Rektor Akif Süleymanov və onun komandası təhsil ocağını məhvə sürükləyir...
Gundem / Bolge
Oxunub: 3 755
16 may 2018 | 13:57
Rektor Akif Süleymanov və onun komandası təhsil ocağını məhvə sürükləyir...














Texnologiya Universiteti 2013 cü ildən bu günə kimi özünün durğunluq dövrünü yaşayır.

Belə ki, Akif Süleymanov bu təhsil ocağına rektor təyin olunan ilk gündən problemlər bir-birini əvəz edir. Tələbələrin tədris prosesinə marağı olduqca aşağı düşüb, bu səbəbdən də universitet əvvəlki nüfuzunu itirir.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev cənabına müraciət edirəm.

Hörmətli Ramiz müəllim! Belə bir vaxtda ölkə başçısının müvafiq sərəncamı tam yerini tapmalı, bu şikayətlərin qarşısında rektor dərhal işdən kənarlaşdırılmalıdır.

Akif Süleymanov Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin olunandan sonra universitetdə problemlər, təhsilin keyfiyyətindən narazılıq halları azalmaq əvəzinə, daha da artdı.

Akif Süleymanov rektor təyin olunandan sonra universitetdə öz komandasını formalaşdırmağa başladı və buna nail oldu. Akif Süleymanovun bu komandası arzuolunmaz komandalardan biri oldu. Heç bir elmi dərəcəsi, elmi adı olmayan adamlar universitetdə prorektor, dekan, şöbə müdiri vəzifəsinə təyin olundu.

Universitetin elimlər doktorlarını, professorlarını, dosent və baş müəllimlərini Akif Süleymanov didərgin salmağının məqsədi ondan ibarət idi ki, bütün öz adamlarını universitetdə yerləşdirsin və universiteti istədiyi qaydada idarə etsin. Bunu da etdi. Buna deyərlər “Bravo” Akif Süleymanov, arzuna çatdın.

Rektora yaxın olan şəxslərin sırasında prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, dekan Azər Hüseyn, sabiq dekan Nicat Nəsirli, sabiq kadrlar şöbəsinin müdiri Nofəl Salmanov, tədris şöbəsinin müdiri Piri Axundov, Sadiq Əfəndi, Zaur Əliyev, Asiman İlyasov, Tacəddin Bayramov, Fədai Əfəndiyev, Rauf Əmənov, mətbuat xidmətinin müdiri Rasim Əliyev və digərləri universiteti mühasirəyə aldılar, hər bir əməkdaşı özlərinə məcburi tabe etdilər.

Bu adamları əksəriyyəti ölkədə prezident İlham Əliyev cənabları tərəfindən fəaliyyəti dayandırılan Qafqaz Universitetinin , “Zaman” qəzetinin əməkdaşlarıdır. Bu qədər təsadüf ola bilməz ki, qardaş Türk xalqına ağır zərbə vuran “Fəto Gülənlə ” bağlı Qafqaz Universitetində, “Zaman” qəzetində və Türk liseylərində formalaşmış bu insanlar bir araya gəlsinlər. Yuxarıda adlarını qeyd etdiyim şəxslərdən başqa müəllim, texniki işcilərdə bunların sırasında olan şəxslərdən çoxluq təşkil edir, sadəcə bu şəxslər universitet daxili rəhbər şəxslər olduğundan adlarını önə çəkmişəm.

Akif Süleymanovun mütamadi iş otağına yığılan bu adamlar rektorun yaxınlığına heç bir əməkdaşı buraxmırlar. Hətta, şikayətə gedən əməkdaşları da rektorun əvəzinə cavab verib şikayətlərinə kölgə salırlar.

Rektor Akif Süleymanovun tətbiq etdiyi qaydalar müəllimləri, tələbələri problemə salır, şəffaflıq adı altında görülən işlər çinayət xarakteri daşıyır.

Təhsil hər bir ölkənin həyatında həmişə önəmli yer tutmalıdır, buna baxmayaraq Texnologiya Universiteti rektor Akif Süleymanovun idarəçiliyinin qabağında «qan çanağı» kimi ad çıxardıb.

Rektor Akif Süleymanov ağlına nə gəldi universitetdə edir, sonrada problem qabaranda, ya prorektor Vüqar İsmayılovun, ya da sürücüsü Müzəffər Tağıyevin boynuna atır. Son sözüdə o olur ki, mənim xəbərim yoxdur. Belədə bütün əməkdaşları, dövlət qurumlarını yola verir.

Universitetdə rektor kimi fəaliyyətə başladığı 2013 cü ilin mart ayında işlədiyi 10 -cu iş günü atılan bir addımı misal göstərək. Sözü gedən bu məsələ nədir? 2016-cı ilin fevral ayının ortalarında Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işindən məlum olub ki, “Abşeron Holdinq 2013” MMC-nin direktoru, təqsirləndirilən şəxs Şirinov Tərxan Ceyhun oğlu ilə Akif Süleymanov arasında ATU-də müəyyən işlərin görülməsinə dair 4 ədəd müqavilə bağlanmışdır. Ümumilikdə 100 min manatdan çox pul MMC-nin hesabına köçürülüb və dərhal da hesabdan çıxarılmışdır. Maraqlı olan odur ki, sözügedən MMC-nin obyekti, nəqliyyat vasitələri, o cümlədən işçi qüvvəsi olmayıb və universitetlə də heç bir iş görülməyib. Rektorla sözügedən MMC arasında baş verən bu işin təməli Akif Süleymanovun universitetdə işlədiyi ilk 10-cu iş günü qoyulub və 2013-cü ilin aprel-avqust aylarında sona çatdırılıb.

30 yanvar 2018 cildə Təhsil Nazirliyinin üç əməkdaşı Aydın Rəhimov, Nicat adlı biri və hüquqşünas Rasim Texnologiya Universitetinin əməkdaşları dosent Həsən Musayev, dosent Məsim Abadov, baş müəllim Alim Əliyev, mən Azər Allahverdiyevin və digər şikayətçi əməkdaşların şikayətlərini araşdırmaq üçün ezam olunanda hər üç şəxs, yəni Təhsil Nazirliyinin əməkdaşları Aydın Rəhimov, hüquqşünas Rasim və Nicat adlı şəxslər qərəzli olaraq şikayətlərə pərdəarxası baxmış, nəticəsiz Azərbaycan Texnologiya Universitetindən ayrılmışdırlar. Akif Süleymanovun qarşısında Təhsil Nazirliyi də aciz qalıb.

Universitetin əməkdaşları şikayətlərini durmadan edirlər, heç bir nəticə olmur. Amma ümidimizi də üzmürik, yenidən ölkə başcısı prezident İlham Əliyev cənablarına, Prezident administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev cənabına, Təhsil Naziri Ceyhun Bayramov cənabına müraciət edirik ki, rektor Akif Süleymanovu durdursunlar. Bu adamı dərhal işdən kənarlaşdırıb, Azərbaycan qanunlarının qarşısında cəzalandırsınlar.

Hörmətli akademik, cənab Ramiz Mehdiyev! Akif Süleymanovun çirkin əməllərini sadaladıqca bitmir. Ölkə Prezidentinin daim təhsilə olan diqqət-qayğısına kölgə salan bir rektoru dərhal işindən azad etmək lazımdır. Yeni bir faktda sizin diqqətinizə çatdırım. Texnologiya Universitetində təhsil qalıb bir kənarda, universitetin tədris işlər üzrə prorektoru Vüqar İsmayılov, tədris şöbəsinin müdiri Piri Axundov, şöbə müdiri Sadiq Əfəndi və digərləri Universitetin tələbələrini dərsdən yayındıraraq özləri üçün əyləncələr edirlər.

Əyləncədən video lenti təqdim edirəm və dövlət qurumlarından bunun qarşısını alınmağı xahiş edirəm:



Azərbaycan Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”