Ağcabədi rayonunda məmur özbaşınalığı - GİLEY
Bolge
Oxunub: 579
8 fev 2018 | 11:45
 Ağcabədi rayonunda məmur özbaşınalığı - GİLEY
















Redaksiyamıza Ağcabədi şəhəri, Ü.Hacıbəyli 65/43 ünvanında yaşayan Laçın rayonundan məcburi köçkün Sahib Muxtar oğlu Məmmədov şikayət məktubu göndərib. S.Məmmədov məmur özbaşınalığından şikayətçidir.

Şikayətçi yazır ki, Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar Laçın rayonundan məcburən köçürüldükdən sonra - 1992-ci il may ayının axırlarından etibarən iki məcburi köçkün ailəsi Ağcabədi şəhərində, indiki Ü.Hacıbəyli 65/43 ünvanında Salmanov Teymur adlı köhnə tanışılarının üçotaqlı mənzilində məskunlaşıblar: "Bu ünvanda məskunlaşdığımız barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağcəbədi rayon nümayəndəsinə və digər təşkilatlara çoxsaylı arayışlar təqdim etmişik. 1992-ci ilin iyun ayında T.Salmanovla razılaşıb həmin mənzili 150 min manata nağd pula aldıq. Bu haqda şahid aktımız da var. Lakin o vaxtlar məcburi köçkünlər heç bir yerdə qeydiyyata alınmadığına görə alğı-satqı məsələsinin sənədləşdirilməsi yubandı. O vaxtdan etibarən yaşadığımız bu mənzilin işıqpulu, qazpulu və bütün kommunal xərclərini T.Salmanov təminatlı olduğundan ilk bir necə il ərzində 50% güzəştlə onun və öz adımızdan nağd olaraq rəsmən özümüz ödəmişik (ödəmə qəbzləri var), sonralar isə hal-hazırkı müddətə qədər məcburi köçkün kimi müvəqqəti məskunlaşdığımız ünvana dövlət tərəfindən ödənilib, 2017-ci ildən isə dövlətin məcburi köçkün kimi bizə bu məqsədlə ayirdığı müavinətlə özümüz nağd ödəyirik.

Bir neçə aydan sonra T.Salmanov Rusiyaya yeganə qızının yanına getdi. 1993-cü ilin yazında eşitdik ki, T.Salmanov Rusiyada vəfat edib və orada da dəfn olunub. 1993-cü ilin noyabr ayından (biz mənzilə məskunlaşandan on səkkiz ay sonra) Ağcəbədi rayonunun Aşağı Avşar kəndində yaşayan Nərimanov Sabir Qəşəm oğlu adlı şəxs özünü yaşadığımız mənzilin sahibi kimi təqdim edərək o vaxtkı yerli təşkilatların, xüsusilə də MİS-in bəzi yerli məmurlarının rəsmi dəstəyi ilə mənzili tezliklə boşaltmağımızı tələb etməyə başladı. Teymur kişinin qohumlarından və tanışlarımızdan öyrəndik ki, mübahisəli mənzil tikilib istifadəyə veriləndə Salmanov Teymur bu mənzili Sabirdən alıb, ancaq onun adına başqa yaşayış sahəsi olduğuna görə onu rəsmi dövlət qeydiyyatından kecirə bilməyib. O vaxtdan etibarən bu mübahisəli mənzildə yaşayan altı nəfərdən ibarət iki məcburi köçkün ailəsi bəzi yerli məmurların rəsmi səlahiyyətləri çərçivəsində dəstəklənən çoxaylı süni qalmaqallarla davamlı olaraq qarşılaşmaqdayıq.

Bu 26 illik mübahisə təcrübəsində görmüşük ki, Ağcabədi rayon, həmçinin şəhər icra hakimiyyətinin və digər dövlət orqanlarının vəzifəli şəxsləri daim bizə qarşı münasibətdə ayrı-seçkilik edərək qarşı tərəflərin haqlı-haqsız tələblərini nümayişkaranə tərzdə öz səlahiyyətləri çərçivəsində himayə ediblər.

Belə ki, 1997-ci ilin sonlarında bizə məlum oldu ki, Nərimanov Sabir mənzili özəlləşdirmək istəyir. Biz Ağcabədi rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüququnun qeydiyyatı idarəsinə 10.12.1997-ci il tarixdə rəsmi ərizə ilə bildirdik ki, hal-hazırda yaşadığımız bu mənzil mübahisəlidir, onun özəlləşdirilməsi məhkəmə baxışına kimi təxirə salınsın. Lakin yerli məmurlar nəinki bizim bu müraciətimizi nəzərə almadılar, hətta Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun (həmin qanunda göstərilir ki, mənzil özəlləşdirilərkən həmin mənzildə yaşayan 18 yaşı tamam olmuş şəxslərdən notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmalıdır) tələblərini kobud şəkildə pozaraq mübahisəli mənzili Nərimanov Sabir Qəşəm oğlunun adına özəlləşdirmişlər. Bizə sonralar (təxminən 2000-ci ildə) məlum oldu ki, bu mübahisəli mənzilin sonradan özəlləşdirilməsi qabaqkı tarixə, yəni 15.12.1997-ci ilə sənədləşdirilmişdir. Mübahisəli mənzil özəlləşdiriləndə biz iki ailə 1992-ci ilin may ayının axırlarından etibarən həmin mənzildə yaşayırdıq və mənzil istismarı sahəsində pasport qeydiyyatına alınmışdıq. Bunu təsdiq edən «Dövlətqaçqınkom»un Ağcabədi rayon nümayəndəsinin çoxsaylı arayışlarını dəfələrlə Ağcabədi rayon Məhkəməsinə və digər təşkilatlıara təqdim etmişik.

Digər tərəfdən, yerli məmurlar öz səlahiyyətləri çərçivəsində həm də bütün səviyyələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.1999-cu il tarixli, 200 saylı Qərarının 4-cü bəndinin (bənddə göstərilir ki. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyətli təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır) tələblərini kobud şəkildə pozaraq yaşadıgımız mənzili bizim çoxsaylı və çoxünvanlı etirazlarımıza baxmayaraq, özəlləşdirilməsini, dəfələrlə müxtəlif adamlara satılmasını dəstəkləyərək rəsmiləşdirmişlər. Belə olduğu halda, biz məcburi köçkünük, yaşadığımız mənzilin özəlləşdirilməsi, onun satılaraq əldən-ələ keçməsinin heç bir hüquqi qüvvəsi yoxdur.

Əgər o vaxtlar Azərbaycan Respublikasınin Prezidenti cənab Heydər Əliyevə, hökumətin mərkəzi idarə orqanlarına, nüfuzlu qəzet və digər media nümayəndələrinə müraciət etməsəydik, hətta "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 895 saylı, 17.09.1998-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 saylı, 24 dekabr 1999-cu il tarixli "Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında" qərarının və s. normativ aktların tələblərinə öz üslubları ilə məhəl qoymadan Ağcabədi rayonunun bəzi yüksək vəzifəli şəxsləri altı nəfərdən ibarət biz iki məcburi köçkün ailəsini qışın oğlan çağında çölün düzünə tökdürməyə nail olacaqdılar. Ancaq bu cəhdlər hələ də davam etməkdədir. Hətta S.Nərimanovun adına tərtib edilmiş şər-böhtan dolu iddia ərizəsi ilə 2000-ci ilin sentyabr, oktyabr aylarında bizim mübahisəli mənzildən çıxarılmağımız tələbi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət də edilmişdir. Ağcabədi rayon Məhkəməsi S.Nərimanovun iddiasının əsassız olduğunu müəyyən edərək həmin işə baxmadı. Bundan bir müddət sonra Vaqif adlı şəxs gəlib nümayişkaranə şəkildə bizə bildirdi ki, mübahisəli mənzili alıb, mənzili tezliklə boşaltmaliyiq. Ona bildirdik ki, biz bu mənzili əsl sahibindən almışıq, obyektiv səbəblər üzündən biz onu sənədləşdirə bilməmişik. Bir neçə gündən sonra eşitdik ki, Vaqif avtomobil qəzasında həlak olub. Bundan sonra bir müddət mərhum Vaqifin həyat yoldaşı Abışova Ağca Pənalı qızı öz oğlu və başqa qadınlarla bizim yaşadığımız evə gələrək mənzili boşaltmağımızı tələb etdi.

Hal-hazırda yaşadığımız evi aldığını "sübut edən sənədlər" təqdim edərək mənzili boşaltmağımızı tələb edən çoxaylı müştərilərdən dördüncüsü olan Quliyeva Kəmalə Əkbər qızının mənzili boşaltmağımıza dair iddiasına əsasən Laçın rayon Məhkəməsi 17.02.2004-cü il tarixdə 2-6/2004 saylı qərarlar çıxarmışdır. Qərarda yazılmışdır: "İddiaçı Quliyeva Kəmalə Əkbər qızının cavabdeh Məmmədov Sahib Muxtar oğluna və qeyrilərinə qarşı mənzildən köçürülmə tələbinə dair iş üzrə Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 65 №-li evin 43 saylı mübahisəli mənzilində məskunlaşmış cavabdeh məcburi köçkünlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası"nın tələblərinə uyğun olan başqa yaşayış sahəsinin təklif olunması imkanına baxılması barədə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısına müraciət olunsun. Həmin məsələyə baxılmasının nəticəsi barədə cavab alınanadək iş üzrə məhkəmə icraatı dayandırılsın". Bizim bu qərardan verdiyimiz apellyasiya şikayəti haqqında bizə vaxtında heç bir məlumat verilmədi.

2011-ci ildə məcburi köçkünlər üçün tikilmiş Ağcabədi şəhərindəki beşmərtəbələrdən ibarət və Ağcabədi rayon ərazisindəki Taxta-Körpü adli yerdəki 552 evlk qəsəbələrdə məcburi köçkünlər məskunlaşdırılan zaman biz iki ailə də qabaqcadan Ağcabədi və Laçın rayonlarının İcra Hakimiyyətlərinə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin isləri üzrə Dövlət Komitəsinə və onun hər iki rayondakı şöbələrinə həm şifahi, həm də yazılı şəkildə müraciət etdik ki, bizim 1992-ci ildən məskunlaşdığımız mənzildən köçürülməmiz haqqında Laçın rayon Məhkəməsinin 17.02.2004-cü il tarixli 2-6/2004 saylı qərarı var, xahiş edirik ki, bizi də bu qəsəbələrdən birində məskunlaşdırasınız. Müraciət etdiyimiz bütün ünvanlardan bizə bildirdilər ki, məcburi köçkünlər növbəli şəkildə məskunlaşdırılır. Bu dəfə çadır şəhərciklərində ağ evlərdə, sonra isə məktəblərdə, ictimai binalarda və evlərdə müvəqqəti məskunlaşan məcburi köçkülər məskunlaşdırılacaq.

Ağcabədi rayon Məhkəməsinin İş № 2(017)-120/2016 08 fevral 2016 nişanlı bildirişi ilə birlikdə bizə göndərilmiş Ağcabədi şəhəri, Nəsimi küçəsi, ev 67 ünvanında yaşayan məhkəmənin o vaxtkı ikinci iclasına qədər üzünü belə görmədiyimiz və tanımadığımız Şirinov Rafiq Lətif oğlu adlı şəxsin adına 22 dekabr 2015-ci il tarixdə eyni üslubda tərtib olunmuş ənənəvi şər-böhtan dolu iddia ərizəsində tələb olunurdu ki, mübahisəli mənzildən Məmmədov Sahib Muxtar oğlunun və ona məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilsin. Mən bu iddia ilə bağlı artıq Laçın rayon Məhkəməsinin Qərarı oldugu haqda məlumat verdim. Hakimin tələbi ilə Laçın rayon Məhkəməsinin 17.02.2004-cü il tarixdə 2-6/2004 saylı Qərarlarının notariusda təsdiq olunmuş surətlərini 01 aprel 2016-cı il tarixdə Ağcabədi rayon Məhkəməsinə təqdim etdik. O vaxt məsələyə nədənsə baxılmadı.

2017-ci ilin dekabrında isə Ağcəbədi rayon Məhkəməsinin İş № 2(017)-3466/2017 21 dekabr 2017-ci il nişanlı bildirişi ilə birlikdə yenə də bizə göndərilmiş Ağcabədi şəhəri, Nəsimi küçəsi, ev 67 ünvanında yaşayan məhkəmənin o vaxtkı ikinci iclasına qədər üzünü görmədiyimiz və tanımadığımız Şirinov Rafiq Lətif oğlu adlı birisinin adına 08 noyabr 2017-ci il tarixdə tərtib olunmuş ənənəvi şər-böhtan dolu iddia ərizəsində tələb olunur ki, xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Şirinov Rafiq Lətif oğluna məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 65 ünvanında yerləşən yaşayış evinin 2-ci mərtəbəsindəki 3 otaqlı, ümumi sahəsi 74,1 kv.m olan 43 nömrəli mənzilindən cavabdeh Məmmədov Sahib Muxtar oğlunun və ona məxsus əşyaların çıxarılması və son üç il üçün mənzildən istifadəyə görə mənzil bazarına uyğun kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilsin.

Mübahisəli mənzillə bağlı 26 illik təcrübəmizdən və məhkəmə iclaslarında hakimlərdən gördüyümüz mövqelərdən belə güman edirik ki, o, təsir altına düşmüş və işi ədalətli aparmaq istəmir. Ona görə də hakimin ədalətli qərar çıxaracağına şübhə edirik. Digər tərəfdən isə, belə fikirləşirik ki, rayon və şəhər icra nümayəndəliyi bu işdə ona təsir göstərir və hakim onların məsləhətlərinə qulaq asmağa meyllidir. Bütün bunlara görə işə Ağcabədi rayon Məhkəməsində baxılmasına etiraz edirik və həmin işin başqa rayon məhkəməsində qanun çərçivəsində ədalətlə baxılacağına daha böyük ümidlər bəsləyirik.

Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, əmlakımızın erməni qəsbkarlarının əlinə keçməyən hissəsini sataraq aldığımız evin Ağcabədi rayonundakı bəzi məmurların özbaşınalıqları ucbatından doğma vətənimizdə əlimizdən çıxarılmaması üçün bir nəfəri tələbə, 2 nəfəri təqaüdçü və bir nəfəri işsiz qadınlardan, bir nəfəri tələbə, bir nəfəri isə müəllim kişilərdən ibarət altı nəfərlik iki məcburi köçkün ailəsinə köməklik göstərəsiniz".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \\tezadlar.az\\
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...