Şəkidə 37 ailə nədən narazılıq edir? - Müraciət
Bolge
Oxunub: 534
19 mar 2018 | 13:41
Şəkidə 37 ailə nədən narazılıq edir? - Müraciət
















Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının I Vitse prezidenti xanım M.Əliyevaya,
Azərbaycan Respublikasının Kənd Təsəsrrüfatı naziri cənab H.Əsədova,
Azərbaycan Respublikasının Ekologiya naziri cənab H.Bağırova,
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova,
Azərbaycan Respublikasının Daxili işlər naziri cənab R.Usubova,
Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri cənab Ş. Mustafayevə,
Azərbaycan Respublikasının Ombudsman Aparatının rəhbərinə,
Azərbaycan Respublikasının Ədliyyə Nazirli Bələdiyyələrlə İş Mərkəzinə,
Azərbaycan Respublikasının Su və Meliorasiya ASC-nin sədri Ə.Əhmədzadəyə,
Şəki rayon icra hakimiyyətinin başçısı cənab E.Usubova, Şəki Rayon Prokuroruna
Şəki rayonun Baş Göynük kənd sakinlərindən bir qrupu tərəfindən
İstifadə etdiyimiz 5 ha örüş sahəsinin bir dəstə təxribatçı tərəfindən qanunsuz zəbt olunmasından

Ş İ K A Y Ə T

Biz uzun müddətdir ki, yaşadığımız Baş Göynük kəndinə məxsus və bizə pay verilmiş torpaq sahələrində işləyib ailəmizi dolandırmaqla məşğuluq. Təsərrüfatımız Şəki-Qax dəmiryolu xəttinin altından Əyriçay dəryaçasına qədər uzanan bir sahədə yerləşir. Əvvəllər, kolxoz dövründə tütünçülüklə məşğul olardıq. Hazırda şəxsi təssərrüfatla-maldarlıqla, dirrik-tərəvəz yetişdirməklə məşğuluq.

Yaşadığımız Baş Göynük kəndinin təsəsrrüfat sahəsi olan “Ocaq Palıdlar” adlı ərazidə bizə hələ “Qafqaz” kolxozu dövründə verilmiş əkinəyararlı pay torpaq sahələrində uzun illərdir ki, çalışır, ailəmizi dolandırırıq. Yaşadığımız bu ərazidə təxminən 90-a yaxın ailə maldarçılıq, əkinçilik və bağçılıqla məşğul olur. Hər bir ailənin ən azı bir sağılan mal-qarası vardır ki, bununla ailənin minimum dolanacağını təmin edə bilirik. Yaşadığımız ərazinin yaxınlığında yerləşən 5 ha yerli Bələdiyyəyə məxsus örüş ərazisində illər uzunu mal-qaramızı otarmaqla məşğul olmuşuq.

Bir neçə gün əvvəl gecələr kənd sakinlərinin duyuq düşməməsi üçün bizim istifadə etdiyimiz 5 ha örüş sahəmizi mənşəyi bizlərə məlum olmayan dəstə 800 metr uzunluğunda və 85 metr eni olmaqla, dərinliyi 1 m, eni 2 m-dən ağır texnikanın köməyilə qazıb zəbt ediblər. Bircə o məlumdur ki, bu ərazini özbaşına zəbt edərək dörd tərəfini kanal qazdırıb özbaşına mənimsəyən şəxsin kim olduğunu hələ dəqiqləşdirə bilməsək də, texnika işini gördürən dəstə üzvündən biri həmkəndlimiz olan Xəlil adlı birisidir. Bu adamın göstərişilə həmin ərazidən keçərək, yəni Əyriçay dəryaçasından Şəki-Qax dəmiryolu xəttinin alt hissəsində, 5 m-də yerləşən böyük su anbarına gələn və diametri 1500mm olan dəmir boruların keçdiyi ərazini də zəbt etmişlər. Və traktorun işləməsi zamanı bu strateji borular zədələnmişdir. Hansı ki, bu s u anbarı və irili xirdalı su boru xəttləri Su və Meliorasiya ASC-nin birbaşa balansına daxildir. Traktor ərazini qanunsuz zəbt etdiyi zaman bu iridiametrli boru xəttlərinin də üst torpaq qatını açıblar.Bu borular 4 sıra üzrə Əyriçay dəryaçasından birbaşa su anbarına daxil olur ki, burada toplanmış su ilə Qax rayon sərhəddinə qədər əkinəyaralı ərazilər suvarılır. Lakin görünən budur ki, təxribatçı dəstə həm kənd təsərrüfatına ciddi ziyan vurmaqla, həm də biz 90 ailəni mal-qara örüşündən məhrum etməklə dolanacaq vəziyyətimizi bilə bilə ağırlaşdırır, bizi prezident seçkisi ərəfəsində qəsdən dövlətdən narazı salmaq istəyirlər. Güman edirik ki, təxribatçı dəstə bizim örüş sahəmizi zəbt etməklə özlərinə biznes qurmaq istəyirlər. Bu özbaşına hadisədən hiddətlənən biz sakinlər hamımız yığışaraq əvvəlcə Baş Göynük kənd Bələdiyyəsinin sədri Vüqar müəllimin yanına gedib məsələni ona anlatdıq və narazılığımızı bildirdik ki, yaz gələndə biz heyvanlarımızı harda otaracağıq? O bildirdi ki, şəxsən mənim bu ərazini heç kimə rəsmən nə icarəyə vermiş, nə də satmışam. Mənim də bu işdən xəbərim yoxdur. Bələdiyyə sədri biz camaatın yuxarı orqanlara şikayət etmək istədiyimizi bildikdə etiraz etmədi. Xeyir –dua verdi ki, lap yaxşı, gedin necə məsləhətdirsə şikayət edin, məsələ öz həllini tapsın. Biz, ağsaqqal və qarasaqqallar da birlikdə yığışıb bu qərara gəldik ki, dövlətimizin başçısına, humanist şəxsiyyət olan çoxhörmətli Mehriban xanıma və digər aidiyyatı orqanlara rəsmi müraciət edərək tezliklə üzləşdiyimiz problemin həllinə köməklik göstərsinlər.

Odur ki, çoxhörmətli cənab Prezident İlham Əliyevdən bir daha xahiş edirik ki, mal-qara saxlamağımız üçün son ümid yerimiz olan 5 ha örüş sahəmizin təxribatçı dəstənin əlindən dərhal alınaraq qazdıqları 1800 metr kanalların doldurulmasilə, öz əvvəlki vəziyyətinə qaytarılması barədə aidiyyatı orqanlara göstəriş versin.

İMZALAR: Məmmədov Arif Həmid oğlu və digər 37 ailə təsəsrrüfat rəhbərləri. 22.02.2018.

Olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Şəkidə 37 ailə nədən narazılıq edir? - MüraciətŞəkidə 37 ailə nədən narazılıq edir? - MüraciətŞəkidə 37 ailə nədən narazılıq edir? - MüraciətŞəkidə 37 ailə nədən narazılıq edir? - Müraciət
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi
Dünən, 09:00
Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”
13-04-2024, 11:44
Narkotiklə tutulan şəxs axund imiş - Foto
13-04-2024, 11:39
İrana casusluqda ittiham edilən şəxslər saxlanıldı
13-04-2024, 11:34
Antalyada kanat qəzası - Ölən və yaralananlar var
13-04-2024, 11:22
Kür çayında batan ata və 6 yaşlı qızının FOTOSU
13-04-2024, 11:17
Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub
13-04-2024, 11:13
Çingiz Abdullayevin son vəziyyəti açıqlandı