"Görsünlər ki, mənim simamda iş adamlarına burada necə divan tutulur" - Xızıda GİLEY
Bolge
Oxunub: 578
17 fev 2018 | 15:54
"Görsünlər ki, mənim simamda iş adamlarına burada necə divan tutulur" - Xızıda GİLEY















Bir neçə gün əvvəl, Azinforum.az saytı olaraq, Bakıdan o qədər də uzaq məsafədə yerləşməyən Xızı rayonundan reportaj təqdim etmişdik. “Apteki, “zapravkası” və bazarı olmayan rayon – İcra başçısı Aslanov isə bundan məmnun görünür…” başlığı ilə təqdim etdiyimiz həmin yazıda Xızı rayonunda yaşamaq üçün zəruri olan – bazarın, aptekin və yanacaqdoldurma məntəqəsinin olmadığını konkret faktlara əsaslanaraq qeyd etmişdik. Böyük rezonansa səbəb olan və ölkənin bir çox tanınmış KİV-ləri tərəfindən bizə istinadən tirajlanan həmin məqalədən sonra, məhz Xızı rayonundan çoxlu zənglər, məktublar almışıq. Redaksiyamıza müraciət edən sahibkar Ağayev Bəşir İsmayıl oğlu Xızı rayonunda yanacaqdoldurma məntəqəsinin olmadığını acınacaqlı hal kimi dəyərləndirdi və bunun başlıca səbəbkarı kimi icra başçısının adını çəkdi. Sabibkarın sözlərinə görə, rayonun girişində o, “Xızı dağları” adlı yanacaqdoldurma məntəqsi inşa edib, ancaq icra başçısı Xəzər Aslanov həmin obyektin ərsəyə gəlməsinə icazə verməyib:

” Xızı kənd təsərrüfat rayonu olmaqla yanaşı, həm də istirahət məkanları ilə zəngin olan bir ərazi vahididir. Burada yancağa böyük tələbat var. Çox təəssüflər olsun ki, rayon rəhbərliyinin mənimlə apardığı əsassız çəkişmə ucbatından rayon əhalisi və bura gələn qonaqlar yancağı şəxsi həyətlərdən baha qiymətə almağa məcburdur. İndi hansı zəmanədir ki, həyətlərdə benzin satılsın? Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti üçün mənim bütün müvafiq qanunu sənədlərim mövcuddur. Hələ SSRİ dağılmamışdan, rəsmi sənədlə mənə aid olan torpaq sahəsi məhz yanacaqdoldurma məntəqəsinin inşası üçün ayrılıb. 2005-ci ildə Xızı rayon İcra Hakimiyyətinin bununla bağlı xüsusi sərəncamı var. Nəhayət 2010-cu ildə sənayə və energetika naziri Natiq Əliyev yanacaqdoldurma məntəqəsinin fəaliyyəti üçün 5 (beş) illik lisenziya verib. Bütün sənədlərin sürətini sizə təqdim edirəm. İndi qoy icra başçısı izah etsin ki, bu cür sənədləri olan adama niyə “zapravka” açmağa imkan vermir? Niyə, Xızı kimi rayonun əhalisini həyətlərdən baha qiymətə benzin almağa məcbur etdirir? İcra hakimiyyətinin mənə qarşı olan qərəzi bununla bitmir. Altıağac zonasında mən “Pırılanta” adlanan icməli su qablaşdırırdım. Həmin müəssisənin işləməsi həm də bir neçə ailə üçün iş yerinin açılması anlamına gəlirdi. Müxtəlif tələblər və bəhanələrlə mənim o müəssisəmin də fəaliyyət göstərməsinə icazə vermədilər. Cənab Prezidentimiz çıxışlarında yerlərdəki icra başçılarına əhali ilə nəzakətli davranmağı, xüsusilə də iş adamlarına fəaliyyət üçün şərait yaratmalarına dair göstərişlər verir. Mən çox xahiş edirəm ki, Xızı rayonu ilə bağlı bir araşdırma aparılsın. Görsünlər ki, mənim simamda iş adamlarına burada necə divan tutulur”.

Azinforum.az olaraq səslənən ittihamlarla bağlı Xızı rayon İcra Hakimiyyətinin də mövqeyini dinləməyə hazırıq.
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı