Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLAR
Bolge
Oxunub: 822
5 apr 2018 | 17:22
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLAR
















Xaçmaz potensialından istifadə edilməyən rayonlardan biridir. Xəzərin sahilində, zəngin flora və faunası olan Xaçmaza hər dəfə gedəndə yaşıllığın azaldığı gözdən qaçmır. Digər rayonlarda olduğu kimi, burada da ağacları kəsib, yerində daşdan nələrsə tikirlər. Tikdikləri də bir işə yarasa…

Yaşıllıqlar qalsın bir yana, Xaçmazda tarixi abidələrə qarşı da soyqırım həyata keçirilir.

Yenicag.az-ın reportyor qrupunun Xaçmazdan hazırladığı reportajı sizə təqdim edirik.

Rayonda tunc dövrünə aid abidələrin tapılması Xaçmazın qədim yaşayış məskəni olduğunu söyləməyə əsas verir. Burada qədim dövrlərlə yanaşı, ötən əsrə aid olan abidələr də çoxluq təşkil edir. Həmin abidələrə qarşı münasibəti də aşağıda oxuyacaqsınız.

Baptistlərin dəmiryol vağzalıXaçmazda dəmiryol xəttinin mövcudluğuna baxmayaraq, burada uzun illər vağzal olmayıb. XIX əsrin 60-cı illərində Almaniyada cəmiyyət tərəfindən sıxışdırılan baptistlər çar Rusiyasına pənah gətirirlər. Rusiya isə onları Azərbaycana göndərir. Onlardan bəziləri Şəmkir və Tovuzda məskunlaşır. 100-ə yaxın ailə isə Xaçmazda yerləşdirilir. Həmin o baptist almanlar dəmiryol vağzalını tikiblər. Vağzalın rəsmi açılışı 1905-ci ildə olub. Hacı Zeynalabdin Tağıyevin şərəfinə adlandırılan “Hacıbağı” vağzalının bir tərəfində onun atları, faytonu, digər tərəfində isə özünün dincəlməsi üçün xüsusi yer ayrılıb. Tağıyev üçün ayrılan ev sovet dövründə dağıdılıb.

Vağzalın ön tərəfində almanlar tərəfindən tikilən dəmiryolçuların mədəniyyət evi olub. Bəli, olub. Amma artıq yoxdur. 2009-cu ildə həmin klub dağıdılıb. Dəmiryolçuların mədəniyyət evinin qarşısında isə park olub. Parkda 1000 illik xan çinarlar var. Nə yaxşı ki, o çinarlara toxunmayıblar. Parkda yaşlılar, cavanlar, uşaqlar vaxtlarını səmərəli keçirərmiş.

Artıq park deyə bir ərazi yoxdur, ətrafı hasarlanıb, xan çinarlar da hasarın içərisindədir. O ki qaldı sökülən Mədəniyyət evinə… Əvvəlcə onun yerində yeni binanın tikiləcəyinə söz verilsə də… sonradan ərazidə böyük bir restoranın inşa olunduğu üzə çıxıb.

Demək, Xaçmaz rəhbərliyinin məntiqinə əsasən belə çıxır ki, dəmiryolçu fəhlədir, fəhləyə isə mədəniyyət lazım deyil. Onun üçün vacib olan lom və beldir…

İntiqam adlı keçmiş dəmiryolçu ilə söhbət edirik. Deyir ki, vaxtilə onların Mədəniyyət evinə ABŞ-dan, Fransadan, Almaniyadan qonaqlar gəlib. Və o qonaqların “vizitka”ları hələ də onda qalır:

“Buranın şəkillərini çəkirdilər. Dedilər, belə tarixi binaları kimlər, necə tikib, onları axtarırlar. Son zamanlar bir dəfə də gəlmişdilər, gördülər ki, dəmiryolçuların Mədəniyyət evi sökülüb, elə o gedən oldular”.

Əldə etdiyimiz məlumata görə, dəmiryolçuların mədəniyyət evini söküb, yerində restoran və ticarət mərkəzi tikən Dəmir Yollarının və Texniki Qurğuların Təmir-Tikinti Departamentinin sədri Çingiz Məmmədovdur. Hətta tikintinin trafaretində Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanın adı qeyd olunub.

Rayon sakinləri bildirir ki, uzun müddətdir ki, FHN tikintini yarımçıq saxlayıb. Səbəb binanın əyri inşa edilməsidir.

Dəmiryol vağzalından bir qədər qarşıda su nasos stansiyası və almanlar tərəfindən tikilən çörək zavodu var. Stansiya Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilib. Hələ də işlək vəziyyətdədir. Ancaq binanın görünüşünə baxdıqda təəssüf hissi keçirirsən: stansiyanın pencərələri qırılıb-tökülüb, ətrafı ot basıb.

Dinamitin partlatmadığı çörək zavodu

Baptist almanların Xaçmaza daha bir hədiyyəsi də çörək zavodudur. Zavodun tikintisində sementdən istifadə edilməyib. Uzun illər zavod kimi istifadə edilən müəssisə fəaliyyətini 90-cı illərin sonunda dayandırıb. Binanın divarlarında 5 sm diametrində dəliklər var. Əldə etdiyimiz məlumata görə, bu dəliklər dinamit qoymaq üçün açılıb. Ancaq binanı dinamitlə də partlatmaq mümkün olmayıb. Bina əzəmətini qorusa da, baxımsızlıqdan zir-zibil içərisindədir.

Xristian dünyasının 30 ən qədim kilsəsindən biri

Qafqaz Albaniyasında xristian dini yayılmağa başlayanda 30 il hakimiyyətsizlikdən sonra 498-ci ildə III Vaçaqan hakimiyyətə gəlir və Aquen kilsə məclisini çağırtdırır. Bundan sonra ölkə ərazisində kilsələrin tikintisinə başlayırlar. Həmin vaxt tikilən ilk kilsə köhnə Xaçmazda yerləşən Alban kilsəsi olub. Kilsənin 1500 illik yaşı var. Xristian dünyasının 30 ən qədim kilsələrindən biri sayılır. Çar Rusiyası dövründə Alban katalikosluğu ləğv edilir və onu ermənilərə verirlər. Gülüstan-Türkmənçay müqavilələrindən sonra Xaçmazda məskunlaşan ermənilər həmin kilsələrdə yerləşərək, onu özününküləşdirirlər. Həmişəki kimi xalqımız bu binaları “erməni kilsəsi” kimi adlandırmağa başlayır.

İndi düşünəcəksiz ki, yaxşı ki, bu cür qədimi, tarixi abidə qorunur, təmir edilib, muzey kimi saxlanılır. Siz elə düşünün, əslində isə…

Kilsə dəmir darvazalı, daşdan hörülmüş bir həyətin içərisindədir. Məntiqlə bu kilsənin həyətyanı sahəsi olmalı idi, ancaq tarixi abidə bir nəfərin həyətindədir. Kilsəyə girmək üçün ev sahibindən icazə almaq lazımdır. Həyətə giririk: kilsənin fasadı uçub, tikilinin tamamən məhv olması isə an məsələsidir. Kilsənin içərisində ev sahibinin istifadə etmədiyi məişət əşyaları saxlanılır. Ev sahibi gülçülüklə məşğul olduğu üçün kilsənin içərisində əklillərə də rast gəlirik.

1500 illik tarixi bir abidənin kiminsə həyətinə “keçməsi” çox maraqlıdır. Görəsən, ümumiyyətlə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin belə bir tarixi abidənin varlığından xəbəri varmı?

Xəzərin sahilində yerləşən Xaçmazın potensialından yalnız Nabranda istifadə edilir. Ancaq tarixi abidələrdən və rayonun coğrafi mövqeyindən istifadə edərək, Xaçmazı turist axınına qərq etmək olar.

Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLARXaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLARXaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLARXaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLARXaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLARXaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLARXaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLARXaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLARXaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLARXaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLAR
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...