İsmayıllı meşələri qırıılır-NAZİRDƏN REAKSİYA YOXDUR
Bolge
Oxunub: 967
9 apr 2018 | 12:38
İsmayıllı meşələri qırıılır-NAZİRDƏN REAKSİYA YOXDUR














İsmayıllı rayonunda meşələr mütəmadi olaraq qırılır, satılır, məhv edilir. Redaksiyamıza daxil olan yeni məlumatlara görə, İsmayıllı rayonunun meşə massivlərində ağacların kütləvi şəkildə qırılması prosesi daha da sürətləndirilib.

Yerli əhali isə son illər nadir və qiymətli ağac növlərinin sürətlə məhv edilməsində İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribovu günahkar bilirlər. Gələn şikayətlərə görə, İsmayıllıda son illər meşələr vandalcasına məhv edilir. Rayon camaatı bununla bağlı müvafiq instansiyalara, eləcə də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova çoxsaylı müraciətlər ediblər, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir.

Məlumata görə İlqar Qəribov rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinə müdir vəzifəsinə keçəndən sonra bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə İsmayıllı meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. İsmayıllı meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin iştirakı ilə bu ağaclardan mebel sənayesində istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonlarda fəaliyyət göstərən sexlərdən ibarətdir.

İsmayıllı meşələrinə divan tutanlar barədə yazılar dərc etsək də bütün bu özbaşınalıqlara rəğmən bu günə kimi ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hər hansı bir reaksiya verməyib. Bu isə belə deməyə əsas yaradır ki, İsmayıllı meşələrinin məhvində elə nazirliyin özü də maraqlı tərəfdir. Xatırladırıq ki, İlqar Qəribovun uzun müddət həmin idarədə rəhbər vəzifədə qalması və meşələri talan etməsi bilavasitə nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılovla bağlıdır.
Çünki, nazirliyin xəbəri olmasaydı və Şakir İsmayılov İlqar Qəribova qəyyumluq etməsəydi İsmayıllı rayonunda uzun illər yaşıllığın məhvinə kimsə şərait yarada bilməzdi. Hazırda İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri tərəfindən çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər qiymətli ağaclar kəsilərək İsmayıllı, Göyçay, Ağdaş, Ağsu, Kürdəmir rayonlarında mövcud olan mebel, parket və yeşik sexlərinə aparılır. Hətta qoruq ərazilərində də qiymətli ağaclar qırılaraq satılmaqdadır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsi də məlumatlıdır.
Əldə etdiyimiz məlumata görə İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribov hər il meşə zolaqlarının salınması istiqamətində guya ki, görülmüş işlər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verdiyi hesabatlar yalnız görüntü xarakteri daşıyır. İsmayıllı meşələrinin bəzəyi hesab olunan bəzi qiymətli ağac növləri bu gün ağac emalı müəssisələri üçün əsl xammal bazasına çevrilib. Meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil də səfalı məkanlarda, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır. Məlum olduğu kimi turizm bölgəsində yerləşən ərazilərdə meşəlikdən təmizlənmiş torpaq sahələri kifayət qədər baha qiymətə satılır.

Maraqlıdır, görəsən bu gün İsmayıllı meşələrinə sadəcə xammal bazası kimi münasibət göstərən İlqar Qəribovun havadarları meşələrin son acınacaqlı durumundan xəbərdardılarmı? Ümid edirik ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, eləcə də Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılov bu yazının dərcindən sonra İsmayıllı meşələrində baş verən qanunsuz əməllərin təfərrüatlarını araşdıracaq və qarşıya qoyulan suallara müəyyən aydınlıq gətirəcəklər. Vaxt gələcək ki, nazir Hüseynqulu Bağırov və departament rəhbəri Şakir İsmayılov İsmayıllıda meşələrin məhv edilməsinə səbəbkar olan İlqar Qəribovun qanunsuz əməllərinə görə hesabat verəcək
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi