Gədəbəy Qaz İstismar İdarəsində “sərxoş idarəçilik”
Bolge
Oxunub: 1 438
9 fev 2015 | 10:59
Gədəbəy Qaz İstismar İdarəsində “sərxoş idarəçilik”

Azerinfo.az bildirir ki, Xeberci.tv-yə Gədəbəy rayon Qaz İstismar İdarəsindəki özbaşınalıqlarla bağlı ilginc faktlar daxil olub. Saytımıza verilən məlumatda bildirilir ki, Gədəbəy rayon Qaz İstismar İdarəsinin baş ustası Şirinov Namiq Aydın oğlunun qanunsuzluqları sərhəd tanımır və bu rayonda böyük etiraza səbəb olmaqdadır.

Adıçəkilən şəxs vəzifə səlahiyyətlərindən sui- istifadə edərək 2012-ci ildə “Heydər Əliyev Fondu”nun Gədəbəy rayonunda Şəhid ailələri üçün inşa etdirdiyi binaya heç bir xəbərdarlıq etmədən qaz verilişini dayandırıb. Məlumatda bildirilir ki, Namiq Şirinovun binaya qaz verilişini dayandırmasının yeganə səbəbi onun sərxoşluğu olub. İş başında sərxoşluq isə heç də yaxşı nəticələr verməyib.

Belə ki, bir neçə saatdan sonra həmin binaya qazın verilişi bərpa olunarkən həmin binanın ikinci blok, ikinci mərtəbəsində yaşayan şəhid anası Elfirida Allahverdiyeva Cəlil qızının evi qaz sızması nəticəsində partlamışdır. Həmin partlayışda isə bir neçə nəfər yanaraq müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xəsarət alanlardan ikisi ağır dərəcədə yanmış və onları onları 5 saylı Bakı Şəhər Yanıq Xəstəxanasına götürüblər.

Yanaraq xəsarət alanlardan biri isə “Azərqaz” İB-nin işçisi, ikinci dərəcəli əlil Natiq Bağirov Rəhman oğludur. Həmin şəxsə “Azərqaz” İB-də məhkəmə vastəsilə 6000 manat pul kampesasiyası verilmişdir. Gədəbəy rayon məhkəməsinin qərari ilə hadisənin səbəbkarı Şirinov Namiq Aydın oğluna isə tutuduğu vəzifədən azad olunması və 550 manat dəyərində cərimə ödəməsi haqda qərar çıxarılıb.

Ancaq fakt bundan ibarətdir ki, məhkəmə qərarı ilə vəzifəsindən kənarlaşdırılan Namiq Şirinov 2012 ci ildən bu günə qədər yenə də həmin vəzifəsində işləyir və dövlətdən qeyri qanuni olaraq əmək haqqı alir.

Həmin şəxslə başlı irəli sürülən ittihamlardan biri isə onun qaz çəkilişi üçün ayrılmış boruları Şəmkir rayonunda istixana sahiblərinə satmasıyla bağlıdır. Saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, onun bu əməlləri Gədəbəy sakinlərinin ciddi narazılığına səbəb olur. Bununla bağlı redaksiyamıza şikayət edən bir qrup sakin baş verənləri parlament seçkiləri ərəfəsində həyata keçirilən təxribat kimi dəyərləndirdiklərini deyir: “Bu şəxs əhalini hakimiyyətdən narazı salmaqla məşğuldur. Bütün günü sərxoş vəziyyətdədir və onu “Azəriqaz”da işləyən bir tələbə yoldaşı müdafiə edir. Namiq Şirinov Aydın oğlu 2004 cü ildən Gədəbəy rayon Komunal Müəssələr Kambinatının müdürü işləmiş və həmin idarənin vəsaitini yeyib dağıtdığına görə 2010-cu ildə tutduğu vəzifədən azad edilmişdir. Tələbə yoldaşi “Azərqaz”da işlədiyinə görə onu gətirib burada baş usta vəzifəsinə qoydular”.

Yazıda adı çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar