6-02-2018, 01:05 Oxunub: 333

Ucar rayonu Qazyan kənd sakini Abdullayeva Ruqiyyə Həsənqulu qızı tərəfindən Müraciət

Ucar rayonu Qazyan kənd sakini Abdullayeva Ruqiyyə Həsənqulu qızı tərəfindən  Müraciət













Hörmətli Prezident ! Hörmətli Mehriban xanım !

Bu müraciətimlə yazıb sizə bildirəm ki, bizim ailəyə qarşı qanunsuzluq, haqsızlıq edili,ağır dözülməz işgəncələr verilib. Hazırda da ailə üzvülərimiz hədə-qorxuya, təqiblərə məruz qalıb.Elə bir vəziyyətə gətiriblər ki, intihar etmək həddinə çatmışıq.

Ailə üzvülərimiz oğlum Abdullayev Loğman Çingiz oğlu və həyat yoldaşım Abdullayev Çingiz İsmayıl oğlu həbs ediliblər.Oğlum Loğman Abdullayev Azərbaycan Respublikasının CM-nin 145.2.4, 170.3, 178.3.1,178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib 15 il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib.Hazırda Penitensiar xidmətin Müalicə Müəssisəsində müalicə alır.Belə ki, oğlum cinayət törədib məhkum edilsədə onun barəsində ibtidai istintaqı aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində ona ağır dözülməz işgəncələr veriblər.Alman faşizminin işgəncə üsulunu oğlum Loğmana tətbiq etdikləri üçün o hazırda şikəst olmuşdur.Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oğlum Loğmanı elektirik cəryanı veriblər. 7 dırnağını çıxarıblar, qabırğalarını və diz qapaqlarını sındırıblar. Bu səbəbdən oğlum Loğmanı Müalicə Müəssisəsində cərrahiyyə əmıliyyatı ilə diz qapağını çıxarıblar.İndi o buna görə şikəst qalmışdır.Əgər oğlum cinayət törədib,bunu səmimi etiraf edirsə nəyə görə ona belə faşist işgəncə növünü tətbiq edib şikəst ediblər ? Hansı ağır cinayət hesab edilir oğlumun dələduzluq cinayəti yoxsa Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin verdiyi dözülməz ağır işgəncə ? Əlbəttdə verilən ağır işgəncə xüsussi ilə ağır cinayətdir. Bu azmış kimi həyat yoldaşım Abdullayev Çingiz İsmayıl oğlunu Qazaxstan Respublikasında həbs edib Azərbaycana gətirib qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb ediblər.Oğlum törətdiyi cinayətə görə atanın şərləyib həsə atılması özbaşınalıqdır ki, bunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi edib.Oğlum Loğman cinayət yolu ilə əldə etdiyi pulu atasına verəndə ona deməyib ki, bu pulu dələduzluq yolu ilə əldə etmişəm.İndi bunu əsas gətirib qanunsuz olaraq həyat yoldaşımıda həbs ediblər.Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Tamella Nəsirullayevanın sədrliyi ilə həyat yoldaşımın barəsində olan cinayət işinə baxılır.Həyat yoldaşım Çingiz Abdullayev 4 il əvvəl Türkiyədə ürəyindən cərrahiyə əməliyyatı olunub ürəyinə cihaz qoyulub, həmdə hepatit c xəstəliyindən əziyyət çəkir ki, buna görə 14 dəfə kimya terapiyası alıb.Hazırda bu xəstəliklərə görə həyat yoldaşım çox əziyyət çəkir.
Bundan başqa qızlarım Dilarəni və İlahəni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırırlar.Deyirlər ki, qardaşınız Loğmanın törətdiyi cinayətə görə sizdə məsuliyyət daşıyırsınız.Bəlkədə Azərbaycan Respublikasında ikinci belə bir ağır dözülməz işgəncəli, qanunsuz cinayət işi açılmayıb ki,belə bir qanunsuzluğu, özbaşınalığı bizim ailənin başına gətiriblər.Əgər oğlum Loğman Abdullayev məlum olan bir neçə şəxslə əlbir olub Tofiq Zülfüqarov adlı şəxsə qarşı dələduzluq cinayətə törədibsə buna görə onun günahszı xəstə atasının həbs edilməsi, günahsız bacılarını həbslə hədələnməsi istintaqa cağrılması hansı qanuna və milli adət-ənənəyə uyğun gəlir ? Biz Azərbaycanlıyıq, erməni deyilik.Mənim oğlum kütləvi adam qırğını törətməyib, körpü-metro partlatmayıb ki, ona belə ağır dözülməz vəhşicəsinə işgəncələr verilib, ailə üzvülərini həbs ediblər, bacılarını cinayət məsuliyətinə cəlb etmək istəyirlər.Adam öldürən qatil 12-14 il cəza aldığı halda oğlum Loğmana 15 il cəza təyin edilməsi ədalətsizlik deyilmi ? Zərəçəkən kimi tanınan Tofiq Zülfüqarov adlı birisinin bir neçə milyon ABŞ dollarının oğlum və bir neçə şəxs tərəfindən dələduzluq yolu ilə əlindən alınması barədə etdiyi şikayəti araşdıran orqan onun sifarişi və iştirakı ilə oğluma ağır dözülməz işgəncə verir, ağır xəstə olan həyat yoldaşım qanunsuz həbs edir, qızlarım həbslə hədələyir. Biz hansı dövrdə, hansı ölkədə yaşayırıq ki, bir ailə belə dözülməz fiziki, mənəvi və psixoloji işgəncəyə məruz qalsın. Dəymiş ziyan isə tamamilə ödənilmişdir. Bütün bu özbaşınalıqlara baxmayaraq ümüdümü üzməmişəm ona görə ki, Azərbaycan Respublikasında sizin kimi ədalətli, humanist və mərhəmətli insanlar var.İnanıram ki, siz bu ərizəmi tam, hər tərəfli və obyektiv araşdırıb bizim ailəyə qarşı edilmiş haqsızlığın aradan qaldlrılmasına xüsusi tapşırıqlar verəcəksiniz.

Həyat yoldaşım və mən uzun müddətdir ki. Qazaxstan Respublikasında yaşayırdıq.Həyat yoldaşım Qazaxstanda yaradılmış Heydər Əliyev Fondunun ağsaqallar şurasının üzvüdür.Biz Heydər Əliyev siyasi kürsünü həmişə bəyənmişik.Heydər Əliyevin yaratdığı demokratik Azərbaycan Respublikasında vətəndaşa ağır işgəncənin verilməsi, xəstə günahsız atanın qanunsuz həbsə atılması, qardaşın cinayətinə görə günahsız qadınların həbslə təhdid edilməsi özü ağır cinayət əməlidir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirib. Bunu isə onlara zərərçəkən kimi tanınan Tofiq Zülfüqarov adlı şəxs sifariş edib.Tofiq Zülfüqarovun isə həmin milyonlarla ABŞ dolları pulları haradan əldə etməsi araşdırılmayıb.Tofiq Zülfüqarov bizi hədələyir ki, bütün ailə üzvülərinizi həbs etdirəcəm, Loğmanı həbsdə məhv etdirəcəm buna mənim gücüm çatır.Ailə üzvülərimiz qorxu, həyacan içindədir.Ümüdümüz isə bir olan Allaha və Sizədir.

Hörmətli Prezident ! Hörmətli Mehriban xanım !

Mən bir ağbirçək ana kimi Sizdən çox-çox xahiş edirəm müraciətimi obyektiv araşdırılması üçün oğlum Loğmana verilmiş işgəncəyə görə ekspertizadan keçirilsin, həyat yoldaşım törətmədiyi cinayətə görə həbsdən azad edilməsinə və qızlarıma qarşı edilən təqiblərə son qoyulmasına tapşırı verıəsiniz.Çox-çox xahiş edirəm müraciətimi nəzərə alasınız.

Əlaqə telefonu; (050) 876-48-49 (qızım Dilarə)

İmza; Abdullayeva Ruqiyyə Həsənqulu qızı
“Qoca”nın meyiti ailəsinə təhvil veriləcək — Penitensiar Xidmətdən AÇIQLAMA “Qoca”nın meyiti ailəsinə təhvil veriləcək — Penitensiar Xidmətdən AÇIQLAMA Hadise Kürdəmirdə zorlama hadisəsi haqda ŞOK FAKTLAR – ŞİKAYƏT Kürdəmirdə zorlama hadisəsi haqda ŞOK FAKTLAR – ŞİKAYƏT Bolge “Bir oğlum vaxtsız vəfat etdi, o biri oğlum da əlil oldu” - Arif Quliyev “Bir oğlum vaxtsız vəfat etdi, o biri oğlum da əlil oldu” - Arif Quliyev Medeniyyet Milyonlar ələ keçirən Milyonlar ələ keçirən "MTN əməkdaşları"na - 50 il həbs Hadise Bakı sakini 3,4 milyonun Bakı sakini 3,4 milyonun "dalına keçdi", atasını axtarışa verdilər Hadise