5-02-2018, 11:26 Oxunub: 243

30 ailənin həyatı təhlükə altındadır,sakinlər etiraza qalxdılar-VİDEO

30 ailənin həyatı təhlükə altındadır,sakinlər etiraza qalxdılar-VİDEO













Səbayel rayon icra hakimiyyəti "pilot layihə" adı altında sakinlərin başına oyun açır ,bu layihə əhalinin yaşayışı üçün olsada icra hakimiyyəti əhalinin yaşayışını dahada əzablı edib.Özbaşınalıq baş alıb gedir. Bayıl qəsəbəsi Qurban Abbasov küçəsi 42 ünvanında yaşayan sakinlər BakuPress Milli İnformasiya Agentliyinə evlərinin qanunsuz sökülməyi və həyatlarının təhlükədə olmağını bildirdilər.Əməkdaşlarımız sözügedən ünvana yollandılar.Gördüyümüz mənzərə çox acınacaqlı idi sakinlər hər an ölüm təhlükəsi ilə üz üzə qalıblar.Qeyd edək ki,sakinlərin sözlərinə görə, "Dönüş 1" MMC tikinti şirkətinin rəhbəri olan Əli Həsənov adlı iş adamının yeni bina tikmək layihəsi ətrafda yaşayan sakinlərin rahatlığını pozub.Dekabr ayından indiyədək döymədikləri qapı qalmayıb.Sakinlər bildirir ki, məsələ ilə bağlı baş nazirin müavini Abid Şərifovun qəbulunda olublar, ancaq həmin görüş də nəticəsiz qalıb: "Prezident Aparatında da olmuşuq. Bizə bildirdilər ki, sizin razılığınız olmadan tikinti şirkəti heç nə edə bilməz. Şirkət rəhbəri Əli Həsənov isə deyir ki,"Hara istəsəniz şikayət edin. Dövlət də mənəm, hökumət də. Hara şikayət etsəniz, mənə gəlib çıxacaq."
Xatırladaq ki,sakinlərə heç bir kompensasiya verilmir. Şifahi olaraq vəd olunur ki, ərazidə tikiləcək yeni binada onlara ev verəcəklər. Tikinti başa çatanadək isə onlar kirayədə yaşamalıdırlar...
Əgər bu pilot layihədirsə niyə sakinlərlə qanuni şəkildə müqavilə bağlanmır?
Səbayel rayon icra başçısı Eldar Əzizov hadisə yerinə gəlsədə lakin heç bir dəyişiklik baş verməyib.Qanunsuz olaraq ,prezidentin layihəsi adından at oynadan "dəllal"Əli Həsənovun Səbayel rayinu İcra hakimiyyətinin 1-ci müavini Abid Əliyevlə əlbir olmağı göz qabağındadır.Tez-tez rast gəldiyimiz faktlardan biridə budur ki,çox zaman bu cür "pilot layihə"lərdə icra hakimyətlərinin işlərini adları heç kəsə məlum olmayan guya tikinti şirkətləri aparır.
Məsələ ilə əlaqəli Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsəkdə əfsuslar olsun ki, zənglərimizə cavab verən olmadı.Məsələ ilə əlaqədar "Dönüş" MMC ilə əlaqə saxlamaq istəsək də, axtarış sistemlərində şirkətin nə adına, nə ünvanına, nə də əlaqə nömrələrinə rast gəldik.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə köhnə binalar sökülüb yeniləri ilə əvəz edilməli və sakinlər yeni mənzillərlə təmin edilməlidir.

Qərarda, həmçinin qeyd edilir ki, qəzalı vəziyyətdə olan binaları söküb, yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək köçürülən sakinlərin kirayə pulunu ödəməli və həmin sakinlərə yeni tikiləcək binada müvafiq mənzillər ayrılmalıdır. Və bütün bu proses hüquqi və fiziki şəxslərin razılığı ilə həyata keçirilməlidir.

O da nəzərdə tutulur ki, hüquqi və fiziki şəxslərin razılığı ilə mülkiyyətlərində və ya istifadələrində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır.

Ancaq təəssüf olsun ki, bəzi tikinti şirkətləri və onların himayədarları olan rayon icra hakimiyyətləri heç də hər zaman müvafiq qərarın bəndlərini nəzərə almır.Daha ətraflı hazırladığımız videomaterialdan izləyə bilərsiniz.

P.S Ölkə başçımız cənab İlham Əliyev son çıxışlarının birində məmurlara sərt xəbərdarlıq etdi:"Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. "

Görünür bu xəbərdarlıq Səbayel Rayonu İcra Hakimiyyətinə və bu məsələ ilə məşğul olan aidiyyatı qrumlara aid olmayıb.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.Araşdırmamız davam edir


Yasamalda İbrahim Mehdiyevin qanunsuz tikintisi dayandırıldı Yasamalda İbrahim Mehdiyevin qanunsuz tikintisi dayandırıldı Sosial Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu bağladı Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu bağladı Hadise Suraxanı rayon icra hakimiyyəti 50 ailəni evsiz qoydu Suraxanı rayon icra hakimiyyəti 50 ailəni evsiz qoydu Sosial Qəzalı mənzillərin sakinlərini köçürmək üçün ev tapılmır Qəzalı mənzillərin sakinlərini köçürmək üçün ev tapılmır Sosial Sakinləri ələ salan icra başçısı qərarını dəyişdi Sakinləri ələ salan icra başçısı qərarını dəyişdi Gundem