«Şamaxı camaatını prezidentə qarşı sürükləməkdədir»
Bolge
Oxunub: 1 783
11 fev 2015 | 11:59
«Şamaxı camaatını prezidentə qarşı sürükləməkdədir»


Bir ayda ən azından 200 min manat qazanan Şamaxının icra başçısından prezidentə şikayət olundu

Şamaxıdan redaksiyamıza şikayət məktubu daxil olub. Rayon sakinləri adından DİA.AZ-a ünvanlanan müraciətdə bildirilir ki, Şamaxı icra hakimiyyətinin başçısı Asif Acayev artıq iki ildir ki, onları «gün işığına həsrət qoyub». Sakinlər yazır:

«Asif Ağayev əslində bəlkə də digər rayon icra hakimiyyətinin başçılarından fərqlənmir. Çünki oxuyuruq, görürük ki, başqa rayonlarda da başçılardan şikayətlər var, sahibkarlara divan tutulur.

Amma Şamaxının dərdi bir başqadır. Azərbaycanın ən qədim yaşayış məskəni olan Şamaxı bu gün Azərbaycanda yaşanılması mümkün olmayan bir məskənə çevrilib. Əgər bu ay vəzifə başında iki ili tamam olan Asif Ağayev daha iki il Şamaxıya rəhbərlik edərsə, o zaman Şamaxı xarabalığa çevriləcək».

Azerinfo.az bildirir ki, Dia.az-a yazan Şamaxı sakinlərinin iddialarına görə, Asif Ağayev yerli sakinlər üçün əkin-biçin yeri saxlamayıb: «Şamaxı sakinlərinin dolanışığı olan əkin yerləri bu gün ayrı-ayrı adamlara icra başçısı tərəfindən satılıb. Bizneslə məşğul olan sahibkarlar isə başçının adından yığılan aylıqlardan cana doyub. Bəlkə də kiməsə bu ciddi məbləğ görünməyə bilər. Amma Şamaxıda təxminən 500-dən artıq iri sahibkar var və bu sahibkarların hər birindən ay ərzində 1000 manat alınırsa, bu da 500 min manat edir.

Yəqin ki, icra başçısı bu 500 min manatın hamısını tək yemir. Kimlərəsə də ötürür. Amma ən azından 200 min manatı onun TƏMİZ gəliridir. Və bu «təmiz» gəlir biz yetim şamaxılıların dərisinin boğazından çıxarılması hesabına başa gəlir».

Daha sonra Şamaxı sakinləri prezident İlham Əliyevə müraciət edirlər: «Biz dia.az vasitəsilə prezidentə müraciət edirik. Cənab prezident! Bu gün bütün Şamaxı camaatı Sizin yananızdadır. Amma Asif Ağayev sanki bu münasibəti həzm edə bilmədiyindən öz naqis əməlləri ilə Şamaxı camaatını prezidentə qarşı sürükləməkdədir. Xahiş edirik, bizə kömək edin»…
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO