Ucarda Polis İdarəsi qarşısında aksiya
Bolge
Oxunub: 1 647
5 fev 2015 | 10:47
Ucarda Polis İdarəsi qarşısında aksiya

Ucarda Polis İdarəsinin qarşısında aksiya keçirib.

Azerinfo.az Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov Facebook-da məlumat yayıb.

Taleh Xasməmmədovun bildirdiyinə görə, aksiyaya səbəb Ucar rayon Polis İdarəsinin rəisi Tahir Quliyevin qohumu, Narkotik Ticarətinə qarşı Mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun ucarlıları təhqir etməsi olub

"Aksiyadan sonra Eldəniz Quliyev vəzifəsindən azad edilib, 15 nəfər aksiya iştirakçısı həbs edilib".

***

Yerli mənbədən əldə etdiyi məlumata görə, polis baş leytenantı Eldəniz İsmayılov Narkotiklərlə mübarizə bölməsinin rəisi deyil, inspektorudur və bu vəzifəyə yeni təyin edilib. Buna qədər isə o, Ucar rayon Pirkənd kəndində sahə inspektoru işləyib və polis rəisi ilə heç bir qohumluğu yoxdur.

Bildirilir ki, Eldəniz İsmayılov əslən Ucar rayonundan olan həmkarı ilə münasibətində guya kobudluğa yol verib və ucarlıların ünvanına aşağılayıcı ifadə işlədib. Mənbənin məlumatına görə, əslində belə hal olmasa da, rayon camaatından 10-dək şəxs bu söz-söhbətə aydınlıq gətirməsi üçün polis rəisi Tahir Quliyevin qəbuluna gedib.

Tahir Quliyev isə sakinlərlə görüşdə hər iki polis işçisini çağıraraq, onları tənbeh edib və hər ikisinin işdən müvəqqəti olaraq uzaqlaşdırıldığı barədə qərarını elan edib. Polis rəisinin hansısa cəza seçəcəyi, yaxud onların işdən qovulması haqqında DİN-ə raport yazacağı barədə isə heç bir məlumat yoxdur. Həbslər isə tamamilə təkzib edilir. Mənbəmizin verdiyi səhih bilgiyə görə, heç bir aksiya keçirilməyib və həbslər də olmayıb, sadəcə, xəbərdən narahat olan 10-dək ağsaqqal rəislə görüşüb.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...