Ağdamlı ana Mehriban Əliyevadan imdad dilədi - "Sanki əfv siyasəti kimlərinsə inhisarındadır"
Bolge
Oxunub: 674
8 may 2018 | 18:14
Ağdamlı ana Mehriban Əliyevadan imdad dilədi - "Sanki əfv siyasəti kimlərinsə inhisarındadır"
















Ağdam rayonu, Xıdırlı kəndində doğulan 65 yaşlı Behbudova Xatirə Şəkəralı qızı Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlyıb. Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə məcburi köçkün həyatı yaşayan X.Behbudova ağır xəstəlik keçirdiyini bildirir və hazırda həbsdə olan oğlunun əfv olunması üçün Mehriban xanım Əliyevadan imdad diləyir.

Müraciətdə deyilir: "Hörmətli, Mehriban xanım! Siz bir ana kimi mənim hansı hissləri keçirdiyimi gözəl anlayarsınız. Oğlum Behbudov Fuad Natiq oğlu Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Səbəbi bir neçə ağacın ev tikmək məqsədilə kəsilməsidir. Artıq dövlətə dəyən ziyan da ödənilib. Amma yenə də mən ananın gözləri yoldadır. Mən Sizdən bir ana, torpaqlarını itirmiş və indi də övlad həsrətilə yaşayan bir ana kimi oğlumun əfv olunmasına kömək etməniz üçün xahiş edirəm.

Sizin xeyirxahlığınız təkcə Azərbaycanda deyil, dünyada da dillər əzbəridir. Mən də bir əlacsız ana kimi Sizə, Sizin böyüklüyünüzə sığınıram. Mənim balamın azadlığa çıxmasına köməklik edin. Bu yaxşılığınızı heç bir zaman unutmayacağıq".

Hazırda ağır yataq xəstəsi olduğunu bildirən Xatirə Behbudova müraciətinin sonunda 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun övladının əfv ərizəsini qəbul etmədiyini də vurğulayıb: "Sanki hörmətli prezidentimizin əfv siyasəti kimlərinsə inhisarındadır. Mən bu işdə də Mehriban xanımın və prezidentimiz İlham Əliyevin böyüklüyünə və ədalətinə sığınıram".

Müraciət müəllifinin həbsdə olan övladı Faiq Behbudov ayrı-ayrı dövlət nümayənədələrinə də artıq müraciət edib. Həmin müraciətlərin sonuncusu ilə buradan tanış ola bilərsiniz: http://www.dia.az/8/169204-mehbes-heyati-yashayan-mecburi-kochkun-ramiz-mehdiyeve-ve-qachqinkom-rehberine-muraciet-etdi.html
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb