"Dəfələrlə Ucar Qaz Xidməti şöbəsinə müraciət etməyinə baxmayaraq..." - GİLEY
Bolge
Oxunub: 671
10 fev 2018 | 10:48
"Dəfələrlə Ucar Qaz Xidməti şöbəsinə müraciət etməyinə baxmayaraq..." - GİLEY















Ucar şəhəri Həzi Aslanov küçəsi 37 saylı fərdi evdə yaşayan 80 yaşlı təqaüdçü anam - Musayeva Səkinə qaz sayğacının qapağının yan tərəfinin əzilməsinə görə 239 manat cərimələnib.

Bu barədə publika.az-a şikayət məktubu göndərən Eldəniz Musayev adlı şəxs deyib. O, iddia edir ki, Qaz idarəsinin əməkdaşları əvvəl sayğacda heç bir problem olmadığını deyib, sonra isə anasına cərimə kağızlarını imzaladıblar:

"Qaz təchizatında mütəmadi olaraq fasilələrin verilməsi ilə əlaqədar giley-güzar edir, eyni zamanda "Azəriqaz" tərəfindən quraşdırılmış, uzun müddət istismarda olan qaz sayğacının düzgün işləməyərək sərfiyyatın istifadə etdiyindən artıq hesabladığı barədə şikayətlənirdi. Dəfələrlə Ucar Qaz Xidməti şöbəsinə müraciət etməyinə baxmayaraq heç bir tədbir görülmədiyini bildirirdi. Təxminən 2016-cı ilin dekabr ayında "Azəriqaz"-ın qaynar xəttinə (185) zəng edərək həmin ünvanda qaz sayğacının məsrəfində müəyyən qüsurların olması şübhəsi yarandığı üçün mütəxəsislərin iştirakı ilə baxış keçirilməsini, eləcə də, işin icrasının nəzarətə götürülməsini xahiş etdim. Düzdür, təxminən iki saat keçməzdi ki, həmin ünvana baxış keçirmək üçün göndərilmiş aidiyyəti mütəxəssis, Vüqar Zamanov adlı bir şəxs mənə zəng edərək sayğacın artıq məsrəflə işləməsində şübhə doğuran bütün halları yoxlamaqla bərabər, xətlərdə kənar sızmaların da olmasına baxış keçirtdiklərini və nəticə etibarı ilə heç bir nöqsan aşkar edilmədiklərini bildirdi. Təbii ki, mən bu sahənin mütəxəssisi olmadığım üçün qaz sayğaclarının normalda neçə il istismar müddətinin olması barədə bilgiyə sahib deyiləm. Lakin hər hansı qurğunun uzun müddət istismar edildikdən sonra sıradan çıxma və yaxud iş əmsalının pozulmasının mümkünlüyü barədə məlumatım var.

Buna görə də sayğacın dəyişdirilərək yenisi ilə əvəz edilməsini xahiş etdim. 2017-ci ilin fevral ayında yeni sayğac quraşdırıldı. Həmin gündən başlayaraq Ucar Qaz Xidməti şöbəsinin işçiləri yazıq anamın gününü qara ediblər. Əraziyə baxan Rza adlı qaz xidməti nəzarətçisi müqavilə adı altında müxtəlif sənədlər gətirərək, qazın verilməsini dayandıracağı ilə qorxudaraq, həmin sənədlərə qol çəkməsini məcbur edib. Sən demə, bu sənədlərin biri qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktı, biri istehlakçının qaz təsərrüfatının inventar aktı, o birisi isə təbii qazdan istifadə qaydalarının pozulması aktı imiş. Nəhayət ki, vəziyyətindən sui-istifadə etməklə 80 yaşlı savadı olmayan, hər iki gözündən əməliyyat olunmuş, görmə qabiliyyətində problemlər olan qoca bir ananı həmin aktlara imza atdırıblar. 26 dekabr 2017-ci il tarixdə “Azəriqaz İB”nin MSK 28/1710-000195-2 “Kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfinin əzilməsi" nəticəsində sayğacın istismara yararsız olması ilə bağlı rəy tərtib edib. Bu rəyə əsasən nəyəsə görə dəymiş ziyan hesablamış və 0126547 saylı 26 dekabr 2017-ci il tarixli akta əsasən 239 manat 40 qəpik cərimə müəyyənləşdirilib və abonentə ödətdirilməsi üçün cari məsrəf qəbzinə birbaşa qalıq borc kimi əlavə olunub.

Sayğac açılarkən kənar müdaxilə və təsirlərin, eləcə də zədələnmə halının olub-olmamasını şəxsən mən Zamanov Vüqarın özündən soruşmuşdum. O isə belə halın aşkarlanmadığını bildirmişdi”.

E.Musayev onu da bildirib ki, sayğacın mənzildən kənarda quraşdırılması vətəndaşın onu mühafizəsini də çətinləşdirir:

“Komunal xidmət müəssisələri quraşdırdığı sayğacları, nəzarətçilər tərəfindən asanlıqla hesablanaraq məsrəf bildirişlərinin abonentlərə təqdim olunmasının asanlaşdırılması üçün sayğacların fərdi yaşayış evlərinin və istinad divarlarının çöl hissəsində quraşdırılması başa düşüləndir. Evinin içərisinə və həyat yanı ərazisinə güclə nəzarət edən abonent küçədəki sayğac qurğularına necə nəzarət edə bilər? Bu, hər gün 24 saatlıq daimi mühafizə tələb edir. Bu isə abonent tərəfindən mümkün deyil. Belə bir təlimatı tərtib edən qurumlar niyə öz vətəndaşlarının hüquqlarını, haqlarını, fiziki olaraq nəzarətin mümkünlüyünü düşünməyiblər? Belə halların pozulması zamanı hansı əsaslarla abonent məsuliyyət daşımalıdır? Həyatyanı ərazisindən və evindən çöldə baş verənlərə vətəndaş necə cavdeh ola bilər?”

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev açıqlamasında vətəndaşa rəsmi şəkildə müraciət etməyi məsləhət gördü:

“Qaydalara görə, sayğac dəyişdirilərkən köhnə sayğac götürülür və yoxlanması üçün aidiyyəti şöbəyə təqdim edilir, müvəqqəti olaraq yenisi ilə əvəzlənir. Yoxlama nəticəsində kənar müdaxilə nəticəsində sayğac sıradan çıxdığı müəyyən edilsə, həm sayğacın dəyəri, həm də sayğac qüsurlu olduğu dövrdə işlənmiş sayğacda sərfiyyatı göstərilməyən qazın dəyəri ölçülərək istehlakçıdan ödəniş tələb olunur. Bu məbləğ isə evdə təbii qazla işləyən cihazların səfiyyatına uyğun müəyyən edilir. Həmin vətəndaş “Azəriqaz” İstehsalat Birliyinə və ya Ağsu Regional Qaz İstismar İdarəsinə rəsmi məktubla müraciət edə bilər. Məsələ ətraflı araşdırılaraq ona cavab veriləcək. Müvafiq sənədlərə qol çəkdirilməsinə gəldikdə, sayğac üzərindən çıxarılanda aktlaşdırılır, istehlakçı və prosesdə iştirak edən əməkdaşlarımız tərəfindən imzalanır. Yeni quraşdırılan sayğac üçün də sənəd imzalayırlar”.

Sayğacın evdən kənarda qoyulmasının vətəndaşların onu mühafizəsinin çətinlik yaratmasına gəldikdə, İ.Kəlbalıyevin buna cavabı belə oldu:

“Fərdi yaşayış evlərinə J4 markalı məişət qaz sayğacı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən pulsuz quraşdırılır. Onun qorunması, saxlanması və sazlığına cavabdeh şəxs istelakçıdır”.
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH