“Bakıxanov rezidens” 2 milyonluq villanı necə sökdü? - İDDİA
Bolge
Oxunub: 726
1 may 2018 | 16:17
 “Bakıxanov rezidens” 2 milyonluq villanı necə sökdü? - İDDİA
















…Paytaxtın Bakıxanov qəsəbəsində bir villanı səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq.

► Villa sahibi necə “yola gəldi” ?

Bu malikanə də tikinti ərazisində plana düşüb. Villanın ətrafında yaşayanlardan öyrənirik ki, bu dəbdəbəli evin qiyməti 2 milyondur.

Ancaq sahibinə əskik pul verərək neçə ilə tikdiyi şəxsi evini söküblər. Mülk sahibi narazı qalıb. Əvvəlcə evinin sökülməsinə ümumiyyətlə, qarşı çıxıb.

 “Bakıxanov rezidens” 2 milyonluq villanı necə sökdü? - İDDİA




Evin uçurulmasından söhbət belə gedə bilməz söyləyib. Sonra bu imkanlı şəxsi “yola gətiriblər”. Deyiblər ki, Sabunçu rayon icra başçısı Adil Vəliyevin əmrinə biət etmək lazımdır.

Bu tikinti də ona məxsusdur və “Bakıxanov rezidens” qəsəbədəki evləri sökərək pilot layihə olaraq göydələnlər inşa edir.

Villanın sahibini yola gətirdikdən sonra təzminatın məbləğində razılaşmada narazılıq yaranıb. “Ancaq həmin adama nə deyiblər, nə formada danışıq aparıblarsa, o boyda evi dəyərindən ucuz qiymətə alıblar, sökməyə başlayıblar”, – deyə sakinlər bildirirlər.


 “Bakıxanov rezidens” 2 milyonluq villanı necə sökdü? - İDDİA





Villanın söküntüsü astagəl icra olunur. Yaxınlıqdakı “Fantaziya” şirniyyat mağazasının yerləşdiyi bina da uçurulub, yaxınlığa köçməli olub.

Həmçinin, “Bakıxanov rezidens”in olacağı əsas yerdəki 2 mərtəbəli bina sökülüb, sakinlərdən kimisi kompensasiya alıb, kimisinə də tikiləcək təzə binadan mənzillər vəd olunub.

► “Razin” rezidensin ağuşunda…

Qeyd edək ki, Bakıxanov qəsəbəsini “A”dan “Z”yə qədər “Bakıxanov rezidens” firmasının reklamları bürüyüb.

Şirkət qəsəbənin hər addımbaşında 2, 3 və 5 mərtəbəli binaları yerlə-yeksan edərək göydələnlərini ucaldır.


 “Bakıxanov rezidens” 2 milyonluq villanı necə sökdü? - İDDİA



Qəsəbənin yol üstündəki əksər 2 və 3 mərtəbəli binaları sökülmə növbəsini gözləyir. A.Vəliyev “Razin”i tamamilə öz tikinti meydançasına çevirməkdə iddialıdır.

Hətta Sabunçu RİH-nin düz qarşısında yaşıllıq hasarlanıb və ərazidə tikinti aparılır. qəsəbənin Mehmandarov küçəsində tikilən binanın qarşısındakı məlumat lövhəsində qeyd olunub ki, 2017-ci ilin noyabrın 25-də işlər yekunlaşacaq.

2016-cı ildən gedən işlər deyilən vaxtda başa çatmayıb. 2018-ci ilin mayı gəlir və hələ də binanın tikintisi davam edir.

Ona görə də bir qrup payçı “Bakıxanov rezidens”in sözünün üstündə durmadığını bildirirlər. Bu şirkətin inşaat işlərində müəmmalı digər məsələ sifarişçi və podratçı firmanın olmasıdır.

Məlumat lövhəsində yazılıb ki, “Bərguşad-Ş” MTK həm sifarişçi, həm podratçı şirkətdir. Əgər “Bakıxanov rezidens” özü göydələnləri inşa edirsə, podratçı firmaya nə ehtiyac var?!
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO