Taleh – Rasilə cütlüyü rayonda dözülməz vəziyyət yaradıb
Bolge
Oxunub: 1 527
6 apr 2018 | 11:52
Taleh – Rasilə cütlüyü rayonda dözülməz vəziyyət yaradıb














Gözəl təbiəti və qonaqpərvər insanları ilə seçilən Ləhkəran rayonu ağır günlərini yaşamaqdadır. 2012 – ci ildə rayona icra başçısı təyin olunan Taleh Qaraşovun yarıtmaz fəaliyyəti lənkəranlıların narazılığına səbəb olub. Lakin cəzasız mühitdə istək və tələblərini həyata keçirən icra başçısından olunan şikayətlər nəticə verməməkdədir.
Realliqinfo.org – un apardığı araşdırmalar və rayon sakinlərinin müraciətlərindən bəlli olur ki, Lənkəran icra başçısı və qohumları ölkə qanunlarına məhəl qoymadan fəaliyyət göstərirlər. Taleh Qaraşovun icra başçısı təyin olunmasında əməyi olan FHN rəhbəri Kəmaləddin Heydərovun da indi ona sözü keçmədiyini söyləyənlər az deyil. Bu deyimlərin həqiqət olub olmadığını söyləməkdə çətinlik çəksəkdə, bir fakt hamıya bəllidir – K.Heydərovun icra başçısı olan kadrları insanlara xüsusi divan tutmaqda öndə gedirlər. Taleh Qaraşovun da onlardan seçilmədiyinin şahidiyik.

Taleh – Rasilə cütlüyü rayonda dözülməz vəziyyət yaradıb















Lənkəranlıların rast olduğu problemləri sadalamaq və onları bir yazıya yerləşdirmək imkanına malik deyilik. İcra başçısı işlədiyi illərdə rayonda problemlərin həllinə deyil, yenilərinin yaranmasına çalışan Qaraşovun kadr siyasəti də bərbad gündədir. Ən maraqlısı isə icra başçısı bütün səlahiyyətlərinin icrasını müavini və gizli əlaqələri ilə diqqətə düşən Rasilə Arif qızı Əliyevaya verməsidir.

Icra başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunandan sonra rayonda uşaq bağçalarının qəniminə çevrilən Rasilə Əliyeva, ildə onlarla şəxsi işdən çıxararaq və yerlərinə yeni, təcrübəsiz və təhsili olmayanları işlə təmin edib. Lənkəranda xüsusi ad çıxaran bu xanımın fəaliyyəti ən çox maraqlarının təminatı halında işə qəbulu təşkil etməkdir.

Realliqinfo.org – un araşdırmalarından məlum olur ki, Rasilə Əliyevanın təklifi və tələbi ilə son bir ildə icra hakimiyyəti aparatının 10- a yaxın işçisi vəzifəsindən azad edilib. İcra başçısının ən çox istədiyi müavininin tələbləri dərhal icra olunur. Lakin işdən çıxarılan təcrübəli və savadlı kadrların yerinə təcrübəsiz, savadsız, lakin maddi imkanı yuxarı olan şəxslər işlə təmin edilib. Realliqinfo.org – un aşkara çıxardığı faktlara diqqət edək:

Taleh – Rasilə cütlüyü rayonda dözülməz vəziyyət yaradıb






















– Əsədzadə Əli hüquqi təhsili olmadan İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə məşğul olan şobəsinə müdir vəzifəsinə gətirilib. Qəyyumluq qaydaları və qanunun tələblərini bilməyən şəxsin Rasilə Əliyeva ilə yaxın olması ona bu vəzifənin verilməsinə imkan yaradıb. Boşanmalar zamanı yaranmış mübahisələri daha da qızışdıran bu məmurun fəaliyyətindən narazı olanlar çoxdur.

– Nuranə Fərzullayeva kimya müəlliməsi olsa da İcra aparatının ümumi şöbəsində əsas səlahiyyət sahibidir. Bu səlahiyyəti ona “padruqası” Rasilə Əliyeva verib.

– Rayonda yerləşən bütün uşaq bağçalarına müdirləri özü təyin edən müavinin tələbləri də ağırdır. Bu tələblərə iş qaydaları və qanunla idarəetmə daxil deyil. Rasilə Əliyevanın şəxsi istəkləri hər şeydən öndə gəlir və bu özəl qaydalara əməl edənlər qanunları pozsalar belə toxunulmazlıq statusu alırlar.

– Telefonla aralarında yaranmış mübahisəyə görə aparatın iqtisadiyyat şöbəsinin işçisi Elçin Məlikovu işdən qovub. Ona aid olmayan şöbənin işçisini hədələməkdən belə çəkinməyən Rasilə Əliyeva icra hakimiyyətini şəxsi mülkinə çevirib. Təcrübəli və savadlı E.Məlikovun müavinin özəl qaydalarına tabe olmaqdan imtina etməsi onu işsiz qoyub.

– Hüquq şöbəsinin işçisi Cavidan Hüseynovu hədələyərək onu işdən çıxmağa dair ərizə yazdırmağa məcbur edib. Haqsızlıqla barışmayan C.Hüseynov icra başçısının sevimli müavinin tələbini icra edib.

– Daha bir yaxını Quluzadə Günəşi işlə təmin edib. Baxmayaraq ki, Quluzadə, Beynəlqxalq Universitetin saxta diplomu var və bu diplomun hüquqi statusu yoxdur.

Bu kimi faktları sadalamaqla bitmir. Seçkiqabağı ciddi narazılıqların və Lənkəranda bir sıra problemlerin səbəbkarı olan Rasilə Əliyevanın qanunsuz əməlləri Taleh Qaraşov tərəfindən dəstəklənir. Müavinin bütün istəklərinə “hə” cavabı verən icra başçısının “sirli” münasibətinin arxasında görəsən nə dayanır? Lənkəranda dil əzbərinə çevrilən Taleh – Rasilə cütlüyünün səmimi münasibətləri insanlarda birmənalı qarşılanmır. Müavinin ildə xərclədiyi pullar, xarici ölkələrdə istirahət, dəbdəbəli evlər və avtomobillər çox suallrın yaranmasının səbəbidir. Biz, Realliqinfo.org olaraq bu münasibətin əsl mahiyyətini açıqlamağa çalışacağıq. Ümid edirik ki, lənkəranlıların şikayətləri və haqlı narazılıqları aidiyyatı qurumları hərəkətə gətirəcək və icra başçısı Taleh Qaraşovun qanunsuz fəaliyytətinə son veriləcək.
Mövzuya qayıdacağıq.
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO