Beyləqanda ilginc cinayət: Başçı və rəis…
Bolge
Oxunub: 740
16 apr 2018 | 13:30
Beyləqanda ilginc cinayət: Başçı və rəis…














?İcra başçısı rəislə gəlib burnumu sındırdı, məni şillə-təpiyin altına saldı, sonra da…’

?Dünən gecə birin yarısında icra başçısı Vaqif Abdullayev və rəis Fizuli Şıxəliyev iş yerimə gəldi. İçəri girən kimi dəmir dirəkləri soruşdu. Dedim ki, şirkət aparıb və işçiniz Novruz müəllimə məlumat vermişəm. Başladı mənim var-yoxumu, valideynlərimi, ölümü söyməyə. Söyə-söyə burnuma zərbə vurdu. Məni şillə-təpiyin altına saldı. Rəisə dedi ki, bunu atın içəri yükləyin, tapançadan, narkotikdən qoyun cibinə getsin’- bu sözləri Criminal.az saytına ötən gecə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tərəfindən döyüldüyünü deyən Rahil Əliyev bildirib.
R.Əliyev deyir ki, 2014-cü ildən Beyləqan şəhərindəki stadionda fəhlə işləyir. Oradakı çayxanada gündəlik qəpik-quruşla ailəsini dolandırır. Hazırda stadion ərazisində idman kompleksi tikildiyindən onun fəaliyyəti dayanıb. Ona görə də hazırda kompleksin tikintisini aparan şirkətin gözətçisidir.

Beyləqanda ilginc cinayət: Başçı və rəis…













Vaqif Abdullayev
“Bir neçə gün əvvəl başçı gəlib stadionun bayraq dirəklərini mənə sökdürdü. Tapşırdı ki, 5 ədəd dirəyi inzibati binanın içərisinə yığım. Lakin prezident seçikilərinə görə stadionda konsert keçirildiyindən başçı tapşırıq vermişdi ki, həmin dirəkləri tikinti materiallarının içərisinə daşıyım. Mən də o deyəni etmişdim. Dünən axşamtərəfi işə gedəndə həmin dirəkləri yerində görmədim. Bələdiyyə sədri Novruz müəllimə zəng etdim. O da xəbərsiz olduğunu dedi. Sonradan öyrəndim ki, tikintini aparan şirkət dəmirləri kamaza yükləyərək aparıb. Gecə icra başçısı rəislə gələn kimi məndən dirəkləri soruşdu. Ona xəbərsiz olduğumu dedim. İşçisi Novruz müəllimə xəbər verdiyimi dedim. Bundan sonra başladı məni təhqir edib döyməyə. Məni vuranda qardaşım araya girdi, məni qucaqladı. Başçı əlindəki telefonla qardaşımı vurmaq istədi. Qardaşım başını əydi, telefon yerə düşərək qırıq-qırıq oldu. Dedim ki burda prezidentimiz kompleks tikdirir, mən də burda gözətçiyəm, niyə məni bu hala salırsan? Prezidenti də, naziri də təhqir etdi. İki gün əvvəl xəstə atamı aparıb prezidentimə səs verdirmişəm. Gözü görməyən atama demişəm ki buranı xətlə. İndi başçı mənim prezidentimi təhqir edir? Bu kimdi axı? Nə olsun ki, icra başçısıdır… Niyə mənim şəxsiyyətimi, namusumu tapdalayır? Mənim 25 yaşlı şəhidimi niyə təhqir edir?“- R.Əliyev bildirdi.
R.Əliyevin sözlərinə görə, başçının əmri ilə qan içərisində onu və qardaşını şöbəyə gətiriblər. Orada sərxoşluq müayinəsindən keçirilib, qanından analiz götürmək istəyəndə isə etiraz edib.
“Polisdə litr yarım qan itirdim. Nə qədər yalvarsam da həkim çağırmadılar. Mənə niyə bu zülmü verdilər? Axı mən özümə söyüş söydürən adam olmamışam. Bir sözlə, polisdə izahatımı aldılar. Sonra şirkətin rəhbəri mənim günahsız olduğumu, dəmirləri özü səhvən apardığını dedi. Səhərə yaxın saat 5-də polisdən buraxdılar. Bu dəqiqə məni polis axtarır. Tutub məhkəmədə 10 sutka verib içəri atacaqlar. Rayon ərazisində gizlənmişəm. Xahiş edirəm kömək edin“.- bunları da R.Əliyev deyir.
R.Əliyevin qardaşı İlkin də Criminal.az saytına açıqlamasında başçı V.Abdullayev tərəfindən hücuma məruz qaldıqlarını, təhqir olunduqlarını bildirdi: “Mən də həmin tikintidə fəhlə işləyirəm. Hadisədən qabaq mənə zəng etmişdilər ki, stadionda oğurluq olub. Dedim ki, şirkət aparıb təmir üçün. Mənim sözümə inanmadılar. Gecə başçı gəldi, söyməyə başladı. Ona “söyüş söyməyin” deyəndə isə cavabımı aldım. Qardaşımın vurub burnunu sındırdı. Mənə telefonunu atdı, yerə düşüb sındı. Hazırda qardaşımdan xəbərim yoxdu. Çağırmışdılar barışıq olsun. Amma Rahil barışmaq istəmir, heç kimlə görüşmək istəmir“.

Beyləqanda ilginc cinayət: Başçı və rəis…













Fizuli Şıxəliyev
Məsələ ilə bağlı rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyev icra başçısının gözətçini döyməsini təkzib etsə də, dəmir boruların yoxa çıxdığını təsdiqlədi: “Dəmir borular yoxa çıxmışdı. Sonradan məlum oldu ki, səhvən tikintini aparan şirkət götürüb. Dəmirləri də gətirib icra hakimiyyətinə təhvil verdilər. Döyülmə olmayıb“.
İş vaxtı bitdiyindən Beyləqan rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı. Mövzuya qayıdacağıq…
Xatırladaq ki, mətbuatda V.Abdullayevin Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini Bəylər Əyyubovun qardaşı ilə quda olduğu yazılıb.
pia.az
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...