İcra başçısı Qarabağ veteranının avtomobilini girov götürüb - Müraciət
Bolge
Oxunub: 771
5 may 2018 | 20:17
İcra başçısı Qarabağ veteranının avtomobilini girov götürüb - Müraciət
















Qarabağ müharibəsi veteranı Şahin Bağırov prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse prezident Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, müdafiə naziri Zakir Həsənova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova açıq müraciət edib.

Müharibə veteranı müraciətində yazır:

"Hörmətli cənab Prezident,

Hörmətli Mehriban xanım,

Hörmətli cənablar,

1992-ci il mayın 6-da könüllü olaraq Milli Orduya yazılmışam. Sapyor – minabasdıran olmuşam. Gədəbəy cəbhəsində gedən bütün döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə Qalankənddə, yeni yolun üstündə 2 erməni əsgəri öldürmüşəm. 1994-cü ildə kəşfiyyatın qrupunun tərkibində Krasnoselskdən Berd rayonuna gedən asfalt yola 2 ədəd “tankavoy”(tank əleyhinə - red) TEEM - 57 mina, ondan 15 metr aralı 4 ədəd Ozem-72 markalı “pexotnu” (piyada əleyhinə) mina basdırmışam. Həmin minalara 10-dan çox erməni düşüb. Həmin yerdə olan donuz damına 2 dənə “pexotnu” mina basdırmışam. Göyəlli kəndində gedən döyüşlərdə 1 erməni əsgərini öldürüb meyidini gətirmişəm. Həmin dığanın qolunda “A Cidois” yazılmışdı. 1994-cü il avqustun 5-6-da Sümüklü postu uğrunda gedən döyüşlərdə həlak olmuş Hüseynov Aqil Baxşəli oğlunun meyidini erməni postunun yanından mən gətirmişəm. Sərhəd boyu 2 mindən çox mina basdırmışam.

Hörmətli cənablar, hörmətli Mehriban xanım,

Bunlar mənim müharibədə iştirakımdan yadımda qalanlardı. İndiyədək bu barədə danışmamışam. Düşünmüşəm ki, nə eləmişəm, vətənim, millətim üçün eləmişəm. Heç kimə buna görə minnət qoymamalıyam və qoymuram da. Amma bu gün başıma gələnlər məni vadar edir ki, döyüş yolum ilə bağlı belə açıq yazım.

Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin icra başçısı Ramiz Yediyarov sonra gəlib məni qoruduğum torpaqda yaşamağa imkan verməsin? Bu adamın mən döyüşəndə 25 yaşı olub. Amma kolxozun fermasında müharibədən gizlənib, fərarilik edib. Mənim yeganə dolanşıq yerim olan avtomobilimi qardaşım Fəxrəddi Bağırovun obyektində qoyub qapısını hördürsün? Mənim nə evim var, nə torpağım var, 6 aydır ki, artıq iş yerim də yoxdur!

Müharibə ucbatından ali təhsil də almamışam. 9 və 10 yaşında körpə uşaqlarım var. Mən ona görəmi döyüşmüşəm ki, Yediyarov kimi fərari və rüşvətxor məmur gəlib mənim bu 2 uşağıma çörək qazamağa imkan verməsin. 6 aydır mənim maşınım əsirlikdədir. Əkin sezonudur. Mən toxumu neçə daşıyım? Ramiz bu gun rayonun yarısına saxta veteranlıq verdirib birindən min manat rüşvət alır. O adamların çoxunu şəxsən tanıyiram, müharibə vaxtı Rusiyada alver edirdilər. Soruşsunlar görək mənim dediyim bu döyüşlərin hansında iştirak ediblər?

Özü müharibəyə getməyən, üstəlik müharibədən yayınan 500 nəfərdən artıq adama saxta veteranlıq verən bu cinyətkarın həqiqi müharibə iştirakçısı kimi mənə və ailəmə qarşı törətdiyi alçaqlığa mən dözə bilmirəm. Cənab prezident axı siz iclasda dediniz məmurların vətəndaşı sıxışdırması alçaqlıqdır. Bəs bir başçının müharibə iştirakçısının çörəyini kəsməsi alçaqlıq deyilmi? Mən döyüşlərdə sağlamlığımı da itirmişəm. Başağrısındsan, bel ağrısından gecələr yatmıram. Bir tərəfdən də Yediyrovun bu azğınlığı məni əsəbləşdirir. Bu haqsızlığa nə vaxt son qoyulacaq?

Zakir Həsənov, vətəni Yediyarovun kef içində böyüyən oğlu müdafiə etməyəcək. O öz atası kimi fərari olacaq. Vətəni mənim kirayədə, şoferliklə, əziyyətlə böyütdüyüm oğlanlarım müdafiə edəcək.

Sizdən xahiş edirəm mənim vəziyyətimlə maraqlanın. Cənab prezident mənim - düşmən postundan erməni əsgərini öldürüb meyidini atəş altında gətirən bir döyüşçünün avtomobilini əlindən alıb 6 ay “zabor”un içərisinə saxlaması Ramiz Yediyarovun öz hünəri deyil. O adi bir adam olsa, heç mənim avtomobilimə yaxınlaşa bilməz. Onu himayə edənlər var. Onda cəsarət olsaydı vaxtında müharibəyə gedərdi. Mən bir vətəndaş kimi, bir keçmiş döyüşçü kimi sizdən xahiş edirəm - Yediyarov haqda tədbir görün. Qardaşımın obyektinin qapısının açılmasına və mənim avtomobilimin oradan çıxarılmasına göstəriş verin." \\istiqlal.az\\
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi