6-02-2018, 12:53 Oxunub: 1 318

HEYDƏR ƏLİYEVİN BAĞIŞLADIĞI TORPAĞI AHIL VƏTƏNDAŞDAN NECƏ QOPARIRLAR .VIDEO

HEYDƏR ƏLİYEVİN BAĞIŞLADIĞI TORPAĞI AHIL VƏTƏNDAŞDAN NECƏ QOPARIRLAR .VIDEO















TAĞI ƏHMƏDOVUN HAKİM OĞLUNUN FİLM KİMİ QƏTNAMƏSİ
1939 — cu il təvəllüdlü vətəndaş Quliyev Cəbrayıl İbrahim oğlu redaksiyamıza müraciət edərək, torpaq sahəsinin bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə mənimsənildiyini bildirmişdir. Araşdırma qrupumuz sözügedən ünvana — Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 2404 — cü məhəllədə yerləşən 0,06 ha sahəyə yollanmış, şikayətçi ilə söhbət etmiş, ətrafda müşahidə aparmışdır. Müşahidənin nəticəsi barədə bir az sonra. Hələliksə, ahıl yaşlı şikayətçini dinləyək. Vətəndaş C.Quliyev əməkdaşlarımıza bildirmişdir ki, uzun müddət Bakı Baş ikinti İdarəsində ağı tonnajlı qülləli kran ustası işləmiş, zəhmətə qatlaşaraq halal çörək qazanmışdır. 1997-ci ildə göndərişlə işləməyə getdiyi Zağulba qəsəbəsində olarkən Ümummilli lider Heydər Əliyevlə görüşmək qisməti olmuşdur. Zəhmət adamlarına yüksək dəyər verən, onların problemləri ilə daim maraqlanan Ulu Öndər ondan da qayğılarını soruşmuşdur. Cəbrayıl kişi yaşadığı Nizami rayonu Naxçıvanski küçəsi ev 13 mənzil 8 ünvanının ailəsinə darısqallıq etdiyini, övladlarına mənzil şəraiti qurmaq üçün torpaq sahəsi ayırılmasını xahiş etmişdir. Əməksevər insanlara həmişə hörmətlə yanaşan rəhmətlik Heydər Əliyev qədirşünaslıq göstərərək, C.Quliyevin xahişini yerə salmamış, həmin görüşdə onu müşayiət edən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rəfael Allahverdiyevə göstəriş vermişdir ki, Quliyevin ərizəsini alaraq haqqında təqdimat yazsın, bir sözlə torpaq sahəsi ilə təmin etsin. Vət. Quliyevin təqdim etdiyi sənədlərin surətlərindən məlum olur ki, Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin müraciəti və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılıq məktubuna əsasən Nizami rayon İcra Hakimiyyətinin başçısı özünün 06 yanvar 2000-ci il tarixli 01 saylı sərəncamı ilə 8 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin işçisi Quliyev Cəbrayıl İbrahim oğluna sözügedən ünvanda fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması rəsmiləşdirilmişdir. Cəbrayıl kişi deyir ki, yalnız keçən il polis və icra məmurları gəlib ondan məlum torpaq sahəsi üzərində inşa etdiyi tikililəri sökməyi tələb edəndə xəbər tutmuşdur ki, artıq torpağı ondan xəlvət satan da var, alan da. Bu azmış kimi alan satanı və onu məhkəməyə də verib. Hələ bu harasıdır?: Məhkəmə də onun xəbəri olmadan qətnamə çıxarıb ki, bəs o, torpağı qəsb etmək hərəkətlərinə son qoymalıdır! Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli, 2(007) — 1826/2016 saylı qətnaməsindən görünür ki, «Məlikova Taliyə Rəhman qızı nümayəndəsi Həsənov Anar İbrahim oğlunun vasitəsilə Həsənov Şakir Vəkil oğluna və Quliyev Cəbrayıl İbrahim oğluna qarşı cavabdehlər tərəfindən iddiaçının mülkiyyətinə qəsd edilməsi hərəkətinin qanunsuz hesab edilməsi və belə hərəkətə son qoyulması, iddiaçının mülkiyyətində olan, Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 2404-cü məhəllədə yerləşən 0,06 hektar torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin qeyd-şərtsiz iddiaçıya təhvil verilməsi, 10000 manat məbləğində maddi və 5000 mana məbləğində mənəvi zərərin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırlıq iclasında iddiaçı pul tələbini geri götürmüş, qalan hissəsini saxlamışdır. Məhkəmədə müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsini iddiaçı T.Məlikova cavabdeh Ş.Həsənovdan 11 oktyabr 2009-cu il tarixli, AN-1 seriyalı, 0194394 saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Bundan sonra cavabdeh Ş.Həsənov həmin torpaq sahəsini formal olaraq iddiaçıya təhvil vermiş və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 08 dekabr 2009-cu il tarixdə isə iddiaçı T.Məlikovaya sözügedən torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, 0019539 saylı çıxarış verilmişdir. Həmin vaxt iddiaçının maddi vəziyyəti həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamaq imkanı vermədiyinə görə və iddiaçı özü Quba rayonunda yaşadığı üçün hər tərəfdən daş çəpərlə əhatələnmiş torpaq sahəsi faktiki istifadəsiz qalmışdır. Bir müddət bundan (iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan — red.) əvvəl iddiaçının qohumları həmin torpaq sahəsinə baş çəkdikdə, yaşlı bir şəxsin (C.Qulyev nəzərdə tutulur — red.) mübahisəli sahədə özünə özünə daxma inşa edərək, orada yaşadığını aşkar etmişlər. Həmin şəxs iddiaçının nümayəndələri ilə hər hansı ünsiyyətə getmədiyinə görə T.Məlikova qohumları vasitəsilə torpağın əvvəlki mülkiyyətçisi Ş.Həsənovu axtarıb tapmış və torpaq sahəsini zəbt etmiş (!?) şəxsin həmin sahədən çıxarılmasını təmin etməyi tələb etmişdir. Ş.Həsənov isə mübahisəli torpaq sahəsini faktiki zəbt etmiş və orada özbaşına (!?) daxma inşa etmiş şəxsin yaşayış yeri olmayan qoca bir kişi olduğunu deyərək, həmin şəxsə təsir etmək imkanı o0lmadığını bildirmişdir. Bundan sonra iddiaçının nümayəndəsi cavabdeh Ş.Həsənovun vasitəsilə həmin qoca kişinin OĞLUNU tapmış və iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququna qəsd edən şəxsin Quliyev Cəbrayıl İbrahim oğlu olduğunu müəyyən etmişlər. Buna görə də iddiaçı öz mülkiyyət hüququnu qeyri-qanuni qəsdlərdən müdafiə etmək üçün məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Qətnamədə həmçinin göstərilir ki, cavabdehlər məhkəmə iclasının vaxı və yeri haqqında xəbərdar ediilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxmış və qətnaməni çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirmiş və iddianı təmin etmişdir. C.Quliyev deyir ki, məhkəmə çıxardığı qətnamənin surətini ona yalnız 15 yanvar 2018-ci il tarixdə göndərdiyi üçün vaxtında apellyasiya şikayəti də verə bilməmişdir, əgər qətnamədə göstərildiyi kimi, həqiqətən məhkəməyə çağırılmış olsaydı, gedib əlindəki sənədlərlə həm hüquqlarını müdafiə edərdi, həm də onun torpaq sahəsini qanunsuz yolla ələ keçirməyə çalışanları ifşa etmiş olardı. C.Quliyev bu qənaətdədir ki, onun torpaq sahəsini satan da, alan da, alqı-satqı müqaviləsini rəsmiləşdirən, çıxarış sənədini verən orqanlar da, məhkəmə də məsələnin kökündə qanunsuzluq olduğunu bilərək, bu işə qol qoymuşlar. Onun sözlərinə görə, üz tutduğu məmurlardan biri hətta onun ölümü haqqında şəhadətnamənin təqdim edildiyini ağzından qaçırmışdır. Doğrudan da, məsələdə şübhəli, sual doğuran məqamlar olduqca çoxdur. Məsələn, T.Məlikova 2009-cu ildən 2016-cı ilədək sözügedən torpaq sahəsi üzərində heç bir tikinti işi aparmamasını maddi vəziyyətinin buna imkan verməməsi ilə əlaqələndirir. Halbuki, RİH-nin sərəncamında C.Quliyevə inşa işinə bir ildən gec olmayaraq başlamaq, üç ildən gec olmayaraq başa çatdırması tapşırılmışdı. Bundan başqa, T.Məlikova «yaşayış yeri olmayan qoca kişi»nin Cəbrayıl İbrahim oğlu Quliyev olduğunu «müəyyənləşdirmək» üçün onun OĞLUNU tapa bilmişdi. Necə olub ki, məhkəmə bunu bacarmayıb? İstər-istəməz şübhə yaranır ki, hakim məhkəmədə C.Quliyevin iştirakını təmin etməkdə maraqlı olmayıb. Bəs nədə maraqlı olub? İndi isə hörmətli oxuculara məqalənuin əvvəlində vəd etdiyimiz kimi, sözügedən torpaq sahəsinə baxış keçirərkən, ətrafda müşahidə etdiyimiz detallara qayıdaq. Məsələ burasındadır ki, sahənin yerləşdiyi Çobanzadə küçəsində paytaxtın məşhur şadlıq evləri, istirahət mərkəzləri yerləşir. Qonşuluğunda «Sapfir» şadlıq evi — restoran fəaliyyət göstərir. Ərazi bu tip nəhəng iaşə obyektləri üçün əlverişli sayıldığından, burada torpaq da paytaxtın bir çox başqa yerlərinə nisbətən qat-qat bahadır. O üzdən hər sotu üstündə ciddi rəqabət gedir və ələ keçirilməsi üçün qanunsuzluğa qol qoyulması da inandırıcıdır. Başqa sözlə, ortada kifayət qədər böyük rəqəmlərlə ölçülən pullar dövr etdiyindən, məsələ hətta 40 il Bakı Metropolitenində işlədiyi ndövrdə məvacibini xərcləmədən 3 milyon manat toplamağı bacarmış, bu günlərdə isə «Əmək» ordeni ilə təltif olunan Tağı Əhmədovun oğlu Rauf Əhmədov üçün də cazibədar görünə bilər. Axı, sözügedən iş üzrə məhkəmənin hakimi məhz o olmuşdur. Ağsaqqal kişinin mülkünə qəsd edənlərin ifşası üçün KİV olaraq köməkliyimizi əsirgəməyəcəyik. C.Quliyevin növbəti addımı yəqin ki, apellyasiya şıkayəti vermək hüququnun bərpası istiqamətində olacaq.

Mövzunu davam etdirəcəyik
"Səba Broyler"in rəhbərindən şikayət - FOTOLAR Sosial 16 yaşlı qızı evlənmək bəhanəsiylə Bakıya çağırıb təcavüz etdi 16 yaşlı qızı evlənmək bəhanəsiylə Bakıya çağırıb təcavüz etdi Hadise Azərinfo.az informasiya portalının təsisçisi  cənab İbrahim Qubadoğluna Azərinfo.az informasiya portalının təsisçisi cənab İbrahim Qubadoğluna Sosial MƏHKƏMƏ HAKİMİ: - Aldıqım puldan HEYDƏR ƏLİYEV FONDUNA haqq verirəm MƏHKƏMƏ HAKİMİ: - Aldıqım puldan HEYDƏR ƏLİYEV FONDUNA haqq verirəm Gundem / Sosial Bakıda türkiyəli biznesmenə qarşı dələduzluq Bakıda türkiyəli biznesmenə qarşı dələduzluq Hadise