Rəcəb Babaşov, “dezertir Məmməd”və Qazaxda ayaq tutub yeriyən rüşvət... - İTTİHAM
Bolge
Oxunub: 1 002
16 may 2018 | 20:16
Rəcəb Babaşov, “dezertir Məmməd”və Qazaxda ayaq tutub yeriyən rüşvət... - İTTİHAM
















Qazaxa təyinat alarkən rüşvətə qarşı mübarizə aparacağını bildirən Rəcəb Babaşovun ətrafında indi rüşvətxorlar toplaşıb.

Bu barədə MilliYol-a Qazaxdan daxil olan şikayət məktubunda bildirirlir. Daxil olan məktuba əsasən bu gün Qazax rayonun əsas problemi rüşvət korrupsiyadır. Qazaxda rüşvət ayaq tutub yeriyir və rayon icra hakimiyyəti başçısının birinci müavinin birbaşa rəhbərliyi ilə məmurlar əhalinin canına bit-sirkə kimi daraşıb. Məktubda qeyd olunur ki, rüşvətsiz ən adi arayışı belə almaq mümkün deyil və məmurlar açıq şəkildə bildirilər ki, onlara rayon icra hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev belə təlimat verib.

Qazaxın icra baçısı Rəcəb Babaşov bir fərarini özünə niyə birinci müavin gətirib?

Burda təbii ki, Qazaxı icra baçısı “çörəyi ver çörəkçiyə, birdə üstəlik”, prinsipi ilə davranıb. Çünki Qazaxda hər kəs Məmməd Alıyevi (yerli camaat bu şəxsə 1992 ci ildə Qazağın Əksipara kəndi uğrunda gedən döyüşlərdə könüllü polis sıralarında olarkən torpaqlarımız uğrunda gedən döyüşlərdən qaçdığına görə “dezertir Məmməd” deyir) butun ruşvət olaylarının baş qəhrəmanı olaraq tanıyır. Daha əvvələr Qazax rayon İcra Hakimiyyətində Ərazi İdarəetmə və Yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyən Məmməd Alıyev çox tez bir zamanda rüşvət almaq bacarığı ilə Qazaxa yeni təyinat alan Rəcəb Babaşovun diqqətini cəlb edə bilib. Rüşvət məsələsində Vergilər Nazirliyində çalışdığı zamandan sərraf olan Rəcəb Babaşov rüşvət “məsələsində” Məmməd Alıyevlə hələ o, şöbə müdiri olarkən yaxından “əməkdaşlıq” etməyə başlayıb. Bu da hələ o vaxt Qazaz cammatının narazılığna səbəb olub. Elə o zamandan başlayaraq qazaxlılar ikilinin əməllərindən yuxarılara şikayətlər ünvanlamağa başlayıblar. Şikyətlərdə Rəcəb Babaşovun Qazaxda gördüyü bir çox işlər təqdir olunsa da əsasən rayonda hər kəsin “dezertir” və rüşvətxor kimi tanıdığı Məmməd Aliyevlə yaxın münasibətlərindən, Rəcəb Bababşovun Məmməd Alıyevin əliylə topladığı rüşvətlərdən şikayətləniblər. Özünü rayonda icra başçısının “darğası” kimi aparan Məmməd Alıyev bu şikayətlərə baxmayaraq bir müddət sonra Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. Hazırda isə Qazaxdan verilən məlumata görə rayonda rüşvət tüğyan edir və bu rüşvətin başında isə birbaşa Məmməd Alıyev dayanır.

Məktubda həmçinin bildirilir ki, Məmməd Alıyev topladığı rüşvət sayəsində özünə böyük sərvət toplayıb. Başçının birinci müavinin oğlu Elnur isə rayonda bir nömrəli “qudurğan məmur övladıdır”. Məmməd Alıyevin rüşvətdən topladığı sərvətinə gəlincə, Qazaxın başçısının birinci müavininin Bakıda Bakıda H.Əliyev prospektində, Gənclikdə hər birinin dəyəri yüz min manatlarla olan evləri, villaları, müxtəlif sahlərdə xidmət göstərən obyektləri, həmçinin bir neçə apteki, Bakıda və ölkənin müxtəlif turistik rayonlarında torpaq sahələri var. Sadalanan bu sərvət hələ qazaxlıların bildiyi sərvətdir. Və yəqin ki, 700-800 manat maaş olan başçı müavinin sərvəti tək bu sadalananlarla da bitmir.

İcra başçısının başı rüşvətə qarışıb, rayon yaddan çıxıb

MilliYol-a daxil olan məktubda bildirilir ki, Rəcəb Babaşov Qazaxa təyinat alarkən doğurdan da qazaxlıların gözünə girməyi bacarmışdı. Lakin Qazaxda abadlıq işləri aparmaqla əhalinin rəğbətini qazanan icra başısı Məmməd Alıyev kimiləri ətrafına toplayıb rüşvətə rəvac verdikdən sonra əhali arasında qazandığı hörməti yerlə bir edib.

Hazırda isə icra başçısı Qazaxda heç bir abadlıq işləri aparmır. Şikayətlərə də baxmır, daha doğrusu qulaq ardına vurur. Sanki Qazaxın icra başçısı üçün Qazaxın problemləri yoxdur. Bunun əvəzində isə Rəcəb Babaşovun “darğaları” əhalinin canına daraşıb rüşvət toplayırlar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)