı olan şəxsə sexsual qısnamalar edib,şərəf və ləyaqətini alçaldırsa cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?