Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov vəzifəsinin öhdəsindən lazımınca gəlmir
Bolge
Oxunub: 920
15 fev 2018 | 14:35
Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov vəzifəsinin öhdəsindən lazımınca gəlmir













Hazırda ölkə iqtisadiyyatının ən önəmli sahələrindən biri olan kənd təsərrüfatında mövcud problemlərdən biri də peşəkar, ixtisaslaşmış kadrların çatışmazlığıdır. Ümumiyyətlə, hər bir sahənin inkişafının əsas şərtlərindən biri bu sahəni bilən peşəkar şəxslərin olmasıdır. Yəqin razılaşarsınız ki, ixtisaslaşmış kadr olmadıqda yaranan problemlər kokündən həllini tapa bilmədiyindən uzanır və bu, müvafiq sahədə həm vaxt, həm vəsait itkisinə səbəb olur. Bu gün kənd təsərrüfatında da məhz bu hallar müşahidə olunmaqdadır. Belə ki, son illər kənd təsərrüfatı üzrə kadrların yetişdirilməsinə o qədər də əhəmiyyət verilmədiyini deyən məlumatlı şəxsin paylaşdığı informasiyada bildirilir ki, bu gün kənd təsərrüfatında kadr çatışmazlığı həqiqətən də çox ciddi məsələdir. Bunun məsuliyyətinin isə İbrahim Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetinin üzərinə düşdüyünü vurğulayan mənbənin sözlərinə görə, nədənsə son zamanlar adıçəkilən təhsil müəssisəsində kənd təsərrüfatı sahəsində savadlı kadrların yetişdirilməsinə yetərincə əhəmiyyət verilmir:(gundelik-baku)«Nəzərinizə çatdırım ki, son dövrlər ən aşağı bal toplayan abituriyentlər məhz Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunurlar. Və burda təhsil alan tələbələrin sonradan işlə təminatında da bir sıra problemlər yaranır. Təəssüflər olsun ki, Azərbaycandan bir tələbə belə, Avropa institutlarına kənd təsərrüfatı sahəsində təhsil almaq üçün göndərilməyib. Başqa ixtisaslara aid kifayət qədər azərbaycanlı tələbələr xaricdə təhsil alsalar da, aqrar sahədə bu hala təsadüf olunmur. Ümumiyyətlə, İbrahim Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı üçün yüksək səviyyəli peşəkarlar yetişdirilmir. Deyilənlərə görə, Dövlət Aqrar Universitetində yüksək ixtisaslı kadr hazırlığı üçün münbit şərait yoxdur. Halbuki bu gün ölkənin kənd təsərrüfatı sektorunda peşəkar, yüksək ixtisaslı kadrlara ehtiyac həmişə olduğundan daha çox özünü büruzə verməkdədir. Çünki etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu baxımdan dövlət səviyyəsində ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı proqramlar həyata keçirilir. Etiraf etmək lazımdır ki, dövlət tərəfindən kifayət qədər maliyyələşmə və güzəştlərin tətbiqinə baxmayaraq, əldə olunan nəticələr təlabat və gözləntilərə hələ də adekvat deyil. Və belə vəziyyətin yaranmasına səbəb olan amillər arasında, məhz peşəkar kadr çatışmazlığı heç də sonuncu yeri tutmur». Ölkəmizdə aqrar sahədə ixtisaslı kadrların yetişdirilməsindən danışarkən ilk növbədə bütün diqqətlərin məhz Azərbaycan Dövlət Aqrar Universitetinə yönəldiyini bildirən məlumatlı şəxs qeyd edir ki, adıçəkilən təhsil müəssisəsi və onun rektoru İbrahim Cəfərov üzərinə düşən bu vəzifənin öhdəsindən lazımınca gəlmir: «Deyilənlərə görə, bu gün istehlak bazarının kənd təsərrüfatı məhsulları ilə istənilən səviyyədə təmin olunmamasının bir səbəbi də savadlı kadr qıtlığı ilə bağlıdır. Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasını həyata keçirən təhsil ocaqları üzərlərinə düşən işin öhdəsindən lazımınca gələ bilmirlər. O cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin əsas vəzifəsi peşəkar kadrların yetişdirilməsi olsa da, bu təhsil müəssisəsinin rektoru İbrahim Cəfərov başqa məsələlərə, əsasən də müxtəlif yollarla gəlir əldə etməyə daha çox diqqət yetirir. Deyilənlərə görə, bir çox şirkət və iri təsərrüfat rəhbərləri İbrahim Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarının hazırlıq səviyyəsini heç də qənaətbəxş hesab etmirlər.
İddialara görə, hətta müəyyən elmi bazaya və şəxsi potensiala malik məzunların, yeni işə girdikləri müəssisədə təcrübə toplayaraq ixtisaslı kadra çevrilmələri üçün kifayət qədər zaman və maddi resurslar sərf olunur ki, bu da heç də həmişə özünü doğrultmur. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, İbrahim Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində kadr hazırlığı bərbad vəziyyətdədir».
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!