Abşeron və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı
Bolge
Oxunub: 797
30 may 2018 | 00:00
 Abşeron və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı














Cocuq Mərcanlı məktəbliləri Abşeronlu dostlarını doğma Cəbrayılda qarşıladı

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Nümayəndə heyəti səfər çərçivəsində əvvəlcə aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub.

Səfər zamanı məktəblilər Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə tanış olublar.

Cocuq Mərcanlı məktəbliləri plakatlar, şüarlarla Xırdalan məktəblilərini məktəbin qarşısında böyük coşqu ilə qarşılayıb. Xırdalan 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri məktəblə yaxından tanış olduqdan sonra Qardaşlaşma haqqında saziş imzalayıblar.

Sazişi hər iki məktəbin direktoru imzalayıb. Cocuq Mərcanlı məktəbin direktoru Zamin Həziyev məktəblərin qardaşlaşmasını xoş hadisə adlandırıb: “Biz çox sevinirik ki, Xırdalan məktəbi ilə bundan sonra birgə fəaliyyət göstərəcəyik. Belə bir layihə həyata keçirdiyinə və ilk olaraq bizim məktəbi seçdiyinə görə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalovaya minnətdarlıq edirəm. Bu gündən uğurlarımıza birgə sevinəcək, problemlərimizi birgə aradan qaldıracağıq. Görəcəyimiz bütün işlər Azərbaycanımızın daha da inkişaf etməsi, cəmiyyətimizin bilikli olması üçündür”.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova qardaşlaşan Xırdalan və Cocuq Mərcanlı məktəbliləri bir-biri ilə daim əlaqə saxlamağa, dostluğun, qardaşlığın bariz nümunəsinə çevrilməyə çağırıb, bu günün “Qardaşlaşma sazişi” imzalamış məktəblilərin yaddaşından heç vaxt çıxmayacağını deyib.

Cocuq Mərcanlı məktəbi ilə ilk dəfə Xırdalan məktəbinin qardaşlaşmasından qürur duyduğunu dilə gətirən Ə.Camalova çıxışında onuda qeyd edib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır: "Bu ordu öz gücünü 2016-cı ildə aprel döyüşlərində göstərib və 3 rəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda 3 rəngli bayrağımız işğaldan azad edilmiş Şuşada, Xankəndində dalğalanacaq".

Qardaşlaşan məktəblilər də iştirak etdikləri layihə çərçivəsində keçirdikləri xoş saatları heç vaxt unutmayacaqlarını deyiblər.


Sazişin imzalanmasından sonra Cocuq Mərcanlı məktəbinin binasında dəyirmi masa keçirilib. “Mənim arzum budur ki..” mövzusunda keçirilən müzakirələrdə hər iki məktəbin müəllimləri və şagirdləri arzularını dilə gətiriblər. Onlar işğalda olan Azərbaycan torpaqlarının azad olunmasının ən böyük arzuları olduğunu bildiriblər. Bunun üçün isə Vətənə layiqli, vətənpərvər, bilikli gənclərin yetişdirilməsinin vacibliyini vurğulayıblar.

Məktəblə tanışlıqdan sonra nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə yaxından tanış olub.


 Abşeron və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı
 Abşeron və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı
 Abşeron və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı
 Abşeron və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı
 Abşeron və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı
 Abşeron və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO