16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri yeni nazirə kələk gəlmək istəyir?
Bolge
Oxunub: 585
22 may 2018 | 12:30
16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri yeni nazirə kələk gəlmək istəyir?














Firdovsi Həsənov Abşeron rayonundakı “yaşıl soyqırım” a görə yeni nazir Muxtar Babayevin qəzəbinə tuş gələ bilər
Ölkə mediasında mütəmadi olaraq Xırdalan şəhərində yaşıllıqların məhv edilərək, yerlərində müxtəlif obyektlərin tikilməsi ilə bağlı tənqidi materiallar işıqlandırılır. Son aylar isə Xırdalan şəhər Heydər Əliyev prospektində “Birlik-7” MTK-nın “yaşıl terroru“ ilə bağlı sosial şəbəklərdə davamlı məlumatlar yayılır. Nədənsə bütün bu məlumatların yayılması fonunda Xırdalan şəhərində yaşıllıqların qırılmasına aidiyyatı qurumlar susur.
Abşeron rayonunda yaşıllıqların qorunmasına cavabdeh olan qurumlardan biri də 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsidir. Amma sözügedən şöbənin şəhərdəki yaşıllıqların məhv olunmasına qarşı hansısa tədbir gördüyü müşahidə olunmur. Son altı ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi şöbələri paytaxtın müxtəlif rayonlarında ağac kəsən şəxslərə qarşı reyd keçirərək onlar haqqında müxtəlif cərimələr tətbiq etsələrdə bu hallara nədənsə Abşeron rayonunda rast gəlinmir. Bu baxımdan da 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri Firdovsi Həsənovun rayonda kəsilən ağaclara şəxsi maraqlarını güddüyünü iddia etmək olar. Əks təqdirdə davam edən “yaşıl terror”a qarşı ən azından formal tədbirlər görə bilərdi.
Bu arada qeyd edək ki, Firdovsi Həsənovun Abşeron rayonundakı “yaşıl terror”a göz yumması uzun müddət sabiq nazir Hüseynqulu Bağırovu da çətin vəziyyətə salmışdı. Çünki sosial şəbəkələrdə və müxtəlif KİV-lərdə Abşeron rayonunda, əsasəndə Xırdalan şəhərində baş alıb gedən “yaşıl soyqırım”a görə sabiq nazir günahlandırılırdı. Amma görünən o idi ki, Hüseynqulu Bağırov Bakı rayonları ilə müqayisədə Abşeronda yaşıllıqların məhv edilməsinə müdaxilə edə bilmirdi. Çünki üzun müddət Abşeron rayonunda icra başçısı olan və hazırda Sumqayıt şəhərinə rəhbərlik etməklə yanaşı, Abşerona da nəzarət edən Zakir Fərəcov buna imkan vermirdi…
Tendensiya.com-a daxil olan məlumata görə, yeni nazir Muxtar Babayevin təyinatından sonra 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Firdovsi Həsənov ciddi şəkildə təşvişə düşüb. Şöbə müdiri Abşeron rayon icra hakimiyyətinə xəbərdarlıq edərək, hər hansı bir ağac kəsiləcəyi təqdirdə sərt cəza tədbiri görəcəyini deyib. Çünki Abşeron rayonunda baş alıb gedən “yaşıl soyqırım”ın Muxtar Babayevin diqqətində olduğu deyilir. Firdovsi Həsənov yeni nazirin qəzəbinə tuş gəlməmək üçün məcburən bu addımı atdığı deyilir…
Ümid edirik ki, Muxtar Babayev indiyə kimi Xırdalanda yaşıllıqların məhv edilməsinə seyrçi qalan və ya bu prosesdən merkantil maraqlarını təmin edən Firdovsi Həsənovla bağlı ciddi tədbirlər görəcək…
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE