“Bako Saakyanla görüşsəm, ona deyərdim ki...” - Bayram Səfərov
Bolge
Oxunub: 751
5 may 2018 | 21:54
“Bako Saakyanla görüşsəm, ona deyərdim ki...” - Bayram Səfərov















Son günlər Ermənistanda baş verən etiraz hərəkatı hələ də hakimiyyətdə qalan rejimi və onun hamisi olan Rusiyanı da ciddi təşvişə salıb. Sözsüz ki, bu narahatlıq Kreml və İrəvan tərəfindən dəstəklənən Xankəndindəki qondarma separatçı-terrorçu rejim rəhbərliyinin də təlaşına səbəb olub. Eyni zamanda işğal altındakı Azərbaycan torpaqlarında yaşayan sadə ermənilər də gələcək talelərindən bərk narahatlıq keçirir, yenidən genişmiqyaslı hərbi əməliyyatların alovlanmasından ehtiyat edirlər. Bəs belə bir məqamda Azərbaycan tərəfinin Dağlıq Qarabağın erməni icmasıyla dialoqa getməsi mümkündürmü?..

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Moderator.az-ın bu mövzudakı suallarını belə cavablandırdı:

“Biz uzun illərdir ki, dəfələrlə Dağlıq Qarabağın erməni icmasıyla görüşməyə cəhd etmişik, ancaq bu, erməni tərəfinin ucbatından heç vaxt baş tutmayıb. Məsələn, Avropa İttifaqının Qafqaz üzrə nümayəndələrindən xahiş etmişik, dəfələrlə ATƏT-in Minsk Qrupuna müraciət etmişik. Lakin hər dəfə bir bəhanə ilə ermənilər bu görüşdən yayınıb. Özüm də başda olmaqla bizim Dağlıq Qarabağ İcmasının nümayəndələri: Kamal Abdulla, Fərhad Bədəlbəyli, Rövşən Rzayev hər dəfə hansısa beynəlxalq tədbirdə bu məsələni qaldırmışıq ki, biz üçüncü bir ölkədə erməni icmasıyla görüşüb fikir mübadiləsi aparmaq istəyirik. Hətta mən bir neçə dəfə xarici nümayəndələrə demişəm ki, mənim sovet dövründən Şuşada yaşayan ermənilərlə görüşümü təşkil edin. Çünki biz onlarla bir yerdə yaşamışıq, biri-birimizin xeyir-şərinə gedib-gəlmişik. Bunu danmaq olmaz. Çünki biz sovet rejiminin adamları olmuşuq, Kommunist Partiyasının təhsilini, tərbiyəsini almışıq və bu hadisələr başlananadək mən elə bilmişəm ki, bütün xalqlar biri-biri ilə qardaşdır. Amma sonra gördük ki, belə “qardaş”lardan bəziləri həm də düşmən olurmuş...

Bir sözlə, biz Azərbaycan icması olaraq daim dialoqa hazır olmuşuq və hazırıq. Amma erməni tərəfi buna gəlmək istəmir. Hətta biz təklif etmişdik ki, ermənilərin yol, otel, yemək-filan xərclərini də üzərimizə götürürük, təki gəlsinlər. Amma yenə də alınmadı... Bunun da bir səbəbi bu günədək Ermənistanda hakimiyyətdə olan xunta rejimidir ki, bu rejimin qorxusundan heç bir erməni Azərbaycanla dialoqa gələ bilmirdi. Hansı erməni gedib İrəvanda deyə bilərdi ki, biz Azərbaycan icmasıyla görüşdən gəlirik. Ancaq biz nə zaman dövlət rəhbərlərinə müraciət etsək ki, erməni icmasıyla görüşmək istəyirik, deyirlər ki, nə vaxt istəyirsiz, görüşün. Yəni biz istər xalq diplomatiyası, istərsə də, sülh platforması çərçivəsində daim dialoqa hazırıq. Təbii ki, dövlətçiliyimiz, ərazi bütövlüyümüz çərçivəsində. Dövlət başçımız daim ən yüksək tribunalardan deyib ki, Dağlıq Qarabağa ən yüksək status verməyə hazırıq... Bundan artıq nə demək olar?..

Bilirsiz, bütün müharibələrin sonu olur. Bu müharibənin də sonu olacaq. Ancaq bu, yenidən hərb vasitəsilə olsa, ermənilərin başı daha pis bəlalar çəkəcək... Çünki Azərbaycanın regionun ən güclüsü olan, ən müasir silahlarla silahlanmış ordusu var. Və ən əsası odur ki, Azərbaycan ordusunun hər bir əsgər və zabiti torpaqlarımızın azad edilməsi eşqi ilə yaşayır. Və ordumuz hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı üçün həlledici savaşa atılmağa hazırdır. Bunu Aprel savaşı da göstərdi... Amma bütün bunlara rəğmən cənab Prezident, Ali Baş Komandanımız sülh yolunun üzərində dayanıb. Ancaq dəfələrlə vurğulayıb ki, başqa yollar da var... Biz də son məqamı, gözləyirik, nə vaxt Ali Baş Komandan əmr versə ki, biz başqa yolla, yəni hərb yoluyla torpaqlarımızı azad edirik, o zaman biz qarabağlılar, didərginlər də ordumuza qoşulub son azadlıq savaşına atılacağıq...

“Ermənilər görüşə razılaşsalar, hətta separatçı Bako Saakyanla da görüşərsinizmi? Və görüşsəniz, ona nə deyərdiniz” sualının cavabında isə Bayram Səfərov bunları söylədi:

”Bəli, hamısıyla görüşməyə hazırıq. Sadəcə, sözümüzü demək üçün... Bako Saakyana deyərdim ki, hazırda xarici güclərin köməyi ilə zəbt etdiyiniz bütün bu torpaqlar bizim dədə-baba torpaqlarımızdır. Unutmayın ki, siz 1978-ci ildə İranın Marağa məntəqəsindən Azərbaycanın Qarabağ torpaqlarına köçüb gəlməyinizin 150 illiyini qeyd etmisiz və buna görə hətta abidə də ucaltmısız. Sonradan həmin abidəni dağıdıb qalıqlarını gizlətsəniz də, həqiqəti gizlətmək mümkün deyil. Bunu artıq bütün dünya görüb. Dünyaya sübut etmisiz ki, siz bu torpaqlara gəlməsiniz... İndi bu 30 illik saxta “azadlıq mübarizə”nizlə nəyə nail oldunuz? Nə vaxtadək belə ac-yalavac vəziyyətdə qalacaqsınız buralarda? Haçanadək siz də, Ermənistan da Cənubi Qafqazdakı bütün beynəlxalq iqtisadi layihələrdən kənarda, təcrid olunmuş vəziyyətdə qalacaqsınız. Bunların heç birində iştirak etmirsiz. Heç belə getsə, bundan sonra da iştirak edə bilməyəcəksiniz. Çünki sizin burdakı qondarma rejimə də, Ermənistandakı rejimə də, o xalqa da heç kəsin etibarı yoxdur. Hansı ağlı başında olan investor gedib işğal altındakı Azərbaycan torpaqlarına, lap elə Ermənistanın özünə iri, sanballı vəsait qoyar? Heç biri. Çünki ağıllı kapitalistlər yaxşı bilir ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır, Ermənistanda isə sabitlik yoxdur. Və üstəlik, bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Odur ki, Dağlıq Qarabağda indiki şəraitdə heç bir inkişafdan danışmaq olmaz. Biz özümüz o torpaqlarda yaşamışıq və o yerlərin çətinlikərini gözəl bilirik... Nəsə istehsal etmək və satmaq, onu dünyaya çıxartmaq gərəkdir. Siz Azərbaycansız, Bakısız bunları edə bilməyəcəksiz. Nə vaxtadək Azərbaycanın meşələrini, yeraltı sərvətlərini talayıb satacaqsınız? Həm də siz bütün bunlara görə məhkəmə qarşısında cavab verməli olacaqsınız...

Bir sözlə, Saakyanlara başa salardım ki, sizin yeganə çıxış yolunuz Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycan dövlətini tanımaq və onun vətəndaşları olaraq onun iqtisadi gücü, nailiyyətləri hesabına yaşamaqdır...

Biz onu da gözəl bilirik ki, hazırda işğal altındakı torpaqlarımızda olan azsaylı sadə ermənilərdən heç biri indiki səfil, acınacaqlı durumda yaşamaq istəməzlər. Onların sənətkarları, ustaları- hamısı vaxtilə Azərbaycanın verdiyi qazanc, çörək hesabına yaxşı yaşayıblar. İndi də onların hamısının Azərbaycandan, Bakıdan ötrü burunlarının ucu göynəyir... Və onları bu günə saldıqlarına görə həm Sərkisyan, həm də Saakyan rejimlərinə nifrət edirlər. Biz də, dövlətimiz də onları bir vətəndaşlarımız kimi qəbul etməyə hazırıq. Amma dediyim kimi, bir şərtlə; Azərbaycan bayrağının altından keçməli, Azərbaycan dövlətini, qanunlarını tanımalı, digər millətlərdən olan Azərbaycan vətəndaşlarına hörmət etməlidirlər...”
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş