İcra başçısının qardaşı oğlundan ağstafalılara ağır təhqir
Bolge
Oxunub: 1 778
4 fev 2015 | 11:01
İcra başçısının qardaşı oğlundan ağstafalılara ağır təhqir

Faiq Quliyev: «Belə pozğunxanada qalıb özümü zəhərləmərəm»

Azerinfo.az bildirir ki, bir neçə gün əvvəl Ağstafa rayonundan bir qrup ziyalı və gənc JAM.AZ-a müraciət edərək icra başçısı Məhərrəm Quliyevin və yaxınlarının hərəkətlərindən şikayətçi düşmüşdülər. Onlar bildirirdilər ki, M.Quliyev xeyli müddətdir yerli İcra Hakimiyyətindəki mühüm postlara özünün qohumlarını gətirməyə çalışır.

Onların iddiasına görə, Lənkənardan rayona çağırılmış və İcra Hakimiyyətində yer verilmiş həmin şəxslər isə heç nəyin fərqinə varmadan, bildikləri kimi davranır. Eyni zamanda, şikayət üçün onlara üz tutan ağstafalıları təhqir etməkdən belə çəkinmirlər. «Məhərrəm Quliyevin qohumlarının bu hərəkəti rayonda böyük qəzəblə qarşılanıb. Təhqir məsələsi ilə bağlı xəbər isə qısa müddətdə rayona yayılıb. İş o həddədir ki, insanlar İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq, icra başçısının rayondan çıxıb getməsini tələb etməyə hazırlaşırlar».

Məlumatda o da qeyd olunur ki, Məhərrəm Quliyev məsələdən xəbər tutduqdan sonra qohumlarını tənbeh etmək əvəzinə, özünün mühafizəsini gücləndirməyə başlayıb. Hətta ona bu işdə rayondakı bütün tenderləri «udan» həmkəndlisi Məlik yardımçı olur. «İcra başçısı ilə ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlar ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov arasındakı mübahisəli vəziyyət yaranıb və tərəflər arasındakı münasibətlərdəki gərginlik pik həddinə çatıb. Daha doğrusu, Məhərrəm Quliyevin qohumlarının ağstafalıları təhqir etməsindən sonra Qurbanov icra başçısını ittiham edib. İş artıq nəzarətdən çıxmağa başlayıb. Hələlik Şaiq Qurbanov camaatla danışığa gedərək, onları sakitləşdirmək istəyir. «Bizi təhqir edənlərə irad bildirəndə deyirlər ki, başçının qohumlarıdırlar və arxalarında da Məhərrəm durur. Siz kimsiniz? Özlərindən 30 yaş böyük işçiləri təhqir edir, əmrlə danişirlar. Biz ağstafali gənclər bu vəziyyətdən bezmişik. Nə qədər kölə kimi yaşamaq olar? Hansısa biri icra başçısının qohumu olduğuna görə, təhqir edə və bu cəzasız qala?»

Bu gün isə JAM.AZ-ın e-mail ünvanına özünü Ağstafa rayon İcra Hakimiyyəti başçısının qeyri-rəsmi köməkçisi kimi təqdim edən Faiq Quliyev məktub göndərib. O məktubunun Ağstafadan olan ziyalə və gənclərə cavab kimi təqdim etməyi xahiş edib. Lakin Quliyevin yazdıqları sözün həqiqi mənasında bütünlüklə rayon camaatının təhqir olunması deməkdir.

Məktubu olduğu kimi təqdim edirik: «Salam JAM.AZ. Mən Quliyev Faiq Ağstafa rayon İcra hakimiyyəti başçısının qeyri-rəsmi köməkçisiyəm. Bir neçə müddətdir sizin Ağstafa və birbaşa olaraq bizim haqqımızda yazdığınız xəbərləri bəzən səbrlə, bəzən səbrsiz olaraq izləyirik. Bu məktubu yazıb bildirmək istəytirəm ki, (sizə və sizlərin vasitəsilə bütün o xəbərləri oxuyanlara) bizə, yəni mənə və qardaşıma bu Ağstfada heç bir vəzifə verilmiyib. Bizim bir vəzifəmiz var ki, öz başçımızı qoruyaq və onun tapşırıqların icra edək. O, bizim həm başçımız, həm böyüyümüz, həm də əmimizdir. Siz yazırsınız ki, "BİR QRUP AĞSTAFALİ ZİYALI", amma mən onları ZİYALİ yox, "bir qrup ƏYYAŞ" adlandırıram. Onlar araqdan içib ağıllarına nə gəlir yazırlar. Yazırsınız ki, "bir qrup GƏNC", mən isə onları "bir qrup NARKOMAN" adlandırıram. Özünüz bir gün gəlib, Ağstafada qalsanız görərsiniz ki, burdakıların 90%-i 6-dan sonra ya araqdan içib «alkaşlıq» edir, ya da narkomanlıq. Onlarin nə özlərindən, nə də ailələrindən xəbərləri belə yoxdu. Ona görə Ağstafada ziyalı sözün yazmaq deyərdim ki, günah olardı. Siz hansi ziyalıdan və ya gəncdən bəhs edirsiniz ki? Heç mənə 100 ildə qalsa Ağstafa kimi yerdə iş lazım deyil. Bu «alkaşxana»da mən işi neyniyirəm? Mən özüm dindar bölgədə böyümüşəm, Allaha inanan adamam. Belə pozğunxanada qalıb özümü zəhərləmərəm. Şaiq Qurbanov öz yerindən narahatdı. Elə bilir ki, biz gəlib onun yerinə göz dikərik. Şaiq özü «alkaşlıq»la məşğuldu, araqdan içir ağlına gələni də edir, danışır. O, getsin ailəsinin dərdinə qalsın, bizdən narahat olmasın.
Xahiş edirəm mənim mətnimi də digərlərinə cavab olaraq işıqlandırasınız».
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO