Laçının keçmiş icra başçısını necə deviriblər... - İndiki başçının oyunbazlığı İFŞA OLUNDU
Bolge
Oxunub: 707
3 may 2018 | 17:45
Laçının keçmiş icra başçısını necə deviriblər... - İndiki başçının oyunbazlığı İFŞA OLUNDU
















Laçının icra başçısı Aqil Nəzərlidən şikayətlərin ardı-arası kəsilmir. Rayonu “barıt çəlləyi”nə çevirən icra başçısı məcburi köçkünləri ayağa qaldırır

FİA.Az-ın verdiyi xəbərə görə, növbəti şikayət rayonun Kalafalıq kəndindən məcburi köçkün İbrahimov Alqulu Şavağat oğlu tərəfindən ünvanlanıb.

Ölkə başçısına, I vitse-prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edən A.İbrahimovun sözlərinə görə, YAP üzvüdür və Taxtakörpü qəsəbəsində məskunlaşıb.

“Müraciətimin səbəbi icra başçısı Aqil Nəzərli tərəfindən məni və ailə üzvlərimi həbslə təhdid etməsidir. Nəzərlinin qardaşı Müqabil Nəzərli mənim feysbuk səhifəmdən istifadə edib.

Adımdan 2013-2016-cı illərdə Laçın RİH-nin başçısı işləmiş Akif Səlimov barəsində şantaj dolu yazılar yazmış və nəticədə qarşı tərəf məni məhkəməyə vermişdi.

Müqabil Nəzərli daim mənim yanıma gələrək Akif Səlimovdan və idarə müdirlərindən ərizə yazmağı təkid edirdi.

Müqabil Nəzərli açıq şəkildə bildirirdi ki, yuxarılara biz şantaj dolu ərizələr yazmalıyıq ki, qardaşı Aqil Nəzərli Laçın Rayonuna İcra Başçısı gəlsin.

Həmin dövrdə Aqil Nəzərli YAP-ın Laçın rayon təşkilatının sədri, eyni zamanda RİH-nin müavini vəzifəsində çalışırdı”.

Müraciətdə bildirilir ki, M.Nəzərli onun telefonuna müdirlərin və Akif Səlimovun adamlarının səsini yazdırmaq üçün şantaj etmək məqsədi ilə proqramlar yazdırıb:

“Hətta bir dəfə M Nəzərli A.Səlimovdan ərizə yazmaq ücün mənim yanıma gələndə ona məxsus 21031 markalı minik maşını qəflətən alovlandı, ətrafdakı insanların köməyi ilə alovun qarşısı alındı.

Həmin anda M.Nəzərli özü etiraf etdi ki, biz A.Səlimova qarşı haqsız iş görürük ona görə maşın alışıb yanır.

Həmin dövrdə Lacın Rayon Mədəniyyət Şöbəsinin müdiri işləyən Yusif Hüseynovun səsinin yazdırılmasını Müqabil Nəzərli təşkil etmişdir”.

FİA.Az-ın verdiyi xəbərə görə, A.Nəzərli bu cür çirkin işlər və kampaniya aparmaqla sələfini yıxmağa və yerinə keçməyə nail olub.

Məktubda əlavə edilir ki, hazırda Laçın RİH-nin başçısı işləyən Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərlinin onun adından A.Səlimovu şantaj etməsinə görə Laçın Rayon Məhkəməsi tərəfindən 2800 manat cərimələnib.

“Məhkəmə ərəfəsində Aqil Nəzərli qardaşı Müqabil Nəzərli və atasını mənim yanıma göndərərək onların adlarının çəkilməməsini xahiş etmişdi.

İcra Başcısı təyin olunandan sonra Aqil Nəzərli məni otağına çağıraraq mənə təklif etdi ki, sən mətbuata yaz ki, Akif Səlimov Lacın Rayonuna İcra Başcısı təyin olunanda guya Ermənistanla telefonla danışıb. Bildirirəm ki, bu fikirlər hörmətli Aqil Nəzərliyə məxsusdur.

Eyni zamanda Aqil Nəzərli məni qəbul edəndə o, Laçın rayonunda üç ildən artıq icra başcısı işləməyəcəyini, ” hesabı” verib başqa rayona icra başcısı gedəcəyini bildirdi.

Mənə İcra Hakimiyyətinin Xeyriyyə Fondundan hər ay 150 manat verməklə məhkəmənin hökmü ilə verilmiş 2800 manat cərimənin ödənməsi ücün Aqil Nəzərli kömək edəcəyini bildirdi.

İcra Başcısı A.Nəzərli bildirdi ki, 10-15 ildirdi işləyən idarə müdirləri var, onlarla işləmək istəmir, ona görə də həmin müdirlərdən şantaj dolu ərizələr yazmasını mənə tapşırsa da etirazımı bildirdim.

Təbii ki, köhnə müdirləri çixarıb rüşvət müqabilində yeni müdirlər təyin etmək istəyirdi. Bütün bunları bildirməkdə məqsədim İcra Başcısı işləyən şəxsin vəzifəyə gəlmək ücün hansı işlərlə məşğul olduğunu göstərməkdir.

Bu gün hörmətli A.Nəzərlinin təyin etdiyi Təhsil Şöbəsinin müdiri Nicat Həsənov övladlarımızın təhsil aldığı məktəblərdən aylıq yığır. Baş həkim Güllü İbadova sağlamlığımızın keşiyində duran tibb işçilərindən pul yığır.

Aqil Nəzərli və dövlət işində heç vaxt işləməmiş Dövlət İdarəetmə Akademiyasında guya təhsil alan Müqabil Nəzərli hərbi xidmətdə olmamışdı”,-deyə bildirib.

Bu məktublardan çıxan nəticə ondan ibarətdir ki, A.Nəzərli rəsmən ifşa olunub. Onun haqqında ölkə rəhbərliyinə gedən dosye artıq vəzifəsindən qovulmasına zəmin yaradır.

A.Nəzərli məcburi köçkünləri incidir, jurnalistlər təzyiq edir. Onun hərbi xidmətdə olmadığı da isbata yetirilib.

RİH-nin sabiq şöbə müdiri Füzuli Tanirverdiyev də onu ifşa edib. Eləcə də .Aibrahimov indi onu faş elədi.

Prezident və I vitse-prezident bu məsələlərdən xəbərdar olanda artıq Laçın kimi bir rayona daha normal məmur təyin edəcək. RİH-nin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ